Məhkəmə qərarları › İş №2(003)-3581/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3581/2020

18.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3581/2020 18.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2006-cı ildə qeyrirəsmi olaraq nikaha daxil olmaqla ailə qurmuşlar. Həmin nikahdan xx xxxxxxxx 2007-ci il təvəllüldlü X7 doğulmuşdur. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(003)-4506/2014 saylı qətnaməsinə əsasən bir uşağın saxlanması üçün cavabdehdən 103 manat sabit pul məbləğində aliment tutularaq iddiaçının xeyrinə verilməsi qət edilmişdir. Hazırda məhkəmə qətnaməsi ilə təyin edilmiş 103 manat aliment uşağın saxlanılmasına çatmır. Hər ay uşaqlarının geyim, yemək və digər xərclərinə 800 manata qədər xərci çıxır. Cavabdeh onlara heç bir köməklik göstərmir. Ona görə də xx xxxxxx 2014-cü il tarixli 2(003)-4506/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişilərək, Cavabdeh onun xeyrinə xx xxxxxxxx 2007-ci il təvəllüldlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat məbləğində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, onun iddiaçı ilə rəsmi nikaha daxil olmamışdır. O, xx xxxxxxxx 2009-cu il tarixdə X8 ilə rəsmi olaraq nikaha daxil olmuşdur. Həmin nikahdan xx xxxxxxx 2011-ci il təvəllüdlü X10 və xx xxxxxxx 2013-cü il təvəllüdlü X11 doğulmuşdur. Cavabdehin həyat yoldaşı heç bir yerdə işləməyərək evdar qadındır. Cavabdeh özü isə Kəlbəcər rayonu 37 saylı tam orta məktəbdə gözətçi vəzifəsində işləyir və onun orta aylıq əmək haqqısı 245 manat təşkil edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən onun iddiaçıya hər ay bir uşağın saxlanılması üçün sabit pul məbləğinde 103 manat aliment ödənilməsi qət edilmişdir. Lakin o, iddiaçıya qətnamədə qeyd edilen 103 manatın məbləğin əvəzinə hər ay ona 130-150 manat məbləğində aliment pulunu rəsmi ödəmişdir. İddiaçı hal-hazırda başqa şəxslə rəsmi olaraq nikaha daxil olmuş və rəsmi nikahdan uşaqları yoxdur. Onun isə hal-hazırda rəsmi nikahdan iki az yaşlı uşaqları var. Ailədə tək o, özü işleyir. Onun həyat yoldaşı heç bir yerdə işləmir vərəsmi olaraq aylıq əmək haqqısı 245 manat təşkil edir. O, hər ay vaxtı-vaxtında iddiaçıya qətnamə əsasında 103 manat əvəzinə 130-150 manat aliment pulu ödəyir. İndiki zamanda onun vəziyyəti çox çətindir, o, iki uşağını və onun həyat yoldaşı 4 nəfərdən ibarət olmaqla çox çətinliklə yaşayırlar. İddiaçının ona qarşı olan aliment məbləğinin artırılmasına dair alimentin sabit pul məbləğində 170 manat tutulmasına dair iddia tələbini təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qızı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(003)-4506/2014 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, xx.xx.2014-cü il tarixdən başlayaraq xx xxxxxxxx 2007-ci il təvəllüldlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 103 manat məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli 2(003)-4461/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X3 qarşı alimentin miqdarının azaldılması barədə iddia tələbi əsassız olduğundan təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli 2(103)-1753/2015 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(003)-4506/2014 saylı qətnaməsi alimentin xx xxxxxx 2014-cü il tarixdən tutulmalı olduğu hissədə dəyişdirilmiş və alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxxxxxx 2007-ci ildə X1 doğulmuş X4 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 409 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası X5 olan xx xxxxxxxx 2007-ci il təvəllüdlü X7 doğulmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X6 ilə xx xxxxxxxx 2009-cu il tarixdə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər rayonu) Qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 885 sayla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, atası Cavabdeh, anası X8 olan xx xxxxxxx 2011-ci il təvəllüdlü X10 və xx xxxxxxx 2013-cü iltəvəllüdlü X11 doğulmuşdur. İş materiallarında olan “xxxx” ASC-nin aliment ödənişi barədə qəbzdən görünür ki, Cavabdeh X5 120-150 manat aliment ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Kəlbəcər Rayon Təhsil şöbəsinin 37 №-li tam orta məktəb tərəfindən verilmiş 192 saylı xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsinin yeni yaşayış sahəsində fəaliyyət göstərən Kəlbəcər rayonu 37 №-li tam orta məktəbdə gözətçi vəzifəsində çalışır və onun orta aylıq əmək haqqısı 245 manatdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarının portal çıxarışından görünür ki, İddiaçı ünvan 1 saylı ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsinin məlumatlarının portal çıxarışından görünür ki, Cavabdeh Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Bünyatzadə küçəsi, ev 50 saylı ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 2006-cı ildə faktki nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan xx xxxxxxxx 2007-ci il təvəllüldlü X7 doğulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(003)-4506/2014 saylı qətnaməsi ilə xx xxxxxxxx 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 103 manat məbləğində alimentin tutularaq X3 verilməsi qət edilmişdir. Hazırda uşaq iddiaçının himayəsindədir. Cavabdeh ikinci dəfə ailə qurmuş və həmin nikahdan iki uşağı var. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşaqların saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşaqlarını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün təyin edilmiş alimentin məbləği məhkəmə tərəfindən artırılmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, alimentin tutulması ilə bağlı qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, “hər ay hər uşağa 170 manat müəyyən edilməsi” barədə iddia tələbi qismən əsaslıdır. Belə ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(003)-4506/2014 saylı qətnaməsi ilə xx xxxxxxxx 2007-ci il təvəllüldlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 103 manat məbləğində aliment tutulmasına baxmayaq, cavabdeh öz valideynlik borcunun məsuliyyətini anlayaq 120-150 manat aliment ödəməsini, aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə, cavabdehin ikinci nikahından azyaşlı övladlarının olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay görə 135,0 manat məbləğində müəyyən edilməlidir. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(003)- 4506/2014saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx xxxxxxxx 2007-ci il təvəllüldlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 135,0 (bir yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar