Məhkəmə qərarları › İş №2(003)-3438/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3438/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3438/2021 26.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “Kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - BOKT "xxxx" MMC) “Kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BOKT X3 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 sentyabr 2020-ci il tarixli 369-DSB-0341- 20 saylı kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh əsas borcu 697,67( altı yüz doxsan yeddi manat 67 qəpik) manat, faiz borcu 96.18 (doxsan altı manat 18 qəpik) manat, cərimə borcu 104.65 (bir yüz dörd manat 65 qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun, ümumilikdə 928.90 (doqquz yüz iyirmi səkkiz manat, 90 qəpik) manat borcun iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edəsilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, BOKT "xxxx" MMC ilə Cavabdeh arasında 16.09.2020-ci il tarixdə 369-DSB-0341 saylı kredit müqaviləsi bağlanmış və cavabdehə qaytarılmaq şərti ilə 12 ay müddətinə 752 (yeddi yüz əlli iki manat) manat məbləğində kredit verilmişdir. Hal-hazırda Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Rustəm oğlunun BOKT "xxxx" QSC-yə 24 06.2021-сi il tarixə əsas borcu 697.67 AZN (altı yüz doxsan yeddi manat 67 qəpik), faiz borcu 96.18 AZN (doxsan altı manat 18 qəpik), cərimə borcu 104.65 AZN (bir yüz dörd manat 65 qəpik) ümumi borcu 898.50 AZN (səkkiz yüz doxsan səkkiz manat 50 qəpik) təşkil edir ki, bu borcunda cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə 03 may 2021-ci il tarixli, 14712/21 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Göründüyü kimi cavadeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Məhkəmə iclasında iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 369-DSB-0341 saylı, 16.09.2020-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, BOKT "xxxx" MMC Cavabdeh 12 ay müddətinə 752 (yeddi yüz əlli iki manat) manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş 16.09.2020-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavənin surətindən görünür ki, Cavabdeh 16.10.2020-ci il tarixdən 16.09.2021-ci il tarixədək BOKT "xxxx" MMC-yə 752 (yeddi yüz əlli iki manat) manat əsas kredit borcunu ödəməli idi. İş materiallarına əlavə edilmiş BOKT "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 03.05.2021-ci il tarixli, 14712/21 saylı son xəbərdarlıqdan görünür ki, təşkilat cavabdehi borc barədə xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. İş materiallarına əlavə edilmiş 24.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 16.09.2020-ci il tarixli 369-DSB-0341-20 saylı kredit müqaviləsi üzrə BOKT "xxxx" MMC-yə 24.06.2021-ci il tarixinə 697,67( altı yüz doxsan yeddi manat 67 qəpik) manat, faiz borcu 96.18 (doxsan altı manat 18 qəpik) manat, cərimə borcu 104.65 (bir yüz dörd manat 65 qəpik) manat olmaqla, cəmi 898,50 (səkkiz yüz doxsan səkkiz manat 50 qəpik) manat məbləğində borcu vardır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh təşkilatdan 752 (yeddi yüz əlli iki manat) manat məbləğində kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu qaytarmaq barədə öhdəlik götürmüşdür. İş üzrə iddiaçı BOKT "xxxx" MMC həmin məbləğdə pulu Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh kredit müqaviləsinə əsasən müəyyənləşdirilmiş qrafikə uyğun olaraq ödənişlər etməməklə kredit müqaviləsi üzrə öhdəlikləri lazımınca icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında maliyyə arayışında qeyd olunan məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin 18121,58 manat əsas, 666,85 manat faiz borcunun ödənilməsinə aid hissədə əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385, 425, 427, 439, 442, 448, 462, 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, 697,67 manat əsas, 96,18 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 697,67 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 104,65 manat dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 10 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı kredit müqaviləsinin və razılaşmaların vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etmədiyindən BOKT "xxxx" MMC-nin iddia tələbi qismən təmin edilməli, BOKT X3 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 sentyabr 2020-ci il tarixli 369-DSB-0341-20 saylı kredit müqaviləsinin ləğv edilməli və Cavabdeh əsas borcu 697,67( altı yüz doxsan yeddi manat 67 qəpik) manat, faiz borcu 96.18 (doxsan altı manat 18 qəpik) manat, cərimə borcu 10 (on) manat, həmçinin ərizəyə görə ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun, ümumilikdə 834,25 (səkkiz yüz otuz dörd manat, 25 qəpik) manat borcun iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. BOKT X3 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 sentyabr 2020-ci il tarixli 369-DSB-0341-20 saylı kredit müqaviləsinin ləğv edilsin. Cavabdeh əsas borcu 697,67( altı yüz doxsan yeddi manat 67 qəpik) manat, faiz borcu 96.18 (doxsan altı manat 18 qəpik) manat, cərimə borcu 10 (on) manat, həmçinin ərizəyə görə ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun, ümumilikdə 834,25 (səkkiz yüz otuz dörd manat, 25 qəpik) manat borcun iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar