Məhkəmə qərarları › İş №2(003)-3740/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3740/2022

15.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3740/2022 15.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödədiyi 4000 manat pulun ona qaytarılması və ödənilmiş 60 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh köhnə tanışıdır. Cavabdehi artıq10 ildir ki tanıyır. Cavabdeh özünü ona Azərbaycan Respubliksı Təhsil Nazirliyinin məxfi şöbəsinin əməkdaşı kimi təqdim edərək oğlu 2011-ci il təvəllüdlü X4 “Bakı Avropa” liseyinə qəbul etdirəcəyinə köməklik edəcəyinə və anası X2 isə Bakı şəhəri Xutor küçəsində açılacaq bağçaya işçi kimi götürəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra vahid niyyətlə ondan 28 iyun 2019-cu il tarixdə ünvan 1 ünvanda yerləşən 43 saylı notariat ofisinin qarşısında 150 manat, 29 iyun 2019-cu il tarixdə Bakı şəhəri Nəsimi Rayonu Hüseynbala Əliyev küçəsində yerləşən metronun Memar Əcəmi stansiyasının yaxınlığında 100 manat, 03 iyul 2019-cu il tarixdə metronun Memar Əcəmi stansiyasının yaxınlığında yerləşən “Mcdonalds”-da 50 manat və sonuncu dəfə 01 avqust 2019-cu il tarixdə ünvan 1 ünvanda yerləşən 43 saylı notariat ofisinin qarşısında 500 manat olmaqla cəmi 800 manat pul alıb ələ keçirərək onun pulunu mənimsəmişdir. Qeyd etmişdir ki, Cavabdeh özünü ona Azərbaycan Respubliksı Təhsil Nazirliyinin məxfi şöbəsinin əməkdaşı kimi təqdim etməsindən istifadə edərək qohumu X3 oğlu 2002-ci il təvəllüdlü X7 ali məktəbə qəbulu üçün X6 elektron qeydiyyatdan keçirəcəyini və bununla yanaşı Bədən Tərbiyyəsi və İdman Akademiyasına bir illik ödəniş daxil olmaqla qəbul etdirəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra vahid niyyətlə ondan 05 iyul 2019-cu il tarixdən 08 iyul 2019-cu il tarixədək olan müddət ərzində hissə-hissə Bakı şəhəri Nəsimi Rayonu Hüseynbala Əliyev küçəsində yerləşən metronun Memar Əcəmi stansiyasının yaxınlığında ümumilikdə 5200 manat pul alıb ələ keçirməklə onun pulunu mənimisəmişdir. Bu illər ərzində, cavabdeh etibarından sui-istifadə edərək ondan ümumilikdə 6000 manat pul almışdır. Cavabdeh polis orqanlarında araşdırma zamanı ona 4000 manat borclu olduğunu etiraf etmişdir. Cavabdehə dəfələrlə müraciət edərək öhdəliyini yerinə yetirməsini, əks halda pulunu qaytarmasını bildirsə də, cavabdeh ona hər dəfə nalayiq söyüş və təhqirlərlə cavab vermiş, tələbini təmin etməkdən imtina etmişdir. Bu səbəbdən pul tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Həmçinin bildirdi ki, iş üzrə cavabdehə pul məbləğlərini o özü vermişdir. X5 pulu ona vermiş və Gülnar qarşısında məsuliyyəti özü daşıdığından Gülnardan aldığı pul məbləğinin çox hissəsini qaytarmışdır. Cavabdeh tərəfindən ona 100 manat məbləğində pul ödənilmiş, lakin həmin məbləğ cavabdeh tərəfindən ona verilməli pulla əlaqəsi olmamış, həmin pul məbləği başqa səbəblərə görə ona verilmişdir. Məhkəmə baxışına hazırlıq iclasında iştirak etmiş iş üzrə Cavabdeh iddia tələbini qismən etiraf edərək izahatında bildirmişdir ki, əvvəllər “Odlar Yurdu” universitetinin Neft Akademiyasında dekan köməkçisi vəzifəsində işləmiş, hazırda isə işləmir. İddiaçıya qaytarmalı olan puldan 2000 manat hissəsi anası tərəfindən qaytarılmış, 100 manat məbləğində pulu isə "xxxx" ASC vasitəsilə iddiaçının ərinin kartına köçürmüşdür. Ona görə də iddiaçıya hazırda 3900 manat məbləğində borcu qalmışdır. Hazırda isə həmin məbləği birdəfəyə qaytarmağa imkanı yoxdur. Məhkəmə baxışı iclasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(005)-13/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 2 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası uşağıxx.xx.2021-ci il təvəllüdlü Ağayeva Sofimə firidun qızı 14 yaşına çatana qədər təxirə salınmışdır. Həmin hökmdən görünür ki, zərərçəkmiş şəxs İddiaçı dəymiş zərərin ödənilməsi ilə bağlı mülki iddia ərizəsi təqdim etməmişdir. Həmçinin görünür ki, Cavabdeh şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı İddiaçı özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin məxfi şöbəsinin əməkdaşı kimi təqdim edərək oğlu 2011-ci il təvəllüdlü X4 “Bakı Avropa” liseyinə qəbul etdirəcəyinə köməklik edəcəyinə və anası X2 isə Bakı şəhəri Xutor küçəsində açılacaq bağçaya işçi kimi götürəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra vahid niyyətlə İddiaçı 28 iyun 2019-cu İl tarixdə ünvan 1 Ünvanda yerləşən 43 saylı notanat ofisinin qarşısında 150 manat, 29 iyun 2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayonu Huseynbala Əliyev küçəsində yerləşən metronun Memar Əcəmi stansiyasının yaxınlığında 100 manat, 03 iyul 2019-cu il tarixdə metronun Memar Əcəmi stansiyasının yaxınlığında yerləşən “Mcdonalds”-da 50 manat və sonuncu dəfə 01 avqust 2019-cu İl tarixdə ünvan 1 ünvanda yerləşən 43 saylı notariat ofisinin qarşısında 500 manat olmaqla cəmi 800 manat pul alıb ələ keçirməklə təkrarən dələduzluq elmişdir. Məhkəmə hesab edir ki, yuxarıda adı çəkilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(005)-13/2022 saylı hökmü hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Həmin Məcəllənin 180.2 və 180.3-cü maddələrinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Qeyd olunan qanunvericiliyin tələbindən göründüyü kimi hazırki halda İddiaçı Cavabdeh qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan qanunvericiliyin normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən cinayət qanuni ilə nəzərdə tutulmuş əməl törədilməklə iddiaçıya zərər vurulduğundan, iddiaçı həmin zərərin əvəzini tələb etməklə haqlıdır. Eyni zamanda iş üzrə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehdən 3900 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iş üzrə cavabdeh məhkəmə iclasında iddiaçıya 4000 manat məbləğində pul qaytarmalı olduğunu etiraf etməklə, həmçinin həmin pulun 100 manat hissəsinin qaytardığını bildirmişdir. İddiaçı isə cavabdeh tərəfindən 100 manat məbləğində pulun verildiyini qəbul etmiş, lakin həmin pulun başqa səbəblərə görə verildiyi bildirmişdir. İşin araşdırılması zamanı isə 100 manat məbləğində pulun iddiaçıya başqa səbəblərə görə verildiyi müəyyən edilməmiş, iddiaçı tərəfindən isə bununla bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3900 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 60 manat alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3900 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 60 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar