Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3494/2025 28.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fəzrəliyeva Tünzalə Baləli qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi İddiaçı cavabdeh X2 qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliklərinin pozulmasının tanınmasını, ona dəyən maddi ziyanın – 1500 AZN məbləğin tam həcmdə cavabdeh X1 tutulmasını və hüquqlarının bərpasını məhkəmədən xahiş etmişdir. Daha sonra cavabdeh X3 əsl Cavabdeh ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixə təyin edilmiş baxış iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh nümayəndəsi həmin məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirirək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmənin xx.xx.2025-ci il tarixə təyin edilmiş baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlmədiyindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd edir ki, ərizə baxılmamış saxlandığından, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 29.6 AZN (iyirmi doqquz manat altmış qəpik) dövlət rüsumu da ona qaytarılmalıdır. Belə ki, MPM-in 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə həmçinin diqqətə çatdırır ki, MPM-in 260.4-cü maddəsinin tələbinə əsasən, iddianın baxılmamış saxlanmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə həmçinin onu da qeyd edir ki, MPM-in 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlansın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 29.6 AZN (iyirmi doqquz manat altmış qəpik) dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №2(003)-3494/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3494/2025
28.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver