Məhkəmə qərarları › İş №2(003)-3692/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-3692/2022

14.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3692/2022 14.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı“pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə səmimi münasibətləri olduğuna görə 2022-ci ilin fevral ayının əvəllərində Rusiyaya göndərmək üçün tərəvəz toplayıb ona verməyini və bu işlə müntəzəm məşğul olaraq pul qazana biləcəyini bildirmişdir. Buna görə də o öz pulu ilə 1500 manat dəyərində tərəvəz toplayıb ona vermişdir. Bir müddət sonra o həmin puldan 400 ABŞ dolları məbləğində pul qaytardı. Qalan 800 manat məbləğində pulu isə hələ də qaytarmayıb və qaytarmaqdan müxtəlif bəhanələrlə boyun qaçırır. O həmin pulu cavabdehdən dəfələrlə qaytarmağını tələb etsə də, o, həmin borcu qaytaracağına söz versə də vədinə əməl etmir və öz öhdəliyini yerinə yetirmir. Bu barədə Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə şikayət etmişdir. Cavabdeh ona borclu olduğunu etiraf etsə də yenə də 800 manat məbləğində pulu qaytarmamışdır. Ona mülki qaydada məhkəmə orqanlarına müraciət etməyinin məqsədəmüvafiq olmağı bildirilmişdir. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin həqiqətən də ona 800 manat məbləğində borcu olması barədə səs yazısı var və həmin səs yazısını diskə köçürüb məhkəməyə təqdim edir. Buna görə də 800 manat məbləğində pul məhkəmə qərarı əsasında cavabdehdən alınıb ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X1 izahatında bildirmişdir ki, o, iddiaçının bağ qonşusudur . 2022-ci ilin təxminən fevral ayında pensiyasının bankomatdan çıxarmaq üçün gedərkən yolda iddiaçının atası Ehtiram kişi onu görüb onu gedəcəyi yerə aparmaq üçün avtomobili saxlamış, o, avtomobilə əyləşdikdən sonra yolüstü Ehtiramgilə getmişlər. O, avtomobildə əyləşib gözlədiyi vaxt Ehtiram kişinin xiyar yeşiklərini başqa bir maşına yüklədiyini görmüşdür. Həmin maşının sahibi sonradan adını öyrəndiyi Əli adlışəxs onun Ehtirama 1500 manat borcunun olduğunu xatırlatdığını və həmin borcu tez bir zamanda ödəyəcəyini eşitmişdir. Həmçinin qeyd etmişdir ki, Ehtiramgil tərəvəz satışı ilə məşğul idilər. İddiaçı cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş, məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-in 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, iddiaçının izahatını və şahidin ifadəsini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 056-5019M saylı məktubunda deyilir: “xx.xx.2022-ci il tarixdə Xəzər rayon Polis İdarəsinin 1-ci X3 800 manat məbləğində pulunuzun Əli adlı şəxs tərəfindən Sizə qaytarılmasına köməklik göstərilməsi barədə ərizəniz daxil olmuşdur. Bununla bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiq”. İş materiallarında olan ödəniş qəbzindən aydın olur ki, iddiaçı hazırkı iddia üzrə 30,0 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 800,0 manat məbləğində pul vəsaiti də almış, lakin həmin məbləği də iddiaçıya qaytarmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd edilən Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göstərilən Məcəllənin 1093-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Əgər məqsədə çatılması əvvəlcədən qeyrimümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa qaytarma tələbi istisna edilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh 800,0 manat məbləğində pul vəsaitini hər hansı bir qanuni əsas və müqavilə əsası olmadan iddiaçıdan aldığından, bununla da cavabdeh əsassız varlandığından, iddiaçı verdiyi pulu geri tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi bu hissədə təmin edilərək, göstərilən məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 238-253 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 800,0 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar