Məhkəmə qərarları › İş №2(003)-358/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-358/2024

23.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-358/2024 23.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan zəhmət-haqqı kimi 1636 manat pul borcunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin sentyabr ayından etibarən 2023-cü ilin aprel ayınadək Cavabdeh adında şəxsə məxsus olan DAF 105 markalı avtomobili idarə edərək xarici ölkələrə - Türkiyə Respublikasına, Gürcüstan Respublikasına, Qazaxıstan Respublikasına və Rusiya Federasiyası Respublikasına yüklər daşımışdır. Lakin cavabdeh birinci reysinin pulunu 650 (altı yüz əlli manat) və sonuncu iki reysimi pullarını cəmi 580 (beş yüz səksən) ABŞ dolları pulunu vermir. Ondan bunun səbəbini soruşub pulumu tələb edərkən o, əvvəlcə ona müxtəlif bəhanələr və daha sonra hədə-qorxu gəlmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə şikayətlər etmişdir. Lakin bu müraciətləri nəticəsiz qalmışdır. Bu pulu qazanmaq üçün qışın soyuğunda aylarla maşında yatmış, bayram günlərini öz evində deyil, yol kənarında və səhralıqlarda keçirmişdir. Odur ki, onun zəhmət-haqqı cavabdehdən alınaraq ona ödənilməlidir. Əlavə edir ki, 580 ABŞ dolları 1,70 AZN kursu ilə 986 (doqquz yüz səksən altı) manat pul edir. Beləliklə Cavabdeh ona 986+650=1636 (min altı yüz otuz altı) manat zəhmət haqqı kimi pul borcu vardır. Şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsindən ona göndərilmiş surətini bu ərizəyə daxil etdiyi xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Baş. Prokurorluğa yazdığı şikayət ərizəsi DİN-ə göndərilmiş, oradan isə baxılması üçün Şamaxı Rayon Polis Şöbəsinə göndərilmişdir. Surətini bu ərizəyə daxil etdiyi Şamaxı Rayon Polis Şöbəsi rəsinin ona göndərdiyi xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, qaldırdığı məsələ mülki xarakterli olduğundan iddia tələbi ilə məhkəməyə müraciət etmək ona tövsiyyə olunmuşdur. Beləliklə, Cavabdeh zəhmət-haqqını verməkdən yayınmaqla, yəni ona verməli olduğu 1636 (min altı yüz otuz altı) manat zəhmət- haqqını verməməklə ona maddi ziyan vurmuşdur. Buna dair hazırki iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, cavabdehin iş fəaliyyəti sahibkarlıq fəaliyyətindən ibarət olmuş, cavabdehlə aralarında əmək müqaviləsi olmamışdır. Cavabdehə məxsus Daf 105 markalı avtomobili idarə edərək xarici ölkələrə yüklər daşımışdır. Yük daşımaya görə də ölkələrə və şəhərlərə uyğun olaraq xidmət haqqı almışdır. Cavabdeh onun son üç reysinin pulunu aralarında olan razılaşmaya uyğun olaraq tam verməmiş, nəticədə ona 1636,0 manat borcu qalmışdır. İddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdi. Eyni zamanda izahatında göstərdi ki, iddiaçı aralarında xidmət müqaviləsi olmuş və onun iş fəaliiyyəti sahibkarlıq fəaliyyətindən ibarət olmaqla, adına VÖEN vardır. Aralarında olan xidmət müqaviləsinə olaraq iddiaçıya tapşırılmış malları xarixi ölkələrə aparmaq olmuşdur. Lakin avtomobili qəzaya uğratdığı üçün ona külli miqdarda ziyan vurmuşdur. Bu səbəbdən də, onun pulunu tam verməmişdir. Ona dəymiş ziyan ödənildikdən sona iddiaçının xidmət haqqısını ödəyəcəkdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış proses iştirakçısı haqqında olan və “digər sorğular” bölməs(lər)ində görünür ki, İddiaçı vergi ödəyicisi kimi dövlət reyestrində qeydiyyatdadır və ********** VÖEN-dən istifadə edir. “Elektron məhkəmə” informasiya sistemində yaradılmış proses iştirakçısı haqqında olan və “digər sorğular” bölməs(lər)ində görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən fərdi sahibkar statusuna malikdir və ********** VÖEN-dən istifadə edir. Belə ki. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göründüyü kimi, mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Məhkəməyə daxil olmuş iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında olan və iddia tələbinin predmetini təşkil edən mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisədir. Belə ki, tərəflər sahibkarlıq fəaliyyətinin qanunla nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçmiş subyekti olaraq, faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsdir. Həmçinin iddia ərizəsindən görünür ki, tərəflər arasında müqavilə münasibətləri sahibkarlıq xarakterlidir. Məhkəmə tərəflərin subyekt tərkibini, onlar arasında əmələ gəlmiş hüquq münasibətinin xarakterini və mübaisənin predmetini nəzərə alıb hesab edir ki, həm iddiaçı, həm də cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğuldur, vergi ödəyicisidirlər. Bu tərəflər arasında yaranan mübahisə isə sahibkarlıq fəlailyyətindən irəli gələn mübahisədir. Belə ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası MPM-nin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 24.2 və 24.3-cü maddələrinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən eidlməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 11-ci bəndində məhkəmələrə izah edilmişdir ki, tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmçinin həmin Qərarın 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Habelə, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12.1ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Belə olan halda isə Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinin tələbləri baxımından və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarında əks olunan hüquqi mövqeyə görə hazırki mübahisə ümumi məhkəmənin mübahisəsi hesab edilə bilməz. Hazırki işin halları isə ondan ibarətdir ki, tərəflərin həyata keçirdiyi fəaliyyətləri sahibkarlıq fəaliyyətindən irəli gəlir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi üzrə tərəflər vergi ödəyicisi olmaqla, aralarında sahibkarlıq fəaliyyətində irəli gələn müqavilə mövcud olduğundan, tərəflərin fəaliyyətləri sahibkarlıq fəaliyyətidir və mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair”18 sentyabr 2020-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinə əsasən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan işdə iştirak edən şəxslər tərəfindən şikayətin verilməsi zamanı bu qərardadlardan verilən şikayətlərin birinci instansiya məhkəməsinə verilməsinə baxmayaraq, şikayətlər kassasiya şikayəti ilə bağlı Azərbaycan Respublikası MPM-nin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə cavab verməlidir. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlər istinad edilən tələblərə cavab vermədikdə birinci instansiya və ya kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-nin 403-1.4-cü maddəsinə əsasən geri qaytarılmalıdır. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 25, 32, 35, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhər Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar