Məhkəmə qərarları › İş №2(003)-3744/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3744/2022

02.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3744/2022 02.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Bəhrəmzadə Sabit Xanlar oğlu İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2713,34 manat əsas, 10,4 manat faiz, 16,16 manat cərimə olmaqla, cəmi 2739,90 manat borcun və 47,4 məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 1 faizlə 60 ay müddətinə 5161,44 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci ilədək Cavabdeh1 banka 2713,34 manat əsas, 10,4 manat faiz və 32,33 manat cərimə borcu olmaqla cəmi 2756,07 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, iş üzrə cavabdehlər bildirişi almış, lakin qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə iddiaya qarşı etirazını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişlər. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli 27-M-1-0-258-14 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh1 arasında 5 il müddətinə illik 1 faiz ödəmək şərtilə, 1 il güzəşt müddəti olmaqla 5161,44 manat məbləğində kreditin verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 27-M-1-0-258-14 nömrəli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 Cavabdeh1 İddiaçı ASC qarşısında kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərinin tamamilə yerinə yetirilməsi barədə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli məxaric orderindən görünür ki, 4000 manat məbləğində pul iddiaçı tərəfindən Cavabdeh1 verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 2713,34 manat əsas, 10,4 manat faiz, 32,33 manat cərimə olmaqla, cəmi 2756,07 manat borcu vardır. İş materiallarınd olan xx.xx.2022-ci il tarixli iş üzrə cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən kredit razılaşması üzrə yaranmış borcun 5 gün müddətində ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəmə və ya notariat orqanına icra qeydi qaydasında müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iş üzrə Cavabdeh1 ilə İddiaçı ASC filialı arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən kreditalana 5 il müddətinə illik 1 faiz ödəmək şərtilə, 1 il güzəşt müddəti olmaqla 5161,44 manat məbləğində kredit verilmişdir. Eyni zamanda Cavabdeh2 ilə iddiaçı bank arasında zaminlik müqaviləsi bağlanmış və zamin kredit razılaşması üzrə kreditalanın öhdəliklərinin tamamilə yerinə yetirilməsi üçün məsuliyyət öz üzərinə götürmüşdür. Kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, razılaşma şərtlərini pozmuşdur. Onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Eyni zamanda hazırki iddia ərizəsi cavabdehlərə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişlər. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 445, 448, 739, 470 və 472-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2713,34 manat əsas, 10,4 manat faiz, 16,16 manat cərimə olmaqla, cəmi 2739,90 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 47,4 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2713,34 manat əsas, 10,4 manat faiz, 16,16 manat cərimə olmaqla, cəmi 2739,90 manat məbləğində borc və dövlət rüsumuna görə 47,4 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar