Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-348/2022 24.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 450 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 may 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh X1 T9 4.64 model olan mobil telefonu 450 manata dəyərini hissə-hissə ödəmək şərti ilə almışdır. Lakin cavabdeh öz öhdəliyini yerinə yetirməmiş və telefona görə bir qəpik də ödəməmişdir. Müqaviləyə əsasən ödəniş olunmadığına görə telefon bağlanmışdır. Buan baxmayaraq, cavabdehə dəfələrlə yazılı və şifahi müraciət olunmasına baxmayaraq, o, telefonu qaytarmaqdan və yə dəyərini ödəməkdən boyun qaçırmışdır. Hətta onun həyat yoldaşı Anara da dəfərlərlə telefon vasitəsi ilə və ya evinə getməklə müraciətlər etsəm də nəticəsi olmamışdır. Bundan sonra mən polisə şikayət ünvanlamış onun izahatı da alınmışdır. Cavabdeh polisdə olarkən pulu ödəyəcəyinə söz versə də yenə də məni aldatmışdır. Göründüyü kimi Cavabdeh ondan 450 manat dəyərində telefonu laraq pulunu ödəməməklə ona maddi zərər vurmuşdur. Odur ki, hesab etmişdir məsələ məhkəmə yolu ilə həll olunmalı, həmin maddi zərər cavabdehdən tutulmalıdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin qeyd etdi ki, cavabdeh iki ay ərzində 37.5 manat ödəniş etmiş daha sonra isə ödənişləri dayandırmışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər Xəzər rayon Polis İdarəsində alınmış Cavabdeh yazılı izahatından görünür ki, o, İddiaçı dəyəri 450 manat olan nisyə telefon aldığını etiraf etməklə hər ay 37 manat ödəyəcəyini öz öhdəsinə götürməsini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, cəmi 1 ay ödəniş etməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında sonuncuya dəyəri 450 manat olan bir ədəd Redmi 9t 4.64 model mobil telefonun 12 ay müddətində hər ay 37.5 manat ödəmək şərtilə satılması haqqında bağlanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh tərəfindən 2 ay 37.5 manat ödənilməklə nisyə alqı-satqı müqaviləsi üzrə cəmi 375 manat borc ödənilməmiş qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə qeyd olunanalara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı Cavabdeh 375 manat alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 375 manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-348/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-348/2022
24.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver