Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3580/2024 06.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçıın, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xəzər rayon Məhkəməsinin 2(003)-2021/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər birinə 235 manat sabit pul məbləğində olmaqla ümumilikdə 470 manat alimentin və mediasiyaya ödənilmiş 60 manat rüsumun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X5 məhkəmə iclasında bildirdi ki, cavabdehlə xx.xx.2016-cı ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 2 övladları: xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2017ci il təvəllüdlü X4 doğulmuşdur. Xəzər rayon Məhkəməsinin 2(003)-2021/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər birinə 120 manat olmaqla, cəmi 240 manat aliment qət edilmişdir. Həyat şərtləri, həmçinin uşaqların böyüdükcə xərclərinin artmasını nəzərə alaraq aliment məbləğinin artıtılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, uşaqları xəstə olduğuna görə işdən çıxıb. Xəzər rayon məhkəməsinin 2018-ci il qərarı ilə hər uşağa N0 manat olmaqla cəmi 200 manat, 2019-cu il qərarı ilə hər uşağa 120 manat olmaqla cəmi 240 manat təyin olunmuşdur. Cavabdeh "xxxx" MMC-də ekspeditor-anbardar vəzifəsində çalışır və aylıq 1200-1300 əməkhaqqı alır.İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddianı qəbul etmir. 1-ci nikahından olan 2 uşağı üçün hər birinə N0 manat olmaqla cəmi 200 manat aliment, 2-ci nikahından olan 2 uşağı üçün hər birinə 120 manat olmaqla cəmi 240 manat olmaqla ümumilikdə 440 manat aliment ödəyir. Özü "xxxx" MMC-də fəhlə işləyir və 450 manat əməkhaqqı alır. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 149517 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İsmayılova (Cabbarova) Elnarə Əli qızı xx.xx.2016-ci ildə rəsmi nikaha girmişlər. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrdən görünür ki, X4 xx.xx.2017-ci il tarixində, X3 xx.xx.2018-ci il tarixində doğulmuşlar. Ataları Cavabdeh, anaları İddiaçıdır. İş materiallarında olan Xəzər rayon Məhkəməsinin N.6.2019-cu il tarixli, 2(003)- 2021/2019 saylı qətnaməsindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər birinə 120 manat olmaqla cəmi 240 manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş mənzil istismar hissəsinin 1N saylı Komendant sahəsinin 347 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Xəzər rayon Qala qəsəbəsi N nömrəli hərbi hissənin N saylı şəhərcikdə N3 qeydiyyatındadır və ailə tərkibinə uşaqları X4 və X3 daxildir. İş materiallarında olan "xxxx" MMC-tərəfindən verilən A144 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixindən "xxxx" MMC-də fəhlə vəzifəsində çalışır və 345 manat əməkhaqqı alır. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 2(043)-1619/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, Cavabdeh övladları Ömər və Fatimənin yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər birinə N0 manat olmaqla cəmi 200 manat alimentin tutulması qət edilmişdir. Qanunverici uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmədə müəyyən olundu ki, tərəflərin birgə nikahlarından doğulmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Lakin iddiaçı uşağın saxlanılması üçün 235 manat aliment tələb etsə də, cavabdeh bunu ödəmək üçün zəruri vəsaitə malik deyil. Məhkəmə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutur. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh hər ay uşağın saxlanılması üçün 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Bakı Xəzər Rayon Məhkəməsinin 2(003)-2021/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və Cavabdeh İddiaçı xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat olmaqla cəmi 300 manat (üç yüz) sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-3580/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3580/2024
06.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver