Məhkəmə qərarları › İş №2(003)-3497/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3497/2023

21.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3497/2023 21.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X4 iştirakı ilə İddiaçı cavabdeh X5 qarşı ailə başçısını itirməyə görə dəymiş ziyanın ödənilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh X5 qarşı – cavabdehdən ailə başçısının itirilməsi ilə əlaqədar vurulan zərərə görə 6856 manat pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X20 ilə nikahlarını 02 oktyabr 2006-cı il tarixdə rəsmiləşdirmişdir. Birgə yaşadıqları dövrdə 08 aprel 2006- cı ildə İbrahim və 07 mart 2009-cu il tarixdə Əli adlı 2 uşaqları dünyaya gəlmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə X20 ilə onun arasında Cəlilabad rayonu, VVADQ şöbəsində qeydə alınmış xx.xx.2006-cı il tarixli, 364 nömrəli nikah akt qeydi pozulmuşdur. X3 və X21 onun yanında saxlanmışdır. Məhkəmə X11 hər ay qazancının 1/3 hissəsinin aliment kimi tutularaq 08 aprel 2006-cı ildə anadan olmuş X10 və 07 mart 2009-cu il tarixdə anadan olmuş X2 üçün ona verilməsini qət etmişdir. Daha sonra Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək hər bir uşaq üçün hər ay sabit pul məbləğində 70 manat, cəmi 140 manat müəyyən olunmuşdur. Alimentin ödənilməsi Cəlilabad rayon İcra şöbəsinə yönəldilmişdir. Cəlilabad rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən X20 xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci ilə kim icra sənədi üzrə aliment borcundan cəmi 275 manat ödəmişdir. Cəlilabad rayon İcra şöbəsinin verdiyi arayışa əsasən X20 vəfat edəndə onun 6305 manat aliment borcu olmuşdur. X20 xx.xx.2018-ci ildə yol qəzasında ölmüşdür. Ölüm haqqında xx.xx.2018-ci ildə 92 nömrəli akt qeydi tərtib olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən təqsirli bilinərək Cavabdeh idarə etdiyi avtomobillə yol hərəkəti qaydasını pozaraq X15 ölümünə səbəb olmuşdur. Cinayət mühakimə icraatı zamanı onun ilə mərhum X15 nikahı pozulduğu üçün dəvət olunmamış, məhkəmə tərəfindən işə səthi yanaşılmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi kimi qardaşı X22 çıxış etmişdir. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 236.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. O, mərhum X15 uşaqlarının saxlanılması üçün öldüyünə görə nə aliment borcunu ala bilmiş, nə də növbəti illər üçün aliment ala bilmişdir. 2018-ci ildə uşaqlar üçün yaşayış minimumu 154 manat 2019-cu ildə 160 manat, 2020-ci ildə 170 manat, 2021-ci ildə 175 manat, 2022-ci ildə 193 manat, 2023-cü ildə 220 manat təşkil etmişdir. Beləliklə, son 3 ilə görə ümumilikdə 6856 manat maddi zərər tələb edir. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki tələbi təmin edilməlidir. İddiaçı iddia tələbini dəqiqləşdirərək xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X2 üçün ailə başçısının itirilməsinə görə son 3 ilə görə 6856 manat pul vəsaitinin Cavabdeh tutularaq ona verilməsi və xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X2 üçün ailə başçısının itirilməsinə görə yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 220 manat pul vəsaitinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı yenidən iddia tələbini dəqiqləşdirərək xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X2 üçün ailə başçısının itirilməsinə görə son 3 ilə görə 5040 manat pul vəsaitinin Cavabdeh tutularaq ona verilməsi və xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X2 üçün ailə başçısının itirilməsinə görə yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 110 manat pul vəsaitinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən idiaçı İddiaçı məhkəməyə verdiyi izahtında bildirdi ki, o, uşaqlarını saxlamaqda çətinlik çəkir. İddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X8 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Bildirdi ki, iddiaçı ilə keçmiş əri Seymur Əliyevlə o, ölməmişdən 5 il əvvəl boşanıblar. İddiaçı hal-hazırda yeni ailə qrub. O, əvvələr iddiaçıya köməklik göstərib. Bundan başqa Seymurun atasına və qardaşına da müəyyən pul vəsaitləri verib. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum şahadətnamələrinin surətlərindən görünür ki, xx.xx.2006-cı il tarixdə X10 və xx.xx.2009-cu il tarixdə X21 anadan olmuş, onların doğum akt qeydlərində ata qrafasında “X20” və ana qrafasında “X16” qeyd edilmişdir. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X20 ilə X16 arasında Cəlilabad rayonu, VVADQ şöbəsində qeydə alınmış xx.xx.2006-cı il tarixli, 364 nömrəli nikah akt qeydinin pozulması, iddiaçı X12 nikahdan əvvəl daşıdığı Cəfərova soyadını daşımaq hüququ verilməsi, X3 və X21 onun yanında saxlanması, X11 hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi aliment kimi tutularaq xx.xx.2006-cı il tarixdə anadan olmuş X6 və xx.xx.2009cu il tarixdə anadan olmuş X1 üçün X12 verilməsi, tərəflərə nikahın pozulması haqqında şəhadətnamə verilərkən 15 manat dövlət rüsumu cavabdeh X11 tutulması, iddiaçı X9 himayəsində azyaşlı uşaqlar olduğu üçün onun bu xərcdən azad edilməsi qət edilmişdir. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cəlilabad şəhəri, 28 may küçəsi, ev 55-də yaşayan X11 xx.xx.2006-cı il tarixdə anadan olmuş X10 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X14 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşaq üçün hər ay sabit pul məbləğində 70 manat, cəmi 140 manat aliment tutularaq Cəlilabad şəhəri, S.Vurğun küçəsi, ev 90-da yaşayan X12 verilməsi, aliment məhkəməyə müraciət edildiyi xx.xx.2014cü il tarixdən tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iddia qismən təmin edildiyindən ödənilməli olan 30 manat dövlət rüsumunun 24 manatı cavabdeh X11 dövlət büdcəsinə tutulması qət edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsində ölmüşdür. Ölümün səbəbi:minik avtomobili pikap və furqon tipli yük avtomobili ilə toqquşma nəticəsində zərərçəkmiş piyada, yol bədbəxt hadisəsi, kəllə əsasının sınığı, baş beynin ocaqlı travması. İş materiallarında olan Cəlilabad rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli, 1283/341/2014 saylı arayışından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 2(73)- 1139/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2014-cü il tarixdən hesablanmaqla X7ndan 2 azyaşlı uşağın saxlanması üçün hər ay 140 manat aliment alınıb tələbkar X12 verilməlidir. X7 08 may 2014-cü il tarixdən 27 mart 2018-ci ilə kimi icra sənədi üzrə aliment borcundan cəmi 275 manat ödəmişdir. X7 27 mart 2018-ci ildə vəfat etmişdir. X7 vəfat edəndə onun 6305 manat aliment borcu olmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsilə təqsirli bilinərək, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Cavabdeh idarə etdiyi avtomobillə yol hərəkəti qaydasını pozması, ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə, digər zərərçəkmiş şəxsin isə sağlamlığına az ağır dərəcəli zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Cavabdeh 27 mart 2018-ci il tarixdə, saat 22:09-da baş etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz olan «VAZ 21154» markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Buzovna-Maştağa avtomobil yolunun 3-cü kilometrliyi ilə Maştağa qəsəbəsi istiqamətində saatda 60 km/saat sürətlə hərəkətdə olmuşdur. Buzovna qəsəbəs, “Panda Junior” marketin qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməmiş, mövcud şəraitdə yolun hərəkət hissəsinin soldan 2-ci zolağında dayanmış piyada X17 avtomobilin qabaq hissəsi ilə vuraraq ehtiyatsızlıqdan ona həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərər vuran bədən xəsarətləri yetirərək onun ölümünə səbəb olmuş və X13 əmlakı olan “VAZ 21154” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 559 manat maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozmuşdur. İşin məhkəmə iclasında araşdırılan hallarına, tədqiq edilən sənədlərə, o cümlədən tərəflərin izahatlarında öz əksini tapan bu və ya digər hallara əsasən müəyyən olunur ki, X16 ilə mərhum X20 xx.xx.2006-ci il tarixdə nikahlarını rəsmi qeydiyyatdan keçirərək ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X21 doğulmuşdur. Lakin Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən X20 ilə X16 arasında Cəlilabad rayonu, VVADQ şöbəsində qeydə alınmış xx.xx.2006-cı il tarixli, 364 nömrəli nikah akt qeydinin pozulması, iddiaçı X12 nikahdan əvvəl daşıdığı Cəfərova soyadını daşımaq hüququ verilməsi, X3 və X21 onun yanında saxlanması, X11 hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi aliment kimi tutularaq xx.xx.2006-cı il tarixdə anadan olmuş X6 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 üçün X12 verilməsi, sonradan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən X11 xx.xx.2006-cı il tarixdə anadan olmuş X10 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X14 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşaq üçün hər ay sabit pul məbləğində 70 manat, cəmi 140 manat aliment tutularaq X12 verilməsi qət edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi avtomobillə yol hərəkəti qaydasını pozması, ehtiyyatsızlıqdan X15 ölümünə səbəb olmuş, bununla da o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsilə təqsirli bilinərək, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. İddiaçı xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X2 üçün ailə başçısının itirilməsinə görə son 3 ilə görə 5040 manat pul vəsaitinin Cavabdeh tutulması barədə hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır və buna görə də, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121.1.1-ci maddəsinə əsasən ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər - əmək qabiliyyətindən asılı olmayaraq zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərin əvəzinin ödənilməsi hüququ vardır. Həmin Məcəllənin 1121.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək zərərin əvəzi ödənilir. Həmin Məcəllənin 1122.1-ci maddəsinə əsasən ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. Həmin Məcəllənin 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh idarə etdiyi avtomobillə yol hərəkəti qaydasını pozması, ehtiyyatsızlıqdan X15 ölümü ilə nəticələnmiş, bununla da xx.xx.2006-cı il tarixdə anadan olmuş X10 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X14 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşaq üçün hər ay sabit pul məbləğində 70 manat, cəmi 140 manat aliment ödənilməmiş qalmışdır. Cəlilabad rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 2(73)-1139/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən mərhum X15 08 may 2014-cü il tarixdən aliment borcundan cəmi 275 manat ödəmiş, 6305 manat aliment borcu olmuşdur. Məhkəmə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin hökmü sübutların aidliyi və mümkünlüyü nöqteyi nəzərdən qiymətləndirərək hesab edir ki, göstərilən hökm məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduğundan, Azərbaycan Respublikası MPMnin 82.4-cü maddəsinə müvafiq olaraq həmin hökmü məhkəmə üçün məcburi olmasa da, yol nəqliyyat hadisəsinin məhz Cavabdeh tərəfindən törədilməsi, bununla da Seymur Əliyevin ölümünə səbəb olması göstərilən hökmlə sübuta yetirilmiş və buna görə də Azərbaycan Respublikası CM-nin müvafiq maddəsi ilə təqsirli bilinib, məhkum edilmişdir. Beləliklə, Cavabdeh yol nəqliyyat hadisəsini törətməsi, bununlada Seymur Əliyevin ölümünə səbəb olması məhkəmə iclasında verilmiş izahatlar, hökmlər və işin digər materialları ilə tam sübuta yetirilir. Eyni zamanda iş materiallarından müəyyən olunur ki, cavabdeh ehtiyyatsızlıqdan iddiaçının keçmiş əri X15 ölümünə səbəb olmuşdur. Həmçinin müəyyən olunur ki, Cəlilabad Rayon Məhkəməsinin qərarına əsasən mərhum X11 iddiçını xeyrinə onların birgə nikahlarından doğulmuş uşaqlarının xeyrinə ümumilkdə 140,0 manat aliment tutlmuşdur. Göründüyü kimi, iddiaçının uşaqları mərhum Seymur Əlievin himayəsində olmaqla uşaqların ondan (aliment) dolanacaq almaq hüquqları olmuşdur. Hal-hazırda iddiaçı keçmiş ərinin ölümünə görə uşaqların təminatı üçün mərhum Seymur Əliyevdən almalı olduğu alimentin 3 illik hissəsini dəymiş zərər kimi cavabdehdən tələb edir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən normalarına əsasən hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmaqla ailə başçısının itirilməsi ilə əlaqədar vurulan zərərə görə 5040,0 (140,0 manat x 36 ay) manat pul vəsaiti cavabdeh Kamran Əliyevdən alınaraq İddiaçı ödənilməlidir. İddiaçının “uşaqların yetkinlik yaşına çatanədək pul” tələbinə dair hissəsini araşdıraraq, məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. İş materiallarından da müəyyən olunur ki, iddiaçının uşaqları mərhum Seymur Əliyevdən 140,0 manat aliment tutularaq iddiaçıya verilməsi müəyyən edilmişdir. X24 ölmü nəticəsində bu hüquq itirilmişdir. Hal-hazırda iddiaçı uşaqların yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 110,0 manat olmaqla 220,0 manat ailə başçısının itirilməsinə görə zərərin əvəzin ödənilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Seymur Əliyev cavabdeh tərəfindən ehtiyatsızlıqdan ölümünə səbəb olduğundan, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə ailə başçısınn itirilməsi ilə əlaqədar zərər tutulmalıdır. Həmçinin məhkəmə iddia tələbinin hər ay hər uşaq üçün 110,0 manat tutulması hissəsində araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, iddiaçı cavabdehdən tələb etdiyi zərəri mərhum Seymur Əliyevin uşaqların dolanacaq xərci kimi ödəməli olduğu alimentlə əsasldırmışdır. Belə ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları, eyni zamanda “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X2 üçün ailə başçısının itirilməsinə görə yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 110 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən uşaqların yetkinlik yaşına kimi tutulan pul vəsaiti məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X2 üçün ailə başçısının itirilməsinə görə üçül il üçün 5040 (beş min qırx) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X2 üçün ailə başçısının itirilməsinə görə yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 110 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar