Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-348/2023 13.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 27 sentyabr 2022-ci il saat 16:15 radələrində özünə məxsus olan “Hyundai Greta” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti ilə M.Rahim küçəsi tərəfdən A.M.Şərifzadə küçəsinə doğru hərəkət edərkən, qarşısına təhlükə çıxdığı üçün hərəkətini dayandırmışdır. Bu zaman ondan arxada onunla eyni istiqamətdə hərəkət edən “Subaru İmpreza” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobil avtomobili ilə ara məsafəsi saxlamadığı üçün onun avtomobilinin sol arxa hissəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobilə maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhəri DYPİ YNH inspektoru X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Cavabdeh izibati qaydada cərimə edilmişdir. Bununla da ona dəymiş zərərlə əlaqədar cavabdehin təqsiri sübuta yetirilmişdir. “HYUNDAİ BADAMDAR’’ avtoservis tərəfindən verilmiş 07 oktyabr 2022-ci il tarixli akta əsasən qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə 870,0 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh idarə etdiyi “Subaru İmpreza” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülki məsuliyyətinin icbari sığortası olmadığından, sığorta tərəfindən ona heç bir məbləğdə zərər ödənilməmişdir. Ona məxsus “Hyundai Greta” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər cavabdehin təqsirinə üzündən yarandığından, eyni zamanda, onun həmin avtomobili təmir etdirmək imkanı olmadığından, 27 sentyabr 2022-ci il tarixdən avtomobili qəzalı vəziyyətdə qalmışdır. O, “Hyundai Greta” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin müəyyən edilməsi məqsədi ilə Avtotexniki xidmət mərkəzinə müraciət etmiş və həmin mərkəz tərəfindən onun avtomobilinə dəymiş zərərin məbləği 870,0 manat məbləğində müəyyən edilmişdir. Ona məxsus “Hyundai Greta” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 870,0 manat məbləğində zərər isə cavabdeh tərəfindən ona ödənilməmişdir. Bununla da Cavabdeh ona məxsus olan “Hyundai Greta” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə görə 870,0 manat məbləğində maddi zərəri ödəmək öhdəliyi yaranmışdır. Qeyd edilənlərdən göründüyü kimi baş vermiş yol nəqliyyat hadisəsi Cavabdeh yol hərəkət qaydalarını pozması nəticəsində baş vermişdir. O, dəymiş zərər məbləğinin ödənilməsi barədə bir neçə dəfə cavabdehə müraciət etsə də, cavabdeh məbləği ödəməkdən boyun qaçırmış, əksinə ona qarşı kobud şəkildə davranaraq, ödəmək üçün heç bir cəhd göstərməmişdir. Hadisədə cavabdehin təqsirli olması barədə kifayət qədər mötəbər sübutlar var və hadisə nəticəsində bilavasitə ona maddi və mənəvi zərər dəymişdir. Qeyd edilənləri nəzərə alaraq, ona məxsus “Hyundai Greta” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 870,0 manat məbləğində maddi zərər, iddia ərizəsinin məhkəmədə baxılması üçün dövlət rüsumu qismində ödənilmiş 30,0 manat olmaqla, ümumilikdə 900,0 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin eksperti X2 məhkəməyə bildirmişdir ki, iş üzrə məhkəmə ekspertizası onun tərəfindən keçirilmiş və rəy verilmişdir. Ekspertiza “Hyundai Greta” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində keçirilmişdir. Rəydə göstərilən məbləğ də həmin avtomobilə dairdir. Lakin, rəyi tərtibi zamanı texniki səhvə yol verərək “Hyundai Greta” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin adı yanlışlıqla “Nissan X-Trail” markalı, ** ED *** olaraq göstərilmişdir. Məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını, iş materiallarını nəzərdən keçirib məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “HYUNDAİ BADAMDAR” servisin xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, (ŞAS, NR039857) **-ED-*** dövlət nömrə nişanlı HYUNDAİ GRETA avtomobilinə “AUTO BADAMDAR” firması tərəfindən DBAA texniki baxış keçirilən zaman müəyyən edilmiş qüsurlar və ehtiyyat hissələrinin dəyişilməsi üzrə yekun məbləğ 870 manat təşkil etmişdir. İiş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Greta” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İXP ******* saylı İnzibati Xəta haqqında Protokolun əsasında tərtib olunmuş TP ******* saylı qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə 16:15 radələrində Mətbuat pr.- A.Sultanova küçəsi kəsişməsində Cavabdeh idarə etdiyi “Subaru İmpreza” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edərkən törətdiyi yol nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat cərimə olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh İş materiallarında olan yol –nəqliyyat hadisəsinin sxemindən görünür ki, “Hyundai Greta” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil arxa hissəsindən zədə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/807 saylı rəyinə əsasən “Hyundai Greta” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 870,0 manat təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiasının əsası kimi istinad etdiyi “Hyundai Greta” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh tərəfindən vurulması və bunun nəticəsində göstərilən avtomobilə zərər dəyməsi işin materialları ilə sübut olunur. Hadisənin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat hadisəsi qanunla yüksək təhlükə mənbəyi hesab olunan “Hyundai Greta” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh tərəfindən idarə edilən zaman məhz onun tərəfindən vurulduğundan vurulmuş ziyan Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədildiyindən vurulmuş ziyan Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən də aydın olur ki, “Hyundai Greta” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 870,0 manat müəyyən olunur. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Məhkəmə, rəyi vermiş şəxsin xüsusi biliyinin olduğunu nəzərə alaraq həmin rəylə razılaşır, avtomobilə dəymiş zərərin və təmir-bərpa xərclərinin 870,0 manat olduğunu işin hallarına uyğun sayır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədildiyindən, iddia təmin edilərək, Cavabdeh 870,0 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000,0 manatadək olduqda 30,0 (otuz) manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci də cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50,0 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 50,0 manat məbləğində pul vəsaiti də Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 870,0 manat borc, 30,0 manat məbləğində dövlət rüsumu, ümumilikdə 900,0 manat tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50,0 manat məbləğində pul cavabdehdən alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-348/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-348/2023
13.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver