Məhkəmə qərarları › İş №2(003)-3662/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3662/2024

28.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3662/2024 28.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı X4, Cavabdeh X5 iştirakı ilə İddiaçı X6 cavabdeh X7 qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X12 cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alimentin miqdarı artırılaraq xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün cavabdeh X3 hər ay hər birinə 235 manat sabit pul məbləğində olmaqla ümumilikdə 470 manat alimentin və mediasiya xidməti üçün ödənilmiş 50 manat rüsumun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X12 məhkəmə iclasında göstərdi ki, cavabdehlə xx.xx.2015-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 2 övladları: xx.xx.2015-ci il təvəllüdlü X13 və xx.xx.2017-ci il təvəllüdlü X14 doğulmuşdur. Lerik rayon Məhkəməsinin 2(048)-467/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hər uşağa görə cavabdehdən 100 manat olmaqla ümumilikdə 200 manat məbləğində aliment tutulması qət edilmişdir. Lerik rayon Məhkəməsinin 2(048)-22/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulması,uşaqların ananın yanında saxlanması qət edilmişdir.Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-1459/2023 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər uşaq üçün 170 manat müəyyən edilmişdir. Həyat şərtləri, həmçinin uşaqların böyüdükcə xərclərinin artmasını nəzərə alaraq aliment məbləğinin artıtılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh 2 aydır ki aliment ödəmir. Özü "xxxx" MMC-də işləyir və 440 manat əməkhaqqı alır. Cavabdeh “Qədim Qəbələ” restoranında aşbaz olaraq çalışır və 500 manat ımıkhaqqı alır.İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X11 məhkəmə iclasında göstərdi ki, iddianı qəbul etmir. Əvvəlki aliment məbləğini (hər uşaq üçün 170 manat olmaqla cəmi 340 manat) ödəməkdə çətinlik çəkir. “Qədim Qəbələ” restoranında aşbaz köməkçisi olaraq çalışır və 395 manat əməkhaqqı alır.İddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 361903 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X11 və X6 nikahları xx.xx.2020-ci il tarixli qətnaməyə əsasən pozulmuşdur. Nikaha xx.xx.2020-ci il tarixində xitam verilmişdir. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X13 xx.xx.2015-ci il tarixində, X14 xx.xx.2017-ci il tarixində doğulmuşlar. X2, anaları X10r. İş materiallarında olan Lerik rayon Məhkəməsinin 2(048)-467/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün cavabdeh X3 xx.xx.2019-cu il tarixdən başlayaraq hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Lerik rayon Məhkəməsinin 2(048)-22/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, X11 ilə X12 arasında xx.xx.2015-ci il tarixində 4 saylı Bakı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsində 384 saylı nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 analarının himayəsində saxlanması qət edilmişdir. İş materiallarında olan Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)- 1459/2023 saylı qətnaməsindən görünür ki, X6 xeyrinə tutulan aliment miqdarı artırılaraq bir uşaq üçün 170 manat olmaqla ümumilikdə 340 manat olması qət edilmişdir. Qanunverici uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmədə müəyyən olundu ki, tərəflərin birgə nikahlarından doğulmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Lakin iddiaçı uşağın saxlanılması üçün 235 manat aliment tələb etsə də, cavabdeh bunu ödəmək üçün zəruri vəsaitə malik deyil. Məhkəmə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh X3 hər ay uşağın saxlanılması üçün 190 manat olmaqla cəmi 380 manat sabit pul məbləğində aliment tutulmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarında olan 19599 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən mediasiya xidməti üçün 50 manat məbləğində rüsum ödənilmişdir. Məhkəmədə müəyyən olundu ki, iddiaçı X12 mediasiya prosesində 50 manat məbləğində rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, bu xərclər X3 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-1459/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və cavabdeh X3 iddiaçı X6 xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 190 manat olmaqla cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment tutulsun. İddiaçı X12 tərəfindən mediasiya xidməti üçün ödənilmiş 50 manat məbləğində rüsum cavabdeh X3 iddiaçının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar