Məhkəmə qərarları › İş №2(003)-3471/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3471/2022

15.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3471/2022 15.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 oktyabr 2019-cu il tarixli, 205 №-li kredit (restrukturizasiya) müqaviləsi üzrə 22 sentyabr 2022-ci il tarixinə yaranmış əsas borc üzrə 3496,44 manat, faiz borcu üzrə 43,79 manat, cərimə borcu üzrə 0,69 manat olmaqla, ümumilikdə 3540,86 manat məbləğində borcun və ödənilmiş 56,00 manat dövlət rüsumu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 16 mart 2015-ci il tarixli, 07 saylı qrup kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə bzines sahəsinin inkişaf etdirilməsi (avtomobil təkərlərinin alınması və ekskavatorun təmiri) məqsədi ilə 24 ay müddətinə illik 36 faiz ödəmək şərti ilə 4000,00 manat məbləğində aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 07 oktyabr 2019-cu il tarixli, 205 №-li Restrukturizasiya müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən 07 oktyabr 2019-ci il tarixinə olan 3512.68 manat məbləğində mövcud kredit borcu illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə restrukturizasiya edilmişdir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmılş 07 oktyabr 2019-cu il tarixli, 205 №-li restrukturizasiya müqaviləsi üzrə sonuncu tərəfindən xx.xx.2019-cu il tarixində 10,00 manat və xx.xx.2021ci il tarixində 50.00 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh üzərinə düşən öhdəliklərini kobud surətdə pozaraq aylıq kredit ödənişlərini etməmişdir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 07 oktyabr 2019-cu il tarixli, 205№-li kredit (restrukturizasiya) müqaviləsinin 2.2-ci bəndinə əsasən, Restrukturizasiya Müqaviləsi üzrə aylıq kredit ödənişləri “Borclu” ilə razılaşdırılmış ödəniş cədvəli üzrə icra olunmadıqda, “Kreditor” bu Müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini Borcludan tələb etmək hüququna malikdir. Hal-hazırda Cavabdeh iddiaçıya 22 sentyabr 2022-ci il tarixinə əsas borc üzrə 3496,44 manat, faiz borcu üzrə 43,79 manat, cərimə borcu üzrə 0,69 manat olmaqla, ümumilikdə 3540,86 manat məbləğində kredit borcu mövcuddur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli yeni güzəştli kredit müqavilənin bağlanması barədə razılaşmadan görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli 07 N-li qrup kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixinə olan 3512,68 manat məbləğində Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə vaxtı keçmiş əsas kredit borcunun mövcüd olması, həmin borcun xx.xx.2019-cu il tarixdən yeni güzəştli kredit müqaviləsi bağlanılaraq restruktirizasiya olunması, bu razılaşmanın xx.xx.2019-cu il tarixli 205 saylı yeni güzəştli kredit müqaviləsinin ayrılması tərkib hissəsi olması barədə tərəflər arasında razılıq əldə edilmişdir. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 205 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh MMC tərəfindən illik faiz dərəcəsi 1 % olmaqla 5 il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə 3512,68 manat məbləğində güzəştli kreditin verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC qarşısında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək, 12 ay 2,93 manat, sonrakı aylarda hər ay 74,68 manat, sonuncu ay 74,92 manat ödəniş etməklə yerinə yetirməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3496,44 manat, faiz borcu üzrə 63,87 manat borcu, cəmi 3560,94 manat məbləğində borcu vardır. İş materiallarında olan ödənişlər üzrə çıxarışdan görünür ki, cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3496,44 manat, faiz borcu üzrə 43,79 manat, cərimə üzrə 0,63 manat borcu vardır İş materiallarında olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı tərəfindən iş üzrə cavabdehdən aralarında bağlanmış müqavilə əsasında yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsinə dair ********* nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 56 manat məbləğində rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mülki qanunvericiliyin tələblərinə uyğun qaydada Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, sonuncu həmin kredit müqaviləsi üzrə iddiaçı tərəfindən illik faiz dərəcəsi 1 % olmaqla 5 il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə 3512,68 manat məbləğində güzəştli kreditin verilmişdir. Kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməməklə müqavilə şərtlərini pozmuşdur. Onun iddiaçı qarşısında tələb olunan məbləğlərdə icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385-386, 425, 427, 439, 442, 448, 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2019cu il tarixli 205 nömrəli kredit müqaviləsi üzrə 3496,44 manat əsas, 43,79 manat faiz, 0,63 manat cərimə olmaqla cəmi 3540,86 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 56 manat alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 205 nömrəli kredit müqaviləsi üzrə 3496,44 manat əsas, 43,79 manat faiz, 0,63 manat cərimə olmaqla cəmi 3540,86 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 56 manat alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar