Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3492/2021 03.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi ilə İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə qaydalarının müəyyən olunması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Şağan qəsəbəsi, Xətai küçəsi, dalan 2 ünvanda yerləşən 0,08 ha torpaq sahəsində mövcud yaşayış evinin onun istifadəsində olan bir otaq, ona bitişik zalın və eyvanın bir hissəsinin, eləcədə həyətyanı sahənin həmin istiqamətdə olan 0,03 ha hissəsinin istifadəsinə verilməklə, yerdə qalan hissəsini cavabdehin istifadəsində saxlamaqla, adı çəkilən fərdi yaşayış evindən cavabdehlə aralarında istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə nikahları 08 noyabr 2013-ci il tarixdə Xaçmaz rayonunda, Çarlı İƏD tərəfindən qeydə alınmış, bu barədə nikahın bağlanması haqqında akt qeydiyyat kitabında həmin tarixdə 28 nömrə ilə qeyd edilmiş və bu barədə AZ-İ 890659 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Həmin tarixdən yuxarıda qeyd etdiyi, cavabdehin yaşadığı ünvan 1 ünvanı təzə sahə 163) köçmüşdür. Köçdüyü ünvanda cavabdehin istifadəsində 0,08 ha torpaq sahəsində 2 yaşayış otağı, 1 zalı, mətbəxti və açıq eyvanı olan bir mərtəbəli yaşayış evi olmuşdur. Lakin həmin yaşayış evi və yerləşdiyi torpaq sahəsinin sənədi olmamışdır. Birgə yaşadıqları müddətdə həmin evi təmir edib, restavrasiya etmişlər. Həyətdə bir sıra tikililər inşa etmişlər. Bunlardan biri də 2 mərtəbəli yaşayış evidir və hazırda cavabdeh orada yaşayır. Yaşayış evinə yeni “ünvan 3 ünvanı almışlar. Cavabdehin iddiasına əsasən Xaçmaz rayon məhkəməsinin 15 avqust 2014-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Bundan sonra da cavabdeh onu məcburi qaydada evdən çıxarmışdır. Bununla bağlı iddiasına baxmış Xəzər rayon məhkəməsinin 2(003)-4350/2014 saylı, 26 dekabr 2014-cü il tarixli qətnaməsi ilə o, hazırda mübahisə edilən Bakı şəhəri, Şağan qəsəbəsi, ünvan 5 ünvanda faktiki yaşadığını nəzərə alınaraq, Bakı İnzibati Məhkəməsinin 13.10.2020-ci il tarixli qərarına əsasən pasport qeydiyyatına alınmışdır və hazıra kimi də həmin ünvanda yaşayır. Lakin cavabdeh onu evdən çıxarmağa vadar etmək məqəsdi ilə evi qəsdən müxtəlif şəxslərlə doldurmuşdur. Yeni tikili 2 mərtəbəli evi özü şəxsən istifadə edir. Məhkəmə qətnaməsi ilə köçürüldüyü bir mərtəbəli köhnə evin, əvəllər qaldığı bir otaq ona verilmişdir. Lakin həmin otağın giriş-çıxışı, cavabdeh və onun evə doldurduğu şəxslərin də istifadə etdikləri zala, oradan da mətbəxə və eyvana açılır. Cavabdeh ona evdən normal istifadə etməyə imkan vermir və bunun üçün hər vasitədən istifadə edir. Ona görə də biri-digərinə qarışmadan, evdən istifadə qaydasının müəyyən edilməsi məcburiyyətindədir. Köçürüldü ev və onun yerləşdiyi torpaq sahəsi cavabdehlə evə ayrı-ayrı giriş-çıxışın ayrılmasına tam imkan verir. Belə ki, onun yaşadığı otağın qapısı açılan zalın bir hissəsini ayırmaqla, pəncərəni qapı ilə əvzə edib, eyvandan ayrıca qapı qoyulması mümkündür. Həmçinin ona tərəf olan torpaq sahəsinin bir hissəini hasarla təcrid edilməklə, cavabehin istifadəsində qalmış olan tikilidən tam təcrid olunmuş hissəsi istifadəmdə qalmış olur. Bununla da cavabdehin ona qarşı normal yaşamağa maneəsi aradan qaldırılmış olur. Evin və onun yerləşdiyi torpaq sahəsinin, ayrı-ayrılıqda istifadə qaydası üçün naturada təcrid edilmiş sahələrə bölünməsi mümkünlüyü, cavabdehlə aralarında evə köçürülməsi iddiası ilə bağlı iş üzrə əldə edilmiş ekspert rəyi ilə də müəyyən edilmişdir. Belə ki, həmin iş üzrə alınmış 10 may 2018-ci il tarixli, 31184 saylı ekspert rəyinin nəicə hissəsində qeyd edilir. İddiaçı yaşadığı otağa həyətdən ayrıca giriş çıxış yolunun açılmasının mümkün olduğu və bunun cavabdehlərin yaşadıqları sahənin giriş-çıxışına maneə yaratmadığı müəyyən edilir”. Göründüyü kimi cavabdehlə birgə istifadədə olan fərdi yaşayış evinin bir hissəsini ayırıb onun istifadəsinə verilməklə, digər hissələri cavabdehin istfadəsində saxlamaqla, tikilinin bölgüsü formasında torpaq sahəni də ayırmaqla, aramızda evdən istifadə qaydasının müəyyən edilməsi mümkündür və cavabdeh birgə istifadəyə imkan vermədiyindən bu vacibdir. Cavabdeh məsələni məhkəmədən kənar həllinə razılaşmadığından, mübahisə məhkəmə qaydasında həll edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və məhkəmədən onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi. İzahatında bildirmişdir ki, iddiaçının həmin evə köçürülməsi barədə məhkəmə qərarının olmasına baxmayaraq iddiaçı həmin evdə yaşamır. Belə ki, iddiaçının yaşaması üçün ona bir otaq ayrılmış, həmin otağa iddiaçı əşyalarını yerləşdirmiş və otağın qapısını kilidləmişdir. Aradabir gəlib gəlib nəzarət edərək çıxıb gedir. Hazırda həmin evdə onun keçmiş arvadı Cavabdeh2 3 uşağı ilə birgə yaşayır və həmin ev etibarnamə əsasında Zülfiyyəyə məxsusdur. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi. İzahatında bildirdi ki, evdə o, uşaqları ilə birlikdə yaşayır. İddiaçının özünə məxsus otağı olmasına baxmayaraq o orada yaşamır, sadəcə əşyalarını həmin otağa yerləşdirmiş və qapısını kilidləmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26.12.2014cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 13.10.2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı ünvan 8 ünvanda qeydiyyatına alınması vəzifəsi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.07.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evindən (qazdan, sudan, elektrik enerjisindən, hamamdan, girişçıxış qapısından) istifadəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və X2 tərəfindən maneələr yaradılmasının qadağan edilməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə tərəflərin iştirakı ilə mübahisə predmeti olan ünvan 11 ünvanında yerləşən mübahisə predmeti olan ev və torpaq sahəsi yerində müayinə olunmuşdur. Yerində müayinə zamanı mübahisə predmeti olan evin kürsülü bir mərtəbəli, eyvandan, kiçik sahələrdən ibarət olan 4 ədəd yataq otağı, bir zaldan və sanitar qovşağından ibarət olan tikili olması, eyvandan zala daxil olanda qabaqda yerləşən otağın (sol tərəfdən pəncərəsi həyətə olan) iş üzrə cavabdehə ayrılmaqla qapısının açarı iddiaçının özündə olması, zalın və sanitar qovşağın, evin yerləşdiyi torpaq sahəsinin ümumi istifadə də olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli tikili özbaşına tikilmiş fərdi yaşayış evidir. Tərəflər həmin evdə yaşayırlar. Lakin həmin evə dair hər-hansı hüquqmüəyyənedici və texniki sənədlər mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə hesab edir ki,mübahisəli ev özbaşına tikili olduğu üçün və tərəflərin hər hansının adına rəsmi reyestrdə qeydə alınmadığı üçün onların həmin evə dair sərəncam vermək hüquqları yoxdur. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının digər qətnamə ilə həmin özbaşına tikiliyə köçürülməsi həmin tikilidə istifadə qaydasının müəyyən edilməsi üçün əsas ola bilməz. İddiaçının həmin tikiliyə köçürülməsi onun başqa yaşayış yeri olmadığından bu zərurətin aradan qaldırılmasından ibarətdir. Belə olan halda iddiaçının həmin tikilidən istifadə qaydalarının müəyyən olunması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə qaydalarının müəyyən olunması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3492/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3492/2021
03.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver