Məhkəmə qərarları › İş №2(003)-3482/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3482/2020

25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3482/2020 25.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC İddiaçıkının Cavabdeh qarşı borcun tutulması barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı ASC İddiaçıkı borclu Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli MD-22138/1 №-li Kredit xətti müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC İddiaçıkı qarşısında 250 (iki yüz əlli) manat məbləğində əsas borcu, xx.xx.2020-ci il tarixinə qədər kredit xəttindən istifadəyə görə illik 20 % (iyirmi faiz) dərəcəsi ilə hesablanmış 27,53 (iyirmi yeddi manat 53 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2020-ci tarixdən xx.xx.2020-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 20 % (iyirmi iki faiz) dərəcəsi ilə hesablanmış 27,50 (iyirmi yeddi manat 50 qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 0,52 (əlli iki qəpik) manat məbləğində penya, cəmi 305,55 (üç yüz beş manat 55 qəpik) manat və xx.xx.2020-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 % (iyirmi iki faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın və ödənilmiş dövlət rüsumuna görə 20 manat pul vəsaitinin Cavabdeh iddiaçı ASC İddiaçıkının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC İddiaçıkı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı (kreditor) ASC İddiaçıkı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli MD- 22138/1 №-li Kredit xətti müqaviləsinə (əmək haqqı kartı vasitəsilə) müvafiq olaraq İddiaçı tərəfindən Borc alana 12 (on iki) ay müddətinə, illik 20 % (iyirmi faiz) ödənilməsi şərtilə, 250 (doqquz min səkkiz yüz əlli) manat məbləğində kredit verilmişdir. Cavabdeh Kredit xətti müqaviləsinin 2.9-cu bəndinə əsasən kredit xətti üzrə mövcud olan əsas borcu 1.1-ci bəndlə müəyyənləşdirilmiş 12 aylıq müddətin sonuncu günündən gec olmayaraq tam olaraq Banka qaytarmağı, faizlərin son ödənişini isə 2.11-ci bəndə əsasən kreditin son ödənişi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və kredit xəttinin verilməsi müddətinin bitdiyi tarixə, yəni xx.xx.2020-ci il tarixinə kredit xətti üzrə əsas borc məbləğini tam şəkildə Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Həmin tarixə Borc alanın Kreditor qarşısında gecikdirilmiş ümumi borcu 277,53 (iki yüz yetmiş yeddi manat 53 qəpik) manat olmuşdur ki, bunun da 250 (iki yüz əlli) manatı vaxtı keçmiş əsas borc, 27,53 (iyirmi yeddi manat 53 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğini təşkil etmişdir. Bundan əlavə Cavabdeh kredit xətti üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit xətti müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidir ki, xx.xx.2020-ci il tarixinə bu məbləğ 0,52 (əlli iki qəpik) manat təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2020-ci il tarixli 124 №-li Xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, Borc alan tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış Kredit xətti müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır. Hazırkı iddia ərizəsinə iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən əvvəlki təxminən 6 (altı) ayı əhatə edən dövr ərzində eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan göründüyü kimi, AR Mərkəzi Bankının „Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta orta faiz dərəcələrinə dair Məlumata əsasən milli valyutada verilmiş istehlak kreditlərinin illik faiz dərəcəsi 22 % (iyirmi iki faiz) təşkil edir. Qeyd olunana əsasən Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi, habelə öz tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əldə çıxmış faydanın hesablanmasında müvafiq arayışda göstərilmiş orta faiz dərəcəsini deyil, Borc alanın xeyrinə Kredit xətti müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsini (20 %) əldə rəhbər tutmağı əsaslı hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (xx.xx.2020-ci il) iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixədək (xx.xx.2020-ci il) olan dövr üçün bu məbləğ 27,50 (iyirmi yeddi manat 50 qəpik) manat təşkil edir. Hazırki iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni xx.xx.2020-ci il tarixdən etibarən İddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 % (iyirmi iki faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın Cavabdehdən İddiaçının xeyrinə tutulması barədə İddiaçının irəli sürdüyü iddia tələbləri əsaslı və qanunvericiliyin tələblərinə uyğundur və buna görə də məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. Qeyd olunanlara əsasən, xx.xx.2019-cu il tarixli MD-22138/1 №-li Kredit xətti müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC İddiaçıkı qarşısında 250 (iki yüz əlli) manat məbləğində əsas borcu, xx.xx.2020-ci il tarixinə qədər kredit xəttindən istifadəyə görə illik 20 % (iyirmi faiz) dərəcəsi ilə hesablanmış 27,53 (iyirmi yeddi manat 53 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2020-ci tarixdən xx.xx.2020-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 20 % (iyirmi iki faiz) dərəcəsi ilə hesablanmış 27,50 (iyirmi yeddi manat 50 qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 0,52 (əlli iki qəpik) manat məbləğində penya, cəmi 305,55 (üç yüz beş manat 55 qəpik) manat və xx.xx.2020-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 % (iyirmi iki faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın və ödənilmiş dövlət rüsumuna görə 20 manat pul vəsaitinin Cavabdeh iddiaçı ASC İddiaçıkının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçı ASC İddiaçıkının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, ASC İddiaçıkı ilə Cavabdeh arasında xx xxxx 2019cu il tarixli, MD-22138/1 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, ASC İddiaçıkı tərəfindən Cavabdeh illik 20 faiz ödəmək şərti ilə 12 ay müddətinə 250 manat məbləğində kredit verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ASC İddiaçıkı ilə Cavabdeh arasında xx xxxx 2019cu il tarixli, MD-22138/1 saylı kredit müqaviləsi bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. İş materiallarında olan ASC İddiaçıkı tərəfindən ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh Banka olan borcunun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, Cavabdeh müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun banka olan əsas borcu 250 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 27.53 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz dərəcəsi 27.50 manat, cərimə borcu 0.52 manat olmaqla, cəmi 305.55 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Bununla yanaşı iddiaçı əldən çıxmış faydanın əvəzi kimi cavabdehdən cərimə tutulmasını məhkəmədən xahiş etmiş, lakin Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, öz tələbini həmin hissədə əsaslandıran əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əldən çıxmış faydanın tutulması hissəsində kifayət qədər əsaslı olmadığından, təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 15 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı ASC İddiaçıkının xeyrinə Cavabdeh 250 manat əsas borc, 27.53 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 27.50 manat gecikmiş vaxt üçün illik faiz dərəcəsi, 0.52 manat cərimə olmaqla, cəmi 305.55 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 15 manat məbləği tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı ASC İddiaçıkının xeyrinə Cavabdeh 250 manat əsas borc, 27.53 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 27.50 manat gecikmiş vaxt üçün illik faiz dərəcəsi, 0.52 manat cərimə olmaqla, cəmi 305.55 (üç yüz beş manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat məbləği tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar