Məhkəmə qərarları › İş №2(003)-3464/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3464/2024

08.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3464/2024 08.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçıın, Cavabdeh İmamverdi oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli Qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İmamverdi oğlundan xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 235 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli Qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasl üçün 136 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir.O, özü salonda qeyrirəsmi işləyir və aylıq gəliri 500 manat təşkil edir.İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh İmamverdi oğlu məhkəmə iclasında bildirdi ki, o, tələbi qəbul etmir.Onun 1-ci nikahdan 1 uşağı var və onun üçün 235 manat alıment ödəyir, bu barədə məhkəmə qətnaməsidə var.2-ci nikahdan 1 uşağı var, onun üçün də 136 manat aliment ödəyir.3-cü nikahdan 2 uşağı var və 1 uşağı da yaxın zamanlarda anadan olacaq.O, 160-170 manat aliment ödəyə biləcəyini bildirmişdir. Məhkəmə proses iştrakçılarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş matrealına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-5143/2017 nömrəli Qətnaməsindən görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsininxx.xx.2017-ci il tarixli Qətnaməsi apelyanta münasibətdə dəyişdirilmədən saxlanılsın. İş matrealına əlavə olunmuş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ilə 2(003)- 5036/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh iddiaçı X1 xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün qətnamənin xx.xx.2019-cu tarixdən başlayaraq hər ay 136 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş matrealına əlavə olunmuş **********5092017 nömrəli nikahın pozulması haqqında akt qeydindən görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ilə xx.xx.2017-ci il tarixli Qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuşdur. İş matrealına əlavə olunmuş elektron çıxarışdan görünür ki, cavabdeh "xxxx" MMCdə iş icraçısı vəzifəsində çalışır və 1000 AZN əmək haqqı alir. İş matrealına əlavə olunmuş AZ-İİİ seriyalı, 227416 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuşdur.Atası Cavabdeh, anası isə X2r. İş matrealına əlavə olunmuş AZ-İV seriyalı, 882722 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində doğulmuşdur.Atası Cavabdeh, anası isə X3r. İş matrealına əlavə olunmuş AZ-İV seriyalı, 573905 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində doğulmuşdur.Atası Cavabdeh, anası isə X3r. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Qanunverici uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qanunvericiliyin bu müddəasından görünür ki, alimentin müəyyən olunmuş miqdarının dəyişilməsi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə əlaqələndirilmişdir. Mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir.Məhkəmə hesab edir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü nəzərə alındıqda iddiaçının aldığı aliment məbləği onun maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə iddianın cavabdehdən alimentin tutulması hissəsinə qiymət verərək hesab edir ki, uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment miqdarı artırılmalıdır. Lakin tələb edilən alimentin məbləği iddia tələbində qeyd edilən məbləğdə müəyyən edilməməlidir. Belə ki, iddiaçı uşağın saxlanılması üçün 235 manat aliment tələb etsə də, məhkəmədə müəyyən edilmişdir ki, cavabdeh bunu ödəmək üçün zəruri vəsaitə malik deyil. Beləliklə, göstərilənlər ümumilikdə cavabdehin uşağın saxlanılmasında dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları nəzərə alınmaqla getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməsə də, cavabdehin ilk nikahdan olan övladı üçün aliment ödədiyini və hazırkı nikahından 2 övladının olduğunu nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehdən hər ay uşağın saxlanılması üçün 180 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və ağlabatandır. Məhkəmə, uşaqların sayını, onun əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, iddiaçının uşaqları saxlamağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən tutulmalı olan alimentin miqdarı hər ay 180 manat miqdarında müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Bakı Xəzər Rayon Məhkəməsinin 2(003)-5036/2024 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və Cavabdeh İddiaçı xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 manat (yüz səksən) sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar