Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3499/2020 25.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin təmsilçisi X1 iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - İddiaçı) “Borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, nizamnaməsi əsasında fəaliyyət göstərən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış və Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə kommersiya qurumu kimi dövlət qeydiyyatına alınmışdır. Rusyanın müxtəlif bölqələrindən Azərbaycan Respublika avtomobil yolları ilə bağlanmış müqavillər əsasında vaxtı keçmiş qazet ixraçısı ilə məşğuldur. xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh (bundan sonra “Sifarişçi”) və İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “İcraçı”) qanuni təmsilçisi arasında malların alqı-satqısına dair 02 saylı müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci, 1.3-cü, 3.1-ci, 3.2-ci bəndlərinə əsasən və onun ayrılmaz hissəsi hesab edilən Əlavəyə (müqavilənin şərtlərini dəqiqləşdirən sənəd) görə “İcraçı” “Sifarişçi”nin sifarişi əsasında göstərilən işləri və xidmətləri (malları) (bundan sonra “Xidmət”) yerinə yetirməyi, “Sifarişçi” isə xidməti qəbul edib ona görə müqavilə ilə müəyyənləşdirilmiş qiyməti təhvil təslim aktı imzalandıqdan 15 (on beş) təqvim günü ərzində “İcraçı”-ya ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alğı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək sifariş əsasında xx.xx.2019-cu il və xx.xx.2020-cu il tarixlərdə müvafiq razılaşma və təhvil-təslim aktları əsasında “İcraçı”-dan aldığı malların dəyərini 1760 manat məbləğində borcunu indiyədək ödəməmiş. bununla da alğı-satqı müqaviləsinin və mülki qanunvericiliyinin tələblərini pozmuşdur. Borcluya dəfələrlə edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq, borc məbləğini ödəməkdən yayınmış və nəticədə MMC-nin kommersiya fəaliyyətinə ziyan vurmuşdur. Borcun könüllü ödənilməsi üçün ona yazılı xəbərdarlıq məktubu göndərilmiş, lakin borc məbləği ödənilməmişdir. Məhkəmə iclasında İddiaçı-nin təmsilçisi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsində göstərilmiş ünvan üzrə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı-nin təmsilçisi X3 işə Cavabdeh iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı-nin xx.xx.2018-ci il tarixli əmrin surətindən görünür ki, X3 İddiaçı-nin direktoru təyin edilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 02 saylı müqavilədən görünür ki, İddiaçı Cavabdeh xidəmtin göstərilməsi ilə 1871,10 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan İddiaçı-nin xx.xx.2020-ci il tarixli arayışndan görünür ki, X2 İddiaçı-yə 1760 manat borcu yaranmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 02 saylı müqavilə bağlanmış, göstəriləcək xidmətlə bağlı cavabdehə 1871,10 manat pul ödənilmiş, lakin sonuncu müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuş, nəticədə cavabdehin müqavilə üzrə ümumilikdə 1760 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki qanunvericiliyin normalarına və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə hesab edir ki, iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etmədiyindən iddia təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, 02 saylı müqaviləyə əsasən 1760 borc İddiaçı-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 02 saylı müqaviləyə əsasən 1760 borc və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat alınaraq İddiaçı-yə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verə bilər. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-3499/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-3499/2020
25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver