Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-367/2022 24.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TuranBank Açıq Səhmdar Cəmiyyətinin Yasamal Filialı ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli MKOS №196-05 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, TuranBank Açıq Səhmdar Cəmiyyətinin Yasamal Filialı ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli MKOS № 196-05 saylı kredit müqaviləsi üzrə cavabdehin banka olan 5387.81 manat əsas borc, 1323.80 manat faiz borcu, 2020.43 cərimə borcu olmaqla, ümumilikdə 8732.04 manat ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması, həmin məbləğlərin ipoteka qoyulmuş, Cavabdeh məxsus olan (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi:**********79- 05101-093015, Qeydiyyat nömrəsi: ********** olan xx.xx.2017 tarixli Seriya RX ******* olan Çıxarışa əsasən) Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi, ev 9, mənzil 7-yə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına TuranBank ASC-yə ödənilməsi, 26 noyabr 2019-ci il tarixli MKOS № 196-05 saylı kredit müqaviləsinin təminatı olan ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, TuranBank Açıq Səhmdar Cəmiyyətinin Yasamal Filialı ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli MKOSN №196-05 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 22.5% faiz olmaqla 24 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələri üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh (ipotekaqoyan) arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli MKOSN № 196-05 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi:**********79- 05101-093015, Qeydiyyat nömrəsi: ********** olan xx.xx.2017 tarixli Seriya RX ******* olan Çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.00 kv.m olan 2 otaqlı 7 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmişdir. Belə ki, Cavabdeh 26 noyabr 2019-cu il tarixli MKOS № 196-05 saylı kredit müqaviləsinə əsasən 1 sentyabr 2021-ci il tarixinədək 5387.81 manat əsas borc, 1323.80 manat faiz borcu, 2020.43 cərimə borcu olmaqla, ümumilikdə 8732.04 manat borcu vardır. Daha sonra iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək,TuranBank ASC-nin Yasamal Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli MKOS № 196-05 saylı kredit müqaviləsi üzrə cavabdehin banka olan 5387.81 manat əsas borc, 734.16 manat faiz borcu, 2020.43 manat cərimə borcu olmaqla, ümumilikdə 8142.40 manat ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması, həmin məbləğlərin ipoteka qoyulmuş, Cavabdeh məxsus olan Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi, Avia şəhərcik küçəsi, ev 9 mənzil 7-ə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına TuranBank ASC-yə ödənilməsi, xx.xx.2019-cu il tarixli MKOS № 196-05 saylı kredit müqaviləsinin təminatı olan ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı ASC-nin Yasamal filialı arasında bağlanmış xx.xx.2019-cuil tarixli MKOS № 196-05 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 24 ay müddətinə 22.5 % faiz olmaqla 6000 manat məbləğində kredit almışdır. İş materiallarında olan İddiaçı ASC-nin Yasamal filialı ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC-nin Yasamal filialı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün dəyəri 30 000 manat məbləğində qiymətləndirilmiş, Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi, Avia şəhərcik küçəsi, ev 9, mənzil 7 ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi, Avia şəhərcik küçəsi, ev 9, mənzil 7 Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan ipoteka predmetinə tumanın yönəldilməsinə dair bildirişin və xəbərdarlıqların surətlərindən görünür ki, İddiaçı ASC-nin Yasamal filialı tərəfindən cavabdehlə borcun ödənilməsinə dair xəbərdarlıq edilərək pretenziya göndərilmiş, borc alanın öhdəliklərinin Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi, Avia şəhərcik küçəsi, ev 9, mənzil 7-yə yönəldilməsi proseduruna başlayacağını və məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan ərizədən görünür ki, İddiaçı ASC-nin Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi, Avia şəhərcik küçəsi, ev 9, mənzil 7-yə tutmanın yönəldilməsi haqqında bildirişlərinin qeydə alınması xahiş edilmiş və bildirişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ümumilikdə 10 manat məbləğində rüsum və 21 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə 5387.81 manat əsas borcu, 734.16 manat faiz borcu və 2020.43 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdeh yuxarıda adı çəkilən kredit müqavilələri üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqavilələri üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi qeyd edilən hissələrdə əsaslıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 5387.81 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 2020.43 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 100 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ümumilikdə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 21 manat xidmət haqqı cavabdehl Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tələbin ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi, Avia şəhərcik küçəsi, ev 9, mənzil 7-yə yönəldilməsi, bu əmlakların açıq hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi hissəsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasının təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə görə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulmasıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbinin ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada Cavabdeh tutulması barədə hissəsi isə təmin edilməməlidir. Belə ki, həmin hissə qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Məhkəmə həmçinin qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququnun itirilməsi həmçinin fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin boşaldılması barədə iddiaçının (ipoteka saxlayanın) tələb irəli sürmək hüququ yoxdur. Belə ki, həmin tələblə məhkəməyə müraciət etmək hüququ qanunla mülkiyyətçiyə aid edilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən, ipoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq; 26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək; 26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək; 26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək; 26.1.5. əsas öhdəlik üzrə tələbi başqa şəxsə güzəşt etmək və ya satmaq; 26.1.6. ipoteka hüququnu girov qoymaq. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5387.81 manat məbləğində əsas borc, 734.16 manat faiz borcu və 100 manat məbləğində cərimə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, tələb Cavabdeh məxsus olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi, Avia şəhərcik küçəsi, ev 9, mənzil 7-yə yönəldilməli və ilkin satış qiyməti 30000 manat (likvid) olmaqla açıq hərracdan satılmalı, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh İddiaçı ASC-yə olan borcu ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5387.81 manat məbləğində əsas borc, 734.16 manat faiz borcu və 100 manat məbləğində cərimə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh məxsus olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi, Avia şəhərcik küçəsi, ev 9, mənzil 7-yə yönəldilsin və ilkin satış qiyməti 30000 manat (likvid) olmaqla açıq hərracdan satılsın. İpoteka predmetlərinin satışından əldə olunan vəsait hesabına Cavabdeh İddiaçı ASC-yə olan borcu ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-367/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-367/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver