Məhkəmə qərarları › İş №2(003)-3516/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3516/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3516/2021 02.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC "xxxx" Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit və ona hesablanmış faiz məbləğinin geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xxxx cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.11.2019-cu il tarixli **********31219 №-li Kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankı qarşısında 2 335,69 (iki min üç yüz otuz beş manat 69 qəpik) manat məbləğində əsas borc, 06.08.2021-ci il tarixinə qədər kreditdən istifadəyə görə illik 1% (bir faiz) dərəcəsi ilə hesablanmış 4,62 (dörd manat 62 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, cəmi 2 340,31 (iki min üç yüz qırx manat 31 qəpik) manat və 06.08.2021-ci il tarixdən başlayaraq İddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 1% (bir faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi birgə qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər Cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh1 (Borcalan) arasında bağlanmış 07.11.2019-cu il tarixli **********31219 №-li Kredit müqaviləsinə (bundan sonra “Kredit müqaviləsi” adlandırılacaq) müvafiq olaraq İddiaçı tərəfindən Borcalana 60 (altmış) ay müddətinə, illik 1 96 (bir faiz) ödənilməsi şərtilə 2 496,91 (iki min dörd yüz doxsan altı iki manat 91 qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə İddiaçı ilə digər Cavabdeh2 arasında 07.11.2019-cu il tarixli **********31219/ZM №-li Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Zamin Borcalanın Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən Borc alan Cavabdeh1 əsas borc məbləğini kreditin verildiyi müddətin ilk 12 (on iki) aylıq güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq hər ay Banka qaytarmağı, kredit üzrə faktiki istifadə edilmiş məbləğə hesablanmış faizləri 159 kreditin verildiyi təqvim ayından etibarən hər ay ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh öz öhdəliklərinin icrasına laqeyd yanaşmaqla onları kobud şəkildə pozmuş, Kredit müqaviləsi üzrə əsas borc məbləğinin mühüm hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin bir hissəsini ödəməmişdir. Beləliklə 06.08.2021-ci il tarixinə Cavabdeh1 Kreditor qarşısında gecikdirilmiş borcu 2 340,31 (iki min üç yüz qırx manat 31 qəpik) manat təşkil edir ki, bunun da 2 335,69 (iki min üç yüz otuz beş manat 69 qəpik) manat vaxtı keçmiş əsas borcdan, 4,62 (dörd manat 62 qəpik) manat isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Cavabdeh1 kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 0.02% (sıfır tam yüzdə iki faiz) dərəcəsi ilə hesablanan penya da ödəməli idi. Məhkəmənin diqqətinə çatdırırıq ki, Bankın daxili qərarına əsasən 01.04.2020-ci il tarixindən Kredit müqaviləsi üzrə vaxtı keçmiş əsas borc məbləğinə penyanın hesablanması Borcalanın xeyrinə dayandırılmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh1 (Borcalan) tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə, eyni zamanda digər Cavabdeh2 (Zamin) ilə bir neçə dəfə əlaqə saxlanılmasına və onlara borcun ödənilməsinin tələb edilməsinə dair müvafiq olaraq 18.05.2021-ci il tarixli 820 No-li Xəbərdarlıq məktubunun və 17.07.2021-ci il tarixli 1261 №-li Öhdəliklərin yerinə yetirilməsi haqqında Tələbin göndərilməsinə baxmayaraq, həmin şəxslər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər hər hansı əməli addım atılmamışdır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən onun təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhəkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 07.11.2019-cu il tarixli, **********31219 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə Cavabdeh1 ilə ASC "xxxx" Bankının Baş filialı arasında 60 ay müddətinə 2496,91 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan 07.11.2019-cu il tarixli, **********31219/ZM nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ASC "xxxx" Bankının Baş filialı ilə Cavabdeh1 arasında bağlanmış 07.11.2019-cu il tarixli, **********31219 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan borc üzrə cədvəldən görünür ki, Cavabdeh1 07.11.2019-cu il tarixli **********31219 №-li Kredit müqaviləsi üzrə ASC "xxxx" Bankı qarşısında öhdəlikləri yerinə yetirmədiyinə görə 06 avqust 2021-ci il tarixə 2 335,69 (iki min üç yüz otuz beş manat 69 qəpik) manat məbləğində əsas borc, kreditdən istifadəyə görə hesablanmış 4,62 (dörd manat 62 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, cəmi 2 340,31 (iki min üç yüz qırx manat 31 qəpik) manat təşkil edir. İş materiallarında olan xəbərdarlıqlardan görünür ki, cavabdehlər bank tərəfindən borc barədə xəbərdar edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 472.1-ci maddəsinə əsasə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Belə ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas və faiz borcunun əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 07.11.2019-cu il tarixli, **********31219 nömrəli kredit müqaviləsi üzrə 2335,69 manat əsas borcu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının iddia tələbinin gecikdirilmiş vaxt üçün illik 1 (bir) faiz dərəcəsi ilə hesablanan faiz borcunun tutulması hissəsinə münasibət məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsionə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik bir faiz ödəməyə borcludur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 07.11.2019-cu il tarixli, **********31219 nömrəli kredit müqaviləsi cavabdehlərdən müştərək qaydada gecikdirilmiş vaxt üçün illik 1 (bir) faiz dərəcəsi ilə hesablan 4,62 manat faiz borcu tutulmalıdır. Məhkəmə iddia tələbinin 06.08.2021-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 1% (bir faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi birgə qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia qeyd edilən hissədə rədd edilməlidir. İddiaçının həmin hissədə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 449-cu maddəsinə istinad etməsi ilə bağlı nəzərə alınmalıdır ki, həmin maddə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iddia ərizəsində istinad olunan 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 449-cu maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məcəllənin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında müəyyən olunmuş hüquqi mövqeyə uyğun olaraq hazırki iş üzrə cavabdehin borc münasibətlərinə əsasən ödəməli olduğu kredit borcun ödənilməməsinə görə Mülki Məcəllənin 449-cu maddəsinə əsasən əlavə mülki məsuliyyətinin yaranması üçün müqavilə üzrə üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırması halının sübuta yetirilməsi tələb olunur. İş materiallarında isə cavabdeh tərəfindən belə qərəzli hərəkətlər edildiyinə dəlalət edən və borclunun həmin pulu özündə saxlamaqla faydalanması hər hansı mötəbər sübutlar yoxdur. Nəzərə almaq lazımdır ki, bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarının mövqeyini əsas götürməklə məhkəmə hesab edir ki, borc məbləği üzrə cavabdehin borcu ödəmək iqtidarında olmaması, onun iddiaçının pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya iddiaçının hesabına pul vəsaitini əsassız əldə etməklə özündə saxlamaqla varlanmaq niyyətinin olması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki işin materiallarında olan 01.12.2020-ci il tarixli dövlət rüsumunun ödənilməsi barədə qəbzin surətindən görünür ki, iddiaçı ASC "xxxx" Bankı tərəfindən iddianın verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə əsaslı olduğundan təmin edilməli və iddia "xxxx" Bankı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq, "xxxx" Bankı ASC-yə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2 335,69 (iki min üç yüz otuz beş manat 69 qəpik) manat məbləğində əsas borc, 06.08.2021-ci il tarixinə qədər kreditdən istifadəyə görə illik 1% (bir faiz) dərəcəsi ilə hesablanmış 4,62 (dörd manat 62 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, cəmi 2 340,31 (iki min üç yüz qırx manat 31 qəpik) manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat tutularaq ASC "xxxx" Bankına ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2 335,69 (iki min üç yüz otuz beş manat 69 qəpik) manat məbləğində əsas borc, 06.08.2021-ci il tarixinə qədər kreditdən istifadəyə görə illik 1% (bir faiz) dərəcəsi ilə hesablanmış 4,62 (dörd manat 62 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, cəmi 2 340,31 (iki min üç yüz qırx manat 31 qəpik) manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat tutularaq ASC "xxxx" Bankına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar