Məhkəmə qərarları › İş №2(003)-3442/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3442/2024

02.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3442/2024 02.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh Abıtalıb qızına qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh Abıtalıb qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən elektron nəzarət qurğusunun dəyəri, yəni *01,2 manat pulun alınıb dövlət nəfinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Abıtalıb qızı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-977/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinərək sonuncuya 160 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmişdir. xx.xx.2021-ci il tarixdə məhkuma 01 ədəd 868183033*21228 №-li elektron nəzarət qurğusu (01 ədəd nəzarət qurğusu, 01 ədəd həmin qurğunun enerji adapteri, 01 ədəd qoruyucu qab) quraşdırılmışdır. Ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsini gəzdirməli olduğu, həmin nəzarət vasitəsinin istifadə qaydaları izah olunmuşdur. Daha sonra mobil qurğu və adapter məhkum tərəfindən təhvil verilməmişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin verdiyi maliyyə arayışına əsasən elektron nəzarət vasitəsinin dəyəri *01,2 manat təşkil edir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə vurduğu maddi ziyanı könüllü olaraq ödəmədiyi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı Bakı şəhər Probasiya İdarəsinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh Abıtalıb qızı məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında təqdiq edilmiş: - Bakı Şəhər İcra Hakimiyyəti MKTD Suraxanı rayon MKTB-in xx.xx.2022-ci il tarixli 01-13/80 saylı məktubundan görünür ki, Cavabdeh Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(003)-977/2021 saylı qərarına əsasən AR İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilinərək 160 saat ictimai işlər növündə cəzasını xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək Kommunal Xidməti Sahəsində çəkmişdir. - Probasiya Xidmətinin xx.xx.2021-ci il tarixli 21/3-1198 nömrəli məktubundan aydın olur ki, probasiya qeydiyyatında olan ictimai işlər üzrə elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş həmin elektron avadanlıqların itirilməsi və yararsız hala salınması halında həmin vasitələrin dəyəri cəmi *01,2 manat təşkil edir. - xx.xx.2021-ci il tarixli ictimai işlər cəzasına məhkum edilmiş şəxsin üzərinə elektron nəzarət vasitəsi tətbiq edilməsinə dair protokoldan görünür ki, 868183033*21228 saylı qurğu Cavabdeh təhvil verilmişdir. İşin araşdırılmış hallarından görünür ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 3(003)-977/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinərək sonuncuya 160 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş, Cavabdeh Abıtalıb qızına cəzasının icrasına nəzarət qaydasında 01 ədəd 868183033*21228 №-li elektron nəzarət qurğusu ümumi dəyəri *01,2 manat olan elektron nəzarət komplekti təhkim olunmuşdur. Həmin elektron nəzarət komplektinə daxil olan elektron qolbaq probasiya xidmətinə qaytarılmış, lakin komplektə daxil olan mobil nəzarət qurğusu və onun enerji adaptoru qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 1*.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılmış hallarına əsasən Cavabdeh Abıtalıb qızına ümumi dəyəri *01,2 manat olan 01 ədəd 868183033*21228 №-li elektron nəzarət qurğusu (01 ədəd nəzarət qurğusu, 01 ədəd həmin qurğunun enerji adapteri, 01 ədəd qoruyucu qab itirməsi iş üzrə təqdim edilmiş sübutlarla müəyyən olunduğundan və həmin nəzarət komplektinin probasiya idarəsinə qaytarması barədə sübutlar məhkəməyə təqdim olunmadığından məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci madəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə 01 ədəd 868183033*21228 №-li elektron nəzarət kompleksinə daxil olan mobil qurğunun dəyəri olan *01,2 manat məbləğində pul Cavabdeh Abıtalıb qızından tutularaq Bakı şəhəri Baş Maliyyə İdarəsinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. 01 ədəd 868183033*21228 №-li elektron nəzarət komplektinə daxil olan mobil qurğunun dəyəri olan *01,2 (dörd yüz bir manat, iyirmi qəpik) manat məbləğində pul Cavabdeh Abıtalıb qızından tutularaq Bakı şəhəri Baş Maliyyə İdarəsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar