Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-36/2021 08.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin vəkili X2 iştirakı ilə İddiaçı “xxxx” QSC-nin Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 9654.86 (doqquz min altı yüz əlli dörd ABŞ dolları, 86 sent) ABŞ dolları məbləğində əsas borc, 1464.66 (bir min dörd yüz altmış dörd ABŞ dolları, 66 sent) ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 11119.52 (on bir min yüz on doqquz ABŞ dolları, 52 sent) ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun “xxxx” QSC-nin xeyrinə ödənilməsi; tutmanın Cavabdeh mülkiyyətində olan **-LU-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ GRANDEU” markalı minik (buraxılış ili 2011, Ban -KMHFH41BBCA060896, rəngi -qara mirvari) avtomobilinə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti “xxxx" QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutularaq “xxxx“ QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı İddiaçı MMC-nin nümayəndəsi X4 Mülki Prosessual Məcəllənin 54-cü maddəsinə əsasən, əsl olmayan tərəfin əvəz edilməsinə dair ərizə ilə müraciət etmiş, “xxxx” QSC Bank olmayan Kredit Təşkilatı mülki iş üzrə iddiaçı qismində cəlb olunmuşdur. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Azərbaycan Beynəlxalq Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə “xxxx” QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ “xxxx” QSC-yə keçmişdir. “xxxx” QSC-nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (İddiaçı MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini İddiaçı MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1980 saylı, xx xxxxxx 2017-ci il tarixli təhvil-təslim aktına əsasən “xxxx” QSC -yə verilmişdir. “xxxx” ASC-nin Sənaye filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2011-ci il tarixdə, 062 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18 % tətbiq edilməklə, 60 ay müddətinə 27335 (iyirmi yeddi min üç yüz otuz beş) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2011-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-LU-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ GRANDEU” markalı minik avtomobili (buraxılış ili 2011, Ban -KMHFH41BBCA060896, rəngi - qara mirvari) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X3 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2011-ci il tarixli, AA seriyalı, 017634 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 27335 (iyirmi yeddi min üç yüz otuz beş) ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.2. bənd) “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitnin köçürüldüyü təqvim tarixdən başlanır. (5.4. bəndi) “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 60 (altmış) aydır. (5.5. bənd) kredit vəsaitinin istifadə müddəti xx xxxx 2016-cı il tarixdə bitir. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 18 (on səkkiz) faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan 9654.86 (doqquz min altı yüz əlli dörd ABŞ dolları, 86 sent) ABŞ dolları məbləğində əsas borc, 1464.66 (bir min dörd yüz altmış dörd ABŞ dolları, 66 sent) ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 11119.52 (on bir min yüz on doqquz ABŞ dolları, 52 sent) ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Qeyd olunanlara əsasən, Cavabdeh 9654.86 (doqquz min altı yüz əlli dörd ABŞ dolları, 86 sent) ABŞ dolları məbləğində əsas borc, 1464.66 (bir min dörd yüz altmış dörd ABŞ dolları, 66 sent) ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 11119.52 (on bir min yüz on doqquz ABŞ dolları, 52 sent) ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun “xxxx” QSC-nin xeyrinə ödənilməsi; tutmanın Cavabdeh mülkiyyətində olan 90-LU- 296 dövlət qeydiyyat nişanlı, “HYUNDAİ GRANDEU” markalı minik (buraxılış ili 2011, Ban -KMHFH41BBCA060896, rəngi -qara mirvari) avtomobilinə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti “xxxx" QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutularaq “xxxx“ QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən əsl iddiaçı “xxxx" QSC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X6 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən heç bir ödəniş edilməyib. İddiaçı tərəfindən guya kredit müqaviləsi üzrə ödənişlər edildiyi göstərilir. Lakin bütün bunlar iddia müddətinin tətbiq edilməməsi üçün atılan addımlardır. Əgər cavabdeh tərəfindən bu ödənişlər edilibsə, onun imzası olan sənədlər məhkəməyə təqdim edilməlidir. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, xxxx ASC ilə Cavabdeh arasında 062 №-li kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən sonuncuya xx xxxx 2011-ci il tarixdə 27335 ABŞ dolları manat məbləğində kredit verilmişdir. Məhkəmə hesab edir ki, xxxx ASC ilə Cavabdeh arasında 062 №-li istehlak krediti müqaviləsi bağlanarkən qanunun tələblərinə əməl edilmişdir. İş materiallarından görünür ki, “xxxx” QSC ilə xxxx ASC arasında bağlanmış Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə əsasən xxxx ASC-nin problemli aktivlərinin tələb hüququ xxxx ASC-yə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Kredit müqaviləsinin şərtlərindən, iddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatından və iş materiallarından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun iddiaçıya olan əsas borcu 9654.86 ABŞ dolları, faiz borcu 1464.66 ABŞ dolları manat olmaqla, cəmi borc 11119.52 ABŞ dolları təşkil etmişdir. Cavabdeh tərəf iddia tələbinə etiraz edərək, iş üzrə iddia müddətinin keçdiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Məhkəmə sorğusu ilə alınaraq iş materiallarına əlavə edilmiş kassa mədaxil qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən xxxx ASC-yə xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərdə ödəniş həyata keçirilmişdir. İddiaçı isə hazırkı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı məhkəməyə müraciət edərkən, qanunvericiliklə müəyyən edilmiş üç illik iddia müddəti ötürülməmişdir, cavabdehin etirazı əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1. maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3. maddəsinin tələbinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İş materiallarında olan Cavabdeh ilə bağlanmış 62 saylı ipoteka müqaviləsinin surətindən və işdə olan sənədlərdən görünür ki, xxxx ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2011-ci il tarixli, 62 №-li kredit müqaviləsi ilə öhdəliklərin icrasına təminat olaraq mülkiyyət hüququ ilə Cavabdeh məxsus «Hyundai Grandeur» markalı **- LU-*** dövlət qeydiyyat nişanlı avtomobil xxxx ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş bildirişdən, həmçinin işin digər materiallarından görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müqavilə öhdəlikləri yerinə yetirilmədiyindən iddiaçı tərəfindən «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 36.3. maddəsinin tələb etdiyi qaydada tutmanın ipotekaya yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması üçün ərizə verilmişdir. İddiaçı xxxx ASC ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri 34575 manat müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdə olan məhkəmə tərəfindən qiymətləndirməni aparması həvalə edilmiş “xxxx” MMC tərəfindən tərtib edilən H/02-PLS №-li xx xxxxxx 2019-cu il tarixli rəydə, «Hyundai Grandeur» markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 20.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə, əmlakın dəyərini müəyyən etmiş birliyin qiymətləndirmə sahəsində xüsusi biliyi olduğunu nəzərə alaraq, əmlakın dəyəri barədəki rəylə razılaşır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1. maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən Qanunun 34.1.3. maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1. maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər və həmin Məcəllənin 319.1. maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 319.6. maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalı, çatışmayan məbləğ borclu tərəfindən ipoteka saxlayana ödənilməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı «xxxx» BOKT ASC-yə ödənilməmiş 9654.86 ABŞ dolları əsas və 1464.66 ABŞ dolları manat faiz borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçı Bank Olmayan Kredit Təşkilatı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 9654.86 ABŞ dolları əsas borc, 1464.66 ABŞ dolları manat faiz borcu, cəmi 11119.52 ABŞ dolları məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 15 manat məbləğində pul vəsaiti tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan «Hyundai Grandeur» markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomobil 20.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılmalı, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçıya ümumilikdə 11119.52 ABŞ dolları məbləğində borc və dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Bank Olmayan Kredit Təşkilatı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə, Cavabdeh 9654.86 ABŞ dolları əsas borc, 1464.66 ABŞ dolları manat faiz borcu, cəmi qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 11119.52 (on bir min yüz on doqquz dollar əlli iki sent) ABŞ dolları məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan «Hyundai Grandeur» markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin avtomobil 20.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı Bank Olmayan Kredit Təşkilatı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinə ümumilikdə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 11119.52 ABŞ dolları məbləğində borc və dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-36/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-36/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver