Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3753/2021 14.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat pulun alınaraq ona ödənilməsi və həmin məbləğin onun pensiyasına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 05 aprel 2012-ci ildən 13 iyun 2016-cı il tarixədək Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti Baş İdarəsinin Kadr Təminatı İdarəsinin Hərbi xidmətə qəbul şöbəsinin rəisi vəzifəsində işləyərkən, qardaşı X1 vasitəsilə ona müraciət etmiş, bir çox vətəndaşı, o cümlədən onu aldadaraq guya vətəndaş İddiaçı Xüsusi Riskli Xilasetmə Xidmətinə və Niyaz Məmmədovu isə X3 Xidmətinə işə düzəltməyə söz verərək ona yalandan vəd edərək 2016-cı ili aprel ayında Fövqəladə Hallar Nazirliyinin İnzibati binasında ondan 3000 manat və 2016-cı ilin may ayında isə atası Məmmədov Eyvazdan 5000 manat olmaqla 8000 manat pul alaraq, mənimsəmiş və etibardan sui-istifadə edərək dələduzluq etmişdir. Haqqında xeyli vətəndaşın ərizəsi əsasında dələduzluq və vətəndaşları rüşvət verməyə təhrik etməklə cinayət əməli etliyinə görə barəsində cinayət məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 310.32.4, 312.1 və 32.4,312.2 maddələri ilə cinayət işi açılmışdır. Bakı Hərbi Məhkəməsində işə baxılarkən vətəndaş Cavabdeh törətdiyi əməlləri səmimi olaraq etiraf etmiş və qohum-əqrabası vasitəsi ilə vurduğu maddi ziyanın ödəyəcəyinə söz versə də bu günə qədər 11 nəfər zərərçəkmişə vurduğu maddi ziyandan bir manat da olsun ödəməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, 9 saylı cəzaçəkmə müəssisəsi vasitəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, Anar Məmmədov cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmadığından, onun iddiası təmin edilə bilməz. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı Hərbi Məhkəməsinin 06.03.2018-ci il tarixli 1(093)-23/2018 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdfan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaları qismən toplamaq yolu ilə qəti olara 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, İddiaçı Xüsusi Riskli Xilasetmə, Niyaz Məmmədovu isə X3 Xidmətinə işə düzəldəcəyi ilə bağlı tanışı İddiaçı yalandan vəd vermiş, 2016-cı ilin aprel ayında Fövqəladə Hallar Nazirliyinin inzibati binasında İddiaçı 3000 manat, 2016-cı ilin may ayında isə Eyvaz Məmmədovdan Bakı şəhəri Yasamal rayonu ərazisində 5000 manat olmaqla, ümumilikdə 8000 manat pul alaraq, özgənin xeyli miqdarda əmlakını özqulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş və vətəndaşları təkrarən rüşvət verməyə təhrik etmişdir. Məhkəmə hesab edir ki, yuxarıda adı çəkilən Bakı Hərbi Məhkəməsinin 06.03.2018ci il tarixli 1(093)-23/2018 saylı hökmü məhkəmə aktı hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Həmin Məcəllənin 180.2 və 180.3-cü maddələrinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Qeyd olunan qanunvericiliyin tələbindən göründüyü kimi, hazırki halda İddiaçı Cavabdeh qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3000 manat alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3000 (üç min) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3753/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3753/2021
14.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver