Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3646/2021 22.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X7, Cavabdeh Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcunun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 11 sentyabr 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan "xxxx" ASC tərəfindən Cavabdeh1 18 ay müddətinə illik 20,5 % ödəmək şərti ilə 2000,0 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 11 sentyabr 2015–ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklədə müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə 11 sentyabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2–ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. 11 sentyabr 2015–ci il tarixli, ********* saylı kredit müqaviləsinə 18 avqust 2017-ci il tarixli Əlavə Sazişə əsasən kredit restrukturizasiya edilmişdir. Borclanan Cavabdeh1 kredit öhdəliyinin qalığı 2215,58 ABŞ dolları təşkil etmiş. Restrukturizasiya edilmiş kreditin müddəti 18.08.2018-ci il tarixinə kimi uzadılmışdır. Cavabdeh1 kredit üzrə 12.07.2021-ci il tarixinə 369,65 ABŞ Dolları əsas borc, 195,11 ABŞ Dolları faiz borcu və 1119,41 ABŞ Dolları cərimə olmaqla cəmi 1737,12 ABŞ Dolları təşkil edir. Ləğv prosesində olan "xxxx" ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Bütün bu hərəkətləri ilə borclu kredit müqaviləsinin şərtlərini pozmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 369,65 ABŞ dolları əsas borcun, 195,11 ABŞ dolları faiz borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1119,41 ABŞ dolları cərimə borcunun, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52,95 ABŞ Dolları faiz borcu və iş üzrə ödənilmiş 30,0 manat dövlət rüsumunun tutulub Ləğv prosesində olan "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, yaxşı işi var idi, lakin devolvasiya və pandemiya səbəbindən işi yaxşı getmədi və ödənişləri edə bilmədi. Bank tərəfindən hesablanmış əsas borcu və faiz borcunu qəbul edir, lakin hesablanmış cəriməni qəbul etmir və bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim etdi. İddianın qismən təmin edilməsini xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 sentyabr 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən, bank cavabdehə 18 ay müddətinə, illik 20,5 % hesablanmaqla 2000,0 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan 11 sentyabr 2015-ci il tarixli ********* saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2, X1 Elçin İttifaq oğlunun öhdəliklərinə zamin durmuşdurlar. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 və X3 arasında 18 avqust 2017-ci il tarixdə 11 sentyabr 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin restrukturizasiya edilməsi barədə Əlavə Saziş bağlanmışdır. Həmin sazişə əsasən 18 avqust 2017-ci il tarixli restrukturizasiya edilmiş kredit şərtlərinin təmini olaraq X1 Elçin İttifaq oğlunun öhdəliklərinə zamin durmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh1 ünvanlanmış 16 iyul 2021-ci il tarixli bildirişdən görünür ki, bank cavabdeh borc barədə xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki Cavabdeh1 18.09.2017-ci il tarixdən 18.08.2018-ci il tarixədək hər ay 110,68 ABŞ dolları ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan, Ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1nın 12.07.2021-ci il tarixə Banka kredit borcu üzrə 369,65 ABŞ dolları əsas, faiz borcu 195,11 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu 52,95 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 1119,41 ABŞ dolları, cəmi isə 1737,12 ABŞ dolları borcu var. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 18 ay müddətinə 29% ödəmək şərti ilə 2000,0 ABŞ dolları məbləğində kredit vermişdir. Həmçinin bankla digər Cavabdeh2 və X3 arasında zaminlik müqaviləsi imzalanmışdır. 18 avqust 2017-ci il tarixdə tərəflər arasında 11 sentyabr 2015ci il tarixli ********* saylı kredit müqaviləsinin restrukturizasiya edilməsi barədə Əlavə Saziş bağlanmışdır. Həmin Sazişə əsasən Cavabdeh1 12 ay müddətinə illik 10% olmaqla 2215,58 ABŞ dollarını ödəməsini öhdəsinə götürmüşdür. 11 sentyabr 2015-ci il tarixli ********* saylı zaminlik müqaviləsi üzrə Əlavə Saziş bağlanmışdır. Həmin müqaviləyə görə zamin X3 “borclu” Cavabdeh1 kreditor bank qarşısında öhdəliklərinin icra edilməsinə görə birgə məsuliyyət daşımaq öhdəliyini üzərinə götürmüşdür. İş üzrə cavabdehlər kredit müqaviləsinə əsasən müəyyənləşdirilmiş qrafikə uyğun olaraq ödənişlər etməməklə kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və əldən çıxmış faydanın ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, kredit müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 1119,41 ABŞ dolları məbləğində deyil, 10,0 ABŞ dolları məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. İddia tələbinin tələbdə qeyd edilən məbləğin həmçinin müştərək qaydada Cavabdeh2 tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. İş materiallarında olan zaminlik müqaviləsindən də göründüyü kimi, "xxxx" ASC il ilə Cavabdeh1 arasında bağlanmış 11 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi əsasında bank ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, qeyd olunan müqavilə üzrə Cavabdeh2 “borclu” Cavabdeh1 kreditor bank qarşısında öhdəliklərinin icra edilməsinə görə birgə məsuliyyət daşımaq öhdəliyini üzərinə götürmüşdür. Lakin iş materiallarından göründüyü kimi, 18 Avqust 2017-ci il tarixdə tərəflər arasında Əlavə saziş bağlanmış və 11 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi restruktruzasiya olunmuşdur. Həmin saziş üzrə X3 ilə zaminlik müqaviləsi bağlansa da "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 sentyabr 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinin restrukturizasiya edilməsi barədə 18 avqust 2017-ci il tarixli Əlavə Saziş üzrə Cavabdeh2 zamin olmamış, sonuncu həmin sazişi icra etmək üçün məsuliyyəti üzərinə götürməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli Qərarında qeyd etmişdir ki, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına kreditin ümumi məbləğinin artırılması, kreditin faizinin artırılması, kreditin valyutasının dəyişdirilməsi və kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Məhkəmə qeyd edir ki, bankla Cavabdeh1 arasında 11 sentyabr 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinin restrukturizasiya olunması barədə 18.08.2017-ci il tarixdə Əlavə Saziş bağlanmış, kredit müqaviləsinin müddəti 18.08.2018-ci il tarixədək uzadılmışdır. Həmin Sazişlə kredit müqaviləsinin müddətinin uadılmasında zamin X2 razılığı olmamışdır. Bu da zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olmasına görə zaminliyə xitam verilməlidir. Zaminliyə xitam verildiyindən cavabdeh (zamin) qarşısında məsuliyyət daşımır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı bankla Cavabdeh1 arasında 11 sentyabr 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinin restrukturizasiya olunması barədə 18.08.2017-ci il tarixdə Əlavə Saziş bağlanan zaman kredit müqaviləsinin müddətinin uadılmasında zamin X2 razılığı olmadığından və bu zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduğundan Mülki Məcəllənin 477.0.1-ci maddəsinin tələbləri baxımından zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir və iddia tələbi zamin Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın 30,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin iddiası qismən təmin edilməli, 369,65 ABŞ dolları məbləğində əsas borc, faiz 195,11 ABŞ dolları məbləğində faiz borcu, 10,0 ABŞ dolları məbləğində cərimə borcu, kredit müddətinin bitdiyi tarixdən 12.07.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faizlə 52,95 ABŞ dolları, cəmi isə 627,71 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və ödənilmiş 30,0 manat dövlət rüsumu Cavabdeh1 alınaraq Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 369,65 ABŞ dolları məbləğində əsas borc, faiz 195,11 ABŞ dolları məbləğində faiz borcu, 10,0 ABŞ dolları məbləğində cərimə borcu, kredit müddətinin bitdiyi tarixdən 12.07.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faizlə 52,95 ABŞ dolları, cəmi isə 627,71 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və ödənilmiş 30,0 manat dövlət rüsumu Cavabdeh1 alınaraq Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-3646/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3646/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver