Məhkəmə qərarları › İş №2(003)-3719/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3719/2025

24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3719/2025 24.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, İşin halları İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 789,04 manat məbləğində əsas borcun, 520,74 manat məbləğində faiz borcunun, 1000,0 manat cərimə və 43,1 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı cFinans X2 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 sentyabr 2021-ci il tarixli, Fİ-28 saylı fərdi kredit müqaviləsinə əsasən, təşkilat tərəfindən cavabdehə 24 iyirmi dörd) ay müddətinə, illik 28 (iyimi səkkiz) faiz ödəmək şərti ilə 3000.00 (üç min manat, sıfır qəpik) manat aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 sentyabr 2021-ci il tarixli, Fİ-28 saylı fərdi kredit müqaviləsi üzrə ümumilikdə 2977.00 (iki min doqquz yüz yetmiş yeddi manat, sıfır qəpik) manat məbləğində ödənişlər olmuşdur. Cavabdeh tərəfimizdən dəfələrlə şifahi və rəsmi bildiriş ilə edilən xəbərdarlıqlara baxmayaraq sonuncu kredit müqaviləsi üzrə öhdəliklərini icra etməkdən müxtəlif bəhanələr qətirərək aylıq ödənişləri etməkdən boyun qaçırır, nəticədə Bank Olmayan Kredit Təşkilatı cFinans X2 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 sentyabr 2021-ci il tarixli, Fİ-28 saylı fərdi kredit müqaviləsi üzrə ödənişlərdə gecikmələr əmələ gəlmişdir. Cavabdeh 09 sentyabr 2021-ci il tarixli, Fİ-28 saylı fərdi kredit müqaviləsi üzrə 20 avqust 2025-ci il tarixinə gecikdirilmiş əsas məbləğ üzrə 789,04 (yeddi yüz səksən doqquz manat, sıfır dörd qəpik) manat, faiz üzrə 520,74 (beş yüz iyirmi manat, yetmiş dörd qəpik) manat olmaqla, cərimə üzrə üzrə 1000.00 (bir min manat, sifır qəpik) manat olmaqla, cəmi 2309.78 ( iki min üç yüz doqquz manat, yetmiş səkkiz qəpik) manat məbləğində kredit borcu mövcuddur. Bundan başqa diqqətinizə çatdırıq ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı cFinans X2 Cəmiyyəti ilə Cavabdeh 09 sentyabr 2021-ci il tarixli, Fİ- 28 saylı fərdi kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən Borcalan əsas borc və ya faizlərin ödənilməsini ardıcıl 2 dəfə gecikdirdikdə, Kreditor büğün borcu vaxtı keçmiş borc hesablarına ata, müqaviləyə xitam verə və bütün borcun vaxtından əvvəl . ödənilməsini tələb edə bilər. Həmin müqavilənin 9.4-cü bəndinə əsasən əgər Kreditor krediti vaxtından əvvəl qaytarmağı Borcalandan tələb edərsə, Borcalan 10 (on) gün ərzində borcu qeyd-şərtsiz, heç bir iddia irəli sürmədən qaytarmağı öz öhdəsinə götürür. Hal hazırda X1 oğlunun Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında bağlanılmış oğlunun 09 sentyabr 2021-ci il tarixli, Fİ-28 saylı fərdi kredit müqaviləsi üzrə 20 avqust 2025-ci il tarixinə gecikdirilmiş əsas məbləğ üzrə 789,04 (yeddi yüz səksən doqquz manat: sıfır dörd qəpik) manat, faiz üzrə 520,74 (beş yüz iyirmi manat, yetmiş dörd qəpik) manat olmaqla, cərimə üzrə üzrə 1000.00 (bir min manat, sıfır qəpik) manat olmaqla, cəmi 2309.78 ( iki min üç yüz doqquz manat, yetmiş səkkiz qəpik) manat məbləğində kredit borcu mövcuddur. Proses iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş lakin "xxxx" MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə etirazın dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazı daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər -xx.xx.2021-ci il tarixli, Fİ-28 saylı kredit sazişindən görünür ki, kreditor "xxxx" MMC tərəfindən borcalan Cavabdeh 24 ay müddətinə, illik 28% olmaqla 15000,0 manat məbləğində kredit vermişdir. maliyyə arayışından görünür ki, Cavabdeh banka 789,04 manat məbləğində əsas borcun, 520,74 manat məbləğində faiz borcunun, 1000,0 manat cərimə borcu vardır. "xxxx" MMC-i tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş, gecikdirilmiş borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun ödənilməsi məqsədilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddia ərizəsində dövlət rüsumunun haqqında məlumatdan görünür ki, iddiaçı tərəfindən 43,1 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8.1.2. məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsi izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, Fİ-28 saylı kredit sazişi bağlanmış və cavabdehə 24 ay müddətinə, illik 28% olmaqla 15000,0 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh kreditin qaytarılması və faizlərin ödənilməsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə banka borcu yaranmışdır. İddiaçı hazırkı iddia ilə əlaqədar 43,1 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri vardır, həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Kreditor müqavilə üzrə malik olduğu hüquqlardan istifadə edə bilər. Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının pulun qaytarılmasını, həmçinin borc üzrə razılaşdırılmış faizin və cərimənin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdeh kredit razılaşması əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən razılaşma əsasında kredit məbləğini, həmin razılaşma ilə müəyyən edilmiş faizləri və cərimələri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsait(lər)ini və həmin kredit(lər)dən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Belə olan halda, iddiaçı verdiyi kredit üzrə əsas borcu və faizləri tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. 789,04 manat əsas borca münasibətdə 1000,0 cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 10,0 manat cərimə tutulmalıdır. Məhkəmə həmçinin iddianın 43,1 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməklə, Cavabdeh 789,04 manat məbləğində əsas borc, 520,74 manat məbləğində faiz borcunun, 10,0 manat cərimə və 43,1 manat dövlət rüsumu olmaqla, cəmi 1362,88 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 789,04 manat məbləğində əsas borc, 520,74 manat məbləğində faiz borcunun, 10,0 manat cərimə və 43,1 manat dövlət rüsumu olmaqla, cəmi 1362,88 (min üç yüz altmış iki manat, səksən səkkiz qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar