Məhkəmə qərarları › İş №2(003)-3628/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3628/2022

05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3628/2022 05.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000,0 manat və ödənilmiş 40,0 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onunla Cavabdeh ilə arasında 17 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri 4 saylı Bakı ASAN xidmət mərkəzi 4 saylı notariat ofisində bağlanmış kredit müqaviləsinə əsasən o, sonuncuya 2000 manat məbləğində borc verməyi, borcalan isə həmin məbləği xx.xx.2021-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, cavabdeh aldığı borcdan heç bir məbləğini geri qaytarmamışdır. Dəfələrlə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, borcun ödənilməsini təmin etməmişdir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında iddia tələbini müdafiə etdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlə arasında 5000 manat borc münasibəti olmuşdur. Lakin onlar notariusda 2000 manat borca dair müqavilə bağladılar, cavabdeh söz verdi ki, qalan 3000 manat pulu da ödəyəcək. Cavabdeh ona olan borcundan aybaay cəmi 900 manat qaytarıb. Lakin hesab edir ki, həmin pul 5000 manat borcdan silinməlidir. Odur ki, hazırda cavabdehdən 2000,0 manat borcun qaytarılmasını tələb edir. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini qismən etiraf etdi və bildirdi ki, o, İddiaçı 2000,0 manat borc pul almış, bununla bağlı notariusda müqavilə bağlamışlar. O, borcundan 900,0 manat pul vəsaitini qaytarmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Beləki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 17 saylı notariat ofisində bağlanmış 17 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 2000 manat 00 qəpik pulu borc vermişdir. Həmin müqavilənin 2-ci bəndinə görə borc alan krediti xx.xx.2021-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh tərəfindən təqdim olunmuş ödəniş qəbzlərinin surətindən görünür ki, onun tərəfindən İddiaçı məxsus bank hesabına xx.xx.2022-ci il tarixdə 150 manat, xx.xx.2021-ci il tarixdə 250 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 200 manat və xx.xx.2021-ci il tarixdə 200 manat manat olmaqla, cəmi 900,0 manat pul vəsaiti göndərilmişdir. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən İddiaçı pretenziya məktubu göndərilərək 2000,0 manat borc məbləğinin 10 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzin surətindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 40,0 manat məbləğində pul ödəmişdir. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə notarial qaydada kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 2000,0 manat məbləğində pulu xx.xx.2021-ci ilədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli müqavilə bağlandıqdan sonra iddiaçıya ümumilikdə 900,0 manat pul vəsaiti qaytarılmışdır. İddiaçı həmin 900,0 manat pulun ona qaytarıldığını qəbul etsə də, onlar arasında əlavə olaraq 3000,0 manat borcla bağlı da şifahi müqavilə olduğunu bildirmişdir. İddiaçı, cavabdehlə aralarında hər hansı başqa borc öhdəliyinin olmasına dair əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən tam icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi borcu tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, cavabdehin 900,0 manat pul vəsaitini iddiaçıya qaytardığı hər iki tərəfin izahatı ilə təsdiq olunduğundan, iddiaçının cavabdehlə arasında başqa borc öhdəliklərinin olması faktı müəyyən olunmadığından, borc məbləğinin 900,0 manat hissəsinin qaytarıldığı müəyyən edilməklə, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 329.2. maddəsinin mahiyyətindən görünür ki, əqdlərin həm şifahi, həm də yazılı formada bağlanmasına yol verilir. Həmin Məcəllənin 329.3. maddəsində göstərilir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi qismən təmin edilərək, ödənilməmiş qalan 1100,0 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın 40,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, ödənilmiş tələbin məbləğinə münasib olaraq 22,0 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi əsaslı olduğundan və sübuta yetdiyindən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1100 (bir min yüz) manat məbləğində borc pul və 22,0 (iyirmi iki) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar