Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3685/2021 28.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı LPO "xxxx" ASC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24.05.2021-ci il tarixə 3000 manat məbləğində olan krediti üzrə 985.09 manat əsas, 330.99 manat faiz, 51.03 manat cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 215.60 manat faiz borcu; 26.05.2021-ci il tarixə 7000 ABŞ dolları məbləğində olan krediti üzrə 2262.91 ABŞ dolları əsas, 762.35 ABŞ dolları faiz, 117.23 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 478.02 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 60 manat dövlət rüsumunun cavabdehdən tutularaq LPO "xxxx" ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, LPO "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14 avqust 2015-ci il tarixli 140815/234493 nömrəli kredit müqavilələrinə əsasən ona 18 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 3000 manat və 7000 ABŞ dolları məbləğlərində kredit verilmişdir. Eyni tarixli və nömrəli hər iki kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyini yerinə yetirməmişdir. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq, borcun qaytarılması təmin edilməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Qeyd olunanlara əsasən, cavabdehdən 24.05.2021-ci il tarixə 3000 manat məbləğində olan krediti üzrə 985.09 manat əsas, 330.99 manat faiz, 51.03 manat cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 215.60 manat faiz borcu; 26.05.2021-ci il tarixə 7000 ABŞ dolları məbləğində olan krediti üzrə 2262.91 ABŞ dolları əsas, 762.35 ABŞ dolları faiz, 117.23 ABŞ dolları cərimə, kredit müqaviləs bitəndən sonra hesablanmış 478.02 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 60 manat dövlət rüsumunun cavabdehdən tutularaq LPO "xxxx" ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, LPO "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 4 avqust 2015-ci il tarixli 140815/234493 nömrəli kredit müqavilələrinə əsasən ona 18 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 3000 manat və 7000 ABŞ dolları məbləğlərində kredit verilmişdir. İş materiallarında olan LPO "xxxx" ASC tərəfindən ünvanlanmış 27.05.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh Banka olan borcunun 3 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İşin məhkəmə iclasında araşdırılan hallarından və iş materiallarında olan 01.06.2021-ci il və 02.06.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun banka olan borcu - 3000 manat məbləğində olan krediti üzrə 985.09 manat əsas, 330.99 manat faiz, 51.03 manat cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 215.60 manat faiz borcu; 26.05.2021-ci il tarixə 7000 ABŞ dolları məbləğində olan krediti üzrə 2262.91 ABŞ dolları əsas, 762.35 ABŞ dolları faiz, 117.23 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 478.02 ABŞ dolları faiz borcu təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, müqavilə üzrə tənasübsüz olaraq yüksək miqdarda cərimə tətbiq edilmişdir və bu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467ci maddəsinin tələbinə müvafiq olaraq tərəflərin qarşılıqlı mənafeyinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd olunan maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə tətbiq olunmuş 51.03 manat cərimənin azaldılaraq 5 manat, 117.23 ABŞ dolları cərimənin azaldılaraq 11 ABŞ dolları həddində saxlanılması tərəflərin əmlak vəziyyətlərinə uyğun hesab edilməlidir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 985.09 manat əsas, 330.99 manat faiz, 5 manat cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 215.60 manat faiz borcu olmaqla cəmi 1536.68 manat; 2262.91 ABŞ dolları əsas, 762.35 ABŞ dolları faiz, 11 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 478.02 ABŞ dolları faiz borcu olmaqla cəmi 3514.28 ABŞ dolları və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 20 manat məbləği tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 985.09 manat əsas, 330.99 manat faiz, 5 manat cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 215.60 manat faiz borcu olmaqla cəmi 1536.68 (bir min beş yüz otuz altı manat altmış səkkiz qəpik) manat; 2262.91 ABŞ dolları əsas, 762.35 ABŞ dolları faiz, 11 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 478.02 ABŞ dolları faiz borcu olmaqla, cəmi qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 3514.28 (üç min beş yüz on dörd dollar iyirmi səkkiz sent) ABŞ dolları və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat məbləği tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3685/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3685/2021
28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver