Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3524/2021 02.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əldən çıxmış fayda olaraq 50212 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 24 noyabr 2008-ci il tarixli borc müqaviləsinə əsasən cavabdeh ondan 54 000 manat borc pul almışdır. Daha sonra aralarında bağlanmış 18 oktyabr 2010-cu il tarixli borc müqaviləsinə əsasən cavabdeh ondan daha 35 000 ABŞ dolları məbləğində pul vəsaitini borc götürmüşdür. Bir müddət sonra ona olan borcunu qaytarmadığı üçün o, məcbur qalaraq məhkəməyə müraciət etmiş və Xəzər rayon məhkəməsinin 06 aprel 2012-ci il tarixli, 2(003)-718/2012 saylı qətnaməsi ilə Cavabdeh ödənilmiş pullar çıxılmaqla 55270 (əlli beş min iki yüz yetmiş) manat tutularaq mənə ödənilməsi qət edilmişdir. Lakin cavabdeh illərdir Ukraynaya qaçaraq orada yaşayır və bütün bu dövr ərzində ona pul ödəməmişdir. O, həmin pul məbləğini istənilən bir banka qoymuş olsa idi bu puldan mənfəət əldə edərdi. Bu səbəbdən də onun məhkəməyə müraciət etməklə bank uçot dərəcəsinə uyğun olaraq əldən çıxmış faydanı tələb etməkdən başqa çıxış yolu qalmamışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini dəqiqləşdirərək Xəzər Rayon Məhkəməsinin 06.04.2012-ci il tarixli 2(003)-718/2012 saylı qətnaməsi ilə qət edilmiş 55270 manat pulun 06.04.2012-ci ildən başlayaraq 10 avqust 2021-ci il tarixədək olan müddətə görə 5%-i hesablanmaqla 25.332,32 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında məhkəmə qərarı əsasında cavabdeh tərəfindən 55270 manat məbləğində borcun ona verilməsinin qət edilməsinə baxmayaraq, cavabdeh uzun müddətdir ki, həmin borcun ödənilməsindən yayındığını bildirərək, iddiası təmin olunaraq 25.332,32 manat pulun cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06.04.2012-ci il tarixli 2(003)-718/2012 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 55270 manat məbləğində borc alınaraq İddiaçı Lərif oğlunun xeyrinə verilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06.04.2012-ci il tarixli 2(003)-718/2012 saylı icra vərəqəsinin surətindən görünür ki, borclu Cavabdeh 55270 manat məbləğində borc alınaraq tələbkar İddiaçı Lərif oğlunun xeyrinə verilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Mübariz Rüstəmovun 30.05.2012-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra məmuru tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06.04.2012-ci il tarixli 2(003)-718/2012 saylı icra vərəqəsi əsasında icra işinin başlanılması və borcluya tələbin könüllü olaraq 10 gün müddətində icra edilməsinin təklif edilməsi və sayrə icra hərəkətlərin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06.04.2012-ci il tarixli 2(003)-718/2012 saylı qətnaməsi ilə Cavabdeh 55270 manat məbləğində borc alınaraq İddiaçı Lərif oğlunun xeyrinə verilməsi qət edilmiş, həmin qətnamə icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcu qaytarmaqdan yayınmaqla iddiaçı qarşısında borc öhdəliyinin yerinə yetirilməsini 9 il 4 ay 4 gün (məhkəmə qətnaməsinin çıxarıldığı tarixdən iddia ərizəsinin məhkəmə daxil olduğu tarix (10.08.2021) nəzərə alınmaqla ) gecikdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.1-ci və 445.2-ci maddələrinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Qeyd olunan mülki qanunvericiliyin müddəalarından görünür ki, borclu vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Eyni zamanda borclu tərəfindən pul məbləğinin ödənilməsini gecikdirilməsi halında, əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, kreditorun borcludan gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən iddiaçı qarşısında borc öhdəliyinin 9 il 4 ay 4 gün (3413 gün) gecikdirildiyini, gecikdirilmiş bir gün üçün illik 5 faiz hesabı ilə 7,571 ((55270 x 5%):365 gün) manat, ümumilikdə 25839,82 manat (3413 x 7,571) olması nəzərə alınmaqla, məhkəmə hesab edir ki, iddia məbləği əsaslı olmaqla, cavabdehdən tələb olunan məbləğdə, yəni 25332,32 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 25332,32 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 25332,32 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3524/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3524/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver