Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-371/2024 30.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi – hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs*, Azərbaycan Respublikasının Dövlət Arxivi və Azərbaycan Respublikasının X27maqla hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası X3 *938-ci il tarixdən 20.**.*958-ci il tarixədək anası X*4 ilə nikah münasibətlərində olma faktının və anası X7 05.05.*92*-ci il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, ərizəçinin atası X9 *938-ci il tarixdə anası X*4 ilə faktiki nikaha daxil olmuşdur. Ərizəçinin anası X*4 05 may *92*-ci ildə doğulmuş, 05 yanvar *993cü ildə 7* yaşında vəfat etmişdir. Atası 20.**.*958-ci il tarixdə vəfat etmişdir. Birgə nikahlarından ərizəçi, onun X2, qardaşı X*0 doğulmuşdur. X2 0* may 2007-ci ildə tarixdə, qardaşı X*0 **.02.20*5-ci il tarixdə vəfat etmişdir. Xəzər rayonu, Buzovna qəbiristanlığında dəfn edilmişdir. Qeyd edilənlərlə bağlı Bakı şəhəri Maraqlı şəxs*nə, Azərbaycan Respublikasının dövlət arxivinə, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinə müraciət edilmişdir. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin 20 aprel 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, qurumun tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Bakı şəhəri Buzovna kənd məscidinin *890-*900-cü illərə dair doğum aktlarının qeydiyyat kitablarında X3 doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikasının Dövlət Arxivinin 30 mart 2023-cü il tarixli məktubuna cavabda bildirilmişdir ki, *92*-ci ilə dair Bakı şəhəri Qala-Əzizbəyov rayonu və *93*-*943-cü illərə dair Əzizbəyov rayonu üzrə doğum haqqında bərpa kitabında X6 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Hazırda vərəsəlik işləri ilə əlaqədar olaraq edy olunana hüquqi əhəmiyyətli faktların müəyynə olunmasına zərurət yaranmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X** ifadəsində bildirdi ki, o, X7 qardaşı qızıdır. Ərizəçi isə onun bibisi qızıdır. X* görmüşdür. Onun 3 uşağı olmuşdur: Nailə, Mülkicahan və Bahadır. Təxmini bildiyinə görə bibisi kübra 7* yaşında vəfat etmişdir. Bibisinin əri Əliyev Həsənbala olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində bildirdi ki, ərizəçi onun anasının dayısı qızıdır. Dayısının arvadı X*4 olmuşdur. Onların birgə nikahlarından 2 qız və * oğlan övladı olmuşdur. X*4 7* yaşında vəfat etmişdir. Onların ilk övladları Nailə olmuşdur. Maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi məhkəməyə ərizə ilə müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasın etiraz etmədiklərini bildirmişlər. Maraqlı şəxslər Maraqlı şəxs* və Azərbaycan Respublikasının Dövlət Arxivinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin *85-ci maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Maraqlı şəxs* xx.xx.2023-cü il tarixli 3-*6-5/7-*6-***4/2023 saylı məktubundan görünür ki, şəxsin nikahının və doğumlarının qeydə alınıb-alınmaması barədə yazılı məlumatın əldə edilməsi üçün ölən şəxsin qanuni vərəsələri qohumluq faktını təsdiq edən sənədləri təqdim etməklə və ya həmin vərəsələrin notariat qaydasında təsdiq olunmuş etibarnaməsi əsasında səlahiyyətli nümayəndəsi müraciət edə bilər. - Bakı şəhəri Maraqlı şəxs* (Əzizbəyov rayon VVADQ) tərəfindən verilmiş İV-ЖГ seriyalı 36089* saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*5 05.0*.*993-cü il tarixdə, 7* yaşında, Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölümün qeyd edilməsi haqqında akt qeydləri kitabında *993-cü ilin yanvar ayının 7-də 2 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-DA/2-B- 00509/2023 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində *92*-ci ilə dair Bakı şəhəri Qala-Əzizbəyov rayonu və *93*-*943-cü illərə dair Əzizbəyov rayonu üzrə doğum haqqında bərpa kitablarında X6 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. - Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-TA/2- B-00248/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri" fondunun sənədlərində Buzovna kənd məscidinin *890- *900-cü illərə dair doğum aktlarının qeydiyyat kitablarında X3 doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb. - Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-DA/3- 00608/2023 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlı vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən *940-cı illərə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu Buzovna qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında *8 yanvar *940-cı ildə doğulan X*7 təvəllüdü qeyd olunur. Atası: Əliyev X20 / Anası: (soyadı qeyd olunmayıb) Kübra Feyzulla qızı. - Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin Buzovna qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı 322957 saylı təkrar ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 20.**.*958-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölümün qeyd edilməsi haqqında akt qeydləri kitabında *958-ci ilin noyabr ayının 24-də 98 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin Buzovna qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş AZ-T seriyalı 2*0738 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*945-ci il tarixdə anadan olmuşdur. Onun atası X9, anası Kübra Feyzulla qızıdır. - Bakı şəhəri Maraqlı şəxs* tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 05/69-382 saylı arayışın surətindən görünür ki, X28-bala oğlu *6.0*.*949-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Əliyev Həsən-Bala Dost-Əli oğlu, anası Kübra Feyzulla qızıdır. - Bakı şəhəri Maraqlı şəxs* tərəfindən 2*.07.2023-cü il tarixdə verilmiş 05/69-***2 saylı arayışın surətindən görünür ki, X9 ilə Kübra Feyzulla qızının *938-ci ilə dair nikah akt qeydi aşkar edilməmişdir. Belə ki, şöbədə arxiv məlumatları *948-ci il tarixdən saxlanılır. - Ərizəçi tərəfindən təqdim edilmiş qəbirüstü abidənin foto şəklində qeyd edilmiş yazılar: X*4 05.05.*92*- 05.0*.*993. Beləliklə, ərizəçi tərəfin izahatı, şahidlərin ifadələri və işin materialları ilə X3 *938-ci il tarixdən 20.**.*958-ci il tarixədək X*4 ilə faktiki nikah münasibətlərində olması, X7 05.05.*92*-ci il tarixdə Bakı şəhərində doğulması tam sübuta yetirildi. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.4-cü maddəsinə əsasən məhkəmə ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 5-5.*-ci maddələrinə əsasən faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi üçün zəruri şərtlər ondan ibarətdir ki, faktiki nikah münasibətində olan kişi və ya qadın ölmüş olur; faktiki nikah münasibətində olan kişi və ya qadının ölməsi səbəbindən nikah vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alına bilmir. Faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi hüquqi nəticələrə səbəb olacağı təqdirdə məhkəmə tərəfindən həmin fakt müəyyən edilə bilər. Bu o, deməkdir ki, faktiki nikah yalnız vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alınan nikaha bərabər tutulduğu hallarda, hüquqi nəticələrə (şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına) səbəb ola bilər. Faktiki nikah münasibətində olma faktı SSRİ X30 Heyətinin 08 iyul *944-cü il tarixlə Fərmanının qəbul edilməsinədək dövlət orqanlarında qeydə alınan nikaha bərabər tutulur. Həmin tarixdən sonra faktiki nikah münasibətində olma faktı heç bir hüquqi nəticəyə səbəb olmur. Bu tarixdən sonra yaranmış faktiki nikah münasibətində olma faktının Azərbaycan Respublikası MPM-nin 307.2.4-cü maddəsinə uyğun olaraq məhkəmələr tərəfindən müəyyən edilməsi yolverilməzdir. Çünki, həmin maddədə nəzərdə tutulan “qanunla müəyyən edilmiş hallarda” ifadəsi əslində ərizəçilərin 08 iyul *944-cü il tarixədək yaranan faktiki nikah münasibətində olma faktının müəyyən edilməsini ehtiva edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin anasının doğum haqqında şəhadətnaməsinin olmaması, atası ilə anası arasında nikah münasibətlərinin rəsmiləşdirilməməsi və onların hər ikisinin vəfat etməsi ərizəçiyə sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğumu qeydə almaqdan imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, mülki işin baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edildiyi üçün ərizə təmin edilməli, X3 *938-ci il tarixdən 20.**.*958-ci il tarixədək X*4 ilə faktiki nikah münasibətlərində olması faktı və X7 05.05.*92*-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X3 *938-ci ildən 20.**.*958-ci il tarixədək X*4 ilə faktiki nikah münasibətlərində olma faktı və X7 05.05.*92*-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-371/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-371/2024
30.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver