Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3519/2022 03.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Cavabdeh elektron məhkəm portalında çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Belə olan halda, yəni cavabdehin ünvanı, Bakı şəhəri Xəzər rayonu ərazisində olmadığından, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalı deyildir. İddiaçı cavabdehin Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən 9 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılmasını əsas gətirməklə hazırki iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə qeyd edir ki Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. İddiaçının cavabdehin 3 saylı İstintaq Təcridxanasında saxlanılmasını əsas götürməklə Xəzər Rayon Məhkəməsinə müraciət etməsinə münasibətdə məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan respublikası Qanununun müddəasına (maddə 9) əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında həyata keçirilə bilər. Qanunun mənasından göründüyü kimi, hətta şəxs ömürlük azadlıqdan məhrum edildikdə belə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması imperativ deyil, dispozitiv olaraq nəzərdə tutulmuşdur. Yəni müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması kimi qəbul edilə və ona qarşı verilən iddiaların məhz cəzaçəkmə müəssisəsinin yeri üzrə baxılması üçün əsas ola bilməz. Prosessual qanunvericilik bir qayda olaraq iddianın cavabdehin rəsmi qeydə alındığı məhkəməyə verilməli olmasını göstərmişdir. Məhkəmə hesab edir ki, şəxsin cəza çəkmə müəssisəsində saxlanılması ona qarşı verilən iddiaların məhz həmin cəzaçəkmə müəssisəsinin yerləşdiyi ərazi üzrə baxılması üçün əsas ola bilməz. Əvvəla, cavabdehin hansı vaxtdan, hansı müddətədək cəzaçəkmə müəssisəsində saxlanılmalı olması işdən aydın olmur. Bunun aydınlaşdırılması zəruridir. Çünki, ola bilər ki, cavabdehin cəzaçəkmə müəssisəsində saxlanılma müddətinin bitməsi ilə əlaqədar müəssisədən buraxılımış olsun. Bu halların mövcudluğu da iddianın Xəzər Rayon Məhkəməsinə verilməsini istisna edən hallardandır. İkincisi, Cəzaçəkmə Müəssisəsində müəyyən müddətə saxlanılan şəxslərə qarşı iddiaların müəssisənin olduğu yer üzrə verilməsini qanunverici MPM-in 35 yaxud 36-cı maddələrində müəyyən edə bilərdi, ancaq etməmişdir. Demək, bu əsasa görə aidiyyət qaydalarının fərqli olması nəzərdə tutulmadığından şikayət də əsaslı ola bilməz. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-3519/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3519/2022
03.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver