Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3551/2023 06.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 5000,0 manat pulun və 70,0 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin yanvar ayının 1-də cavabdeh, yəni qardaşı Mahir cəzaçəkmə müəssəsindən azad edildi. Ö, iddiaçıya öz adına 3500,0 manat kredit götürüb, ona verməyini istəyib, cavabdeh isə hər ay işləyib krediti ödəyəcəyini bildirdi. O, yalnız bir ay 210,0 manat ödədi, sonralar da hissə-hissə ödədi. Lakin sonradan krediti ödəməkdən imtina etdi, hazırda krediti iddiaçı ödəyir. İddiaçı ondan pulu istəyəndə borcunu qaytarmayacağını bildirdi, lakin buna baxmayaraq 100,0 manat ödədi. Hazırda onun 2800,0 manat borcu qalıb. Banka ödədiyi faizlə birlikdə ümumilikdə iddiaçıya 5000,0 manat borcu qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bidirdi ki, qardaşının ondan kredit götürməsini və borcunu qaytarmamasını təstiqləyən disk vardır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirmiş və izahatında qeyd etmişdir ki, iddiaçı onun bacısıdır. İddiaçıdan həqiqətən kredit götürməsini istəyib, lakin ona 500,0 manat pul verib. O, iddia tələbinin 500,0 manat məbləğində pulun iddiaçıya verilməsi hissəsində təmin edilməsini, iddia tələbinin qalan hissəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o iddiaçının iş yoldaşıdır. İddiaçı işdə olarkən qardaşı gəldi və o bankdan kredit götürəcəyini deyərək qardaşı ilə birgə banka getdi. Lakin bankdan götürdüyü kredit məbləğindən və nə gədər pulun qardaşına verildiyi barədə məlumatı yoxdur. Məhkəmə iş üzrə tərəflərin izahatını, şahidin ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər RPİ-nin xx.xx.2022-cı il tarixli “cinayət işinin başladılmasının rədd olunması” barədə qərarının sürətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materiallar üzrə cinayət işinin başladılması rədd edilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, İddiaçı bank tərəfindən illik faiz dərəcəsi 19% olmaqla 48 ay müddətinə 3500,0 manat məbləğində kredit almışdır. İş materiallarında olan Zəfəran Hospital tərəfindən verilmiş MRT nəticələri barədə məlumat vərəqindən görünür ki, İddiaçı sağlamlığında problemlər yaranmışdır. İş materiallarında olan xx.xx.2003-cü il tarixli 1521 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, Cavabdeh səhhətində o bir sıra problemlər olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı ona 500,0 manat məbləğində pul verdiyini etiraf etmişdir. Cavabdeh tərəf iddiaçının 500,0 manat məbləğində pul verdiyini etiraf etməklə iddiaçının bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Belə olan halda, cavabdeh 500,0 manat məbləğində pulun iddiaçı tərəfindən ona verildiyinə etiraz etmədiyini bildiridiyindən həmin məbləği qaytarmasının təmin edilməsini məhkəmə əsaslı hesab edir. İddiaçı götürdüyü kredit məbləğinin hamısını cavabdehə verdiyinə dair sübutu təqdim etmədiyindən, məhkəmə cavabdehin 500,0 manat məbləğində pulun borca aldığına dair dəlillərini işin hallarına uyğun sayır. İş üzrə sübutlarla iddiaçının cavabdehə 500,0 manat məbləğində borc verdiyini nəzərə alaraq hesab edir ki, həmin xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İşin mübahisələndirilən halı iddiaçının cavabdehə 500,0 manat məbləğində pulun verilməsidir. Bununla bağlı məhkəmə qeyd edir ki, işin araşdırılmış halları, tərəflərin izahatları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə borc verildiyi sübuta yetirilmişdir. Lakin həmin məbləğlər iddia qeyd edildiyi kimi olması öz təsdiqini tapmamaqla yanaşı (məhkəmədə dindirilmiş şahid də ifadəsində iddiaçının iddiada qeyd etdikləri təsdiqini tapmamışdır ki, bunada məhkəmə tənqidi yanaşmaqla inandırıcı hesab etmir və subut kimi qiymətləndirmir), məhkəmə mübahisənin həllinə əsas olaraq hesab edir ki, həmin məbləğ cavabdehdən tutula bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh İddiaçı xeyrinə 4500,0 manat məbləğində pulun tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 500,0 manat məbləğində pul tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 70,0 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu da cavabdehdən qismən tutulmalıdır “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 7,0 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4).Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir” (maddə 77.1). Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehdan 500,0 (beş yüz) manat məbləğində pul və 7,0 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3551/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3551/2023
06.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver