Məhkəmə qərarları › İş №2(003)-365/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-365/2023

02.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-365/2023 02.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8500,0 manat tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Tərtər rayonunun Həsənqaya kəndində məskunlaşmışdır. Cavabdeh ilə bir insan kimi munasibətləri yaxşı olmuşdur. Cavabdeh 01 yanvar 2021-ci il tarixdə ondan ailəsində problem olduğundan 8500,0 manat borc pul istədi. İddiaçı da münasibətləri yaxşı olduğu üçün ona inanıb həmin məbləğdə pulu ona borc olaraq verdi. Cavabdeh ondan borc pul alması ilə bağlı heç bir təzyiq olmadan qəbz yazıb verdi və həmin pulu 01 yanvar 2022-ci il tarixə qaytarmağı söz verdi. Beləliklə, iddiaçı Cavabdeh ilə aralarında olan razılaşmaya əməl etməklə ona 8500,0 manat pulu verdi. Lakin Cavabdeh razılaşmaya əməl etmədi. O, Cavabdeh pulu vaxtında qaytarmadığı üçün verdiyi borc pulu istədi. Cavabdeh isə sonra verəcəyini bildirdi. İddiaçı bir daha pulunu geri istəyəndə cavabdeh ona yenə yalan vədlər verərək qaytaracağını bildirdi. Artıq onunla əlaqə saxlamaq istədikdə Cavabdeh onunla danışmaq istəmədi. O, Cavabdeh xəbərdarlıq etdi ki, pulu verməsə məhkəməyə verəcək. İddiaçı pulunu ala bilmədiyindən və o cümlədən hüquqlarının qorunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Onun cavabdehdə 8500,0 manat pulu qalmışdır. Pulunu qaytarmadığı üçün mübahisənin həll edilməsi məqsədilə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qaldı. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, onun İddiaçı həqiqətən 8500,0 manat məbləğində borcu qalmışdır. Bu barədə yazılı əriəzsini məhkəməyə təqdim edərək iddianın təmin edilməsinə etiraz etmədi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş tərəflər arasında borcun qaytarılmasına dair sadə yazılı formada olan qəbzdən (intizam) görünür ki, cavabdeh iddiaçıdan aldığı 8500,0 manat məbləğində pulu xx.xx.2022-ci il tarixədək qaytaracağına söz verib və öz imzası ilə təsdiqləyib. İş materiallarına əlavə edilmiş Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, o, iddia tələbini etiraf edir və 8500,0 manat məbləğində iddiaçıya borcu vardır. İş materiallarına əlavə edilmiş AA №411648 seriya nömrəli “Məcburi köçkün” vəsiqəsinin surətindən görünür ki, Həsənli X1 rayonundan məcburi köçkün düşərək Tərtər rayonunda məskunlaşmışdır. Azərbaycan Respublikası Tərtər rayon İcra Hakimiyəti Başçısının Həsənqaya kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 42 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Kəlbəcər rayonundan məcburi köçkün düşmüş İddiaçı həqiqətən Tərtər rayonu Həsənqaya kənd İƏD nümayəndəliyində müvəqqəti qeydiyyatdadır və orada məskunlaşmışdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, cavabdeh iddiaçıya olan 8500,0 manat məbləğində pulu xx.xx.2022-ci il tarixdə qaytaracağını bildirmiş və bu barədə Cavabdeh iddiaçıya sadə yazılı formada tərtib olunmuş qəbz vermişdir. Cavabdeh həmin borcu ödəməmişdir. Yaranmış borcu ödəməsi cavabdehə təklif edilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). İş materiallarından da göründüyü kimi, iddia tələbi cavabdehin özü tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 52.2. maddəsində göstərilirki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf edərək qəbul etməsi iddianın təmin edilməsi üçün yetərlidir. Buna görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilərək, iddia təmin edilməli, Cavabdeh 8500,0 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı məcburi köçkün olmaqla məhkəməyə iddia verərkən dövlət rüsumunun ödənilməsindən azad olunmuşdur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 105,0 manat məbləğində dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 8500,0 manat borc tutularaq İddiaçı ödənilməli, həmçinin cavabdehdən 105,0 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 8500,0 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh 105,0 (yüz beş) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar