Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3467/2023 16.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7500 manat alınaraq İddiaçı1 və 6000 manat alınaraq İddiaçı2 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, Bakı şəhəri, Binə qəsəbəsi ərazisində 3 sot torpaq sahəsini satacağına dair vəd verib inandırmaqla onun etibarından sui-istifadə etməklə aldadaraq bu məqsədlə ondan 19 mart 2019-cu il tarixdə Binə qəsəbəsi 31 saylı DNK-nun qarşısında 300 manat məbləğində, daha sonra həmin gün Binə qəsəbəsi, Binə Bələdiyyəsinin qarşısında 1700 manat məbləğində və həmin ilin mart ayının axırlarında eyni məqsədlə 5500 manat məbləğində pullarını vahid niyyətlə əhatə olunmuş qəsdlə aldadıb ələ keçirib verdiyi vədə əməl etməyərək İddiaçı1 ümumilikdə 7500 manat maddi ziyan vurmuşdur. Cavabdeh bundan başqa iş üzrə ikinci iddiaçı X1 Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi ərazisində 6 sot torpaq sahəsini satacağına dair vəd verib inandırmaqla onun etibarından sui-istifadə etməklə aldadaraq bu məqsədlə ondan 2019-cu ilin mart ayında Bakı şəhəri, Binə qəsəbəsi ərazisində 6000 manat pulu qəsdlə aldadıb ələ keçirmiş X1 xeyli miqdarda ziyan vurmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-271/2023 saylı hökmü ilə cavabdeh bu iş üzrə təqsirli bilinmişdir. Tələb etmələrinə baxmayaraq cavabdeh tərəfindən onlara dəymiş ziyan ödənilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, iddianı qismən qəbul etdiyini, İddiaçı1 6000 manat, digər İddiaçı2 5000 manat borcu təşkil etdiyini, aldığı pul məbləğlərini torpağa sənəd verilməsi müqabilində həmkəndliləri olan Namiq Nuriyevə verdiyini, bu günə qədər həmin pul məbləğlərini, nə də ki, torpağın sənədininin qaytarılmadığını bildirmişdir. Bu səbəbdən də, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-271/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 yanvar 2023-üi il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 306.1-ci maddələrinə əsasən Cavabdeh təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmənin əvvəlinin 16 noyabr 2022-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qət edilmişdir. Həmin hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Cavabdeh tanışı və qohumu X3 ilə qabaqcadan əlbir olaraq tamah niyyəti ilə özgənin əmlakını etibardan sui istifadə etmə və altdatma yolu ilə ələ keçirmə məqsədilə İddiaçı1 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 3 sot torpaq sahəsini satacağına dair vəd verib inandırmaqla onun etibarından sui istifadə etməklə aldadaraq bu məqsədlə ondan 19 mart 2019-cu il tarixdə Binə qəsəbəsi 31 saylı dövlət notariat kontorunun qarşısında 300 manat məbləğində, daha sonra həmin gün Binə qəsəbəsi, Binə Bələdiyyəsinin qarşısında 1700 manat məbləğində və həmin ilin mart ayının axırlarında eyni məqsədlə 5500 manat məbləğində pullarını vahid niyyətlə əhatə olunmuş qəsdlə aldadıb ələ keçirib verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxs İddiaçı1 ümumilikdə 7500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı və qohumu X3 ilə qabaqcadan əlbir olaraq tamah niyyəti ilə özgənin əmlakını sui istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə X2 Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi ərazisində 6 sot torpaq sahəsini satacağına dair vəd verib inandırmaqla onun etibarından sui istifadə etməklə aldadaraq bu məqsədlə ondan 2019-cu ilin mart ayında Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi ərazisində 6000 manat məbləğində pulu qəsdlə aldadıb ələ keçirib verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxs X2 ümumilikdə 6000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin hökmlə qeyd edilən əməl öz təsdiqini tapdığı üçün hazırki iş üzrə cavabdeh təqsirli sayılaraq barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Beləliklə, iddiaçıların izahatı ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçılara torpaq sahəsini satacağına dair vəd verib inandırmaqla onların etibarından sui istifadə etməklə aldadaraq İddiaçı1 7500 manat məbləğində və iddiaçı X2 6000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hazırda qeyd edilən məbləğləri iddiaçılara qaytarmamışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-271/2023 saylı hökmü qanuni qüvvəyə minmişdir. Hazırki işdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-271/2023 saylı hökmü preyudisial əhəmiyyətə malikdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarından görünür ki. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Göründüyü kimi, cavabdehin İddiaçı1 7500 manat və iddiaçı X2 6000 manat məbləğində pul vəsaitini alması və həmin pulları qaytarmaması Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-271/2023 saylı hökmü təsdiq olunmuş və sözügedən hökm qanuni qüvvəyə minmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçılar verdiyi pulu geri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd edilən Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göstərilən Məcəllənin 1093-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Əgər məqsədə çatılması əvvəlcədən qeyrimümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa qaytarma tələbi istisna edilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı1 7500 manat və iddiaçı X2 6000 manat məbləğində pul vəsaitini hər hansı bir qanuni əsas və müqavilə əsası olmadan aldığından, bununla da cavabdeh əsassız varlandığından, iddiaçı verdiyi pulu geri tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi təmin edilərək, göstərilən məbləğlər cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 7500 manat məbləğində pul alınaraq İddiaçı1 verilsin. Cavabdeh 6000 manat məbləğində pul alınaraq İddiaçı2 verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3467/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3467/2023
16.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver