Məhkəmə qərarları › İş №2(003)-3765/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3765/2021

19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3765/2021 19.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Məhəmmədli qızına qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti borclu Cavabdeh Məhəmmədli qızına qarşı ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, 27 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********34999 olan Xiaomi Redmi 8 markalı telefon, Headset Ergo markalı qulaqlıq üçün 83 manat ödənilməmiş hissə, 01 fevral 2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********07930 olan Samsung Galaxy A51 markalı telefon üçün 571.6 manat ödənilməmiş hissə, ümumilikdə 654.6 manat borc, 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsinə dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmiş və ərizə təmin edilərək bu barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3765/2021 saylı 09 sentyabr 2021-ci il tarixli məhkəmə əmri çıxarılmışdır. Daha sonra, iş üzrə borclu Cavabdeh Məhəmmədli qızı qeyd edilən məhkəmə əmrindən etirazla məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərardadı ilə məhkəmənin 2(003)-3765/2021 saylı 09 sentyabr 2021-ci il tarixli əmri ləğv edilərək işə iddia icraatı qaydasında baxılmışdır. İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və izahatını onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Məhəmmədli qızı arasında bağlanmış 27 oktyabr 2019-cu il və 01 fevral 2020-ci il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan İMEİ kodu **********34999 olan Xiaomi Redmi 8 markalı telefon, Headset Ergo markalı qulaqlıq və İMEİ kodu **********07930 olan Samsung Galaxy A51 markalı telefon almış və nəticədə 654.6 manat borc yaranmışdır. Cavabdehə bu günədək rəsmi müraciətlər olunmuş, lakin bir nəticə verməmiş, müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 486 manat olan İMEİ kodu **********34999 olan Xiaomi Redmi 8 markalı telefon, Headset Ergo markalı qulaqlıq, alqı-satqı qiyməti 788.6 manat olan İMEİ kodu **********07930 olan Samsung Galaxy A51 markalı telefon üçün cəmi 620 manat ödəniş etmişdir. Göstərilənləri nəzərə alaraq, 27 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********34999 olan Xiaomi Redmi 8 markalı telefon, Headset Ergo markalı qulaqlıq üçün 83 manat ödənilməmiş hissə, 01 fevral 2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********07930 olan Samsung Galaxy A51 markalı telefon üçün 571.6 manat ödənilməmiş hissə, ümumilikdə 654.6 manat borc, 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh Məhəmmədli qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarında olan, Cavabdeh Məhəmmədli qızı ilə "xxxx" MMC arasında bağlanmış 27 oktyabr 2019-cu il tarixli 20296102 saylı və 01 fevral 2020-ci il tarixli 20366831 saylı müqavilələrdən görünür ki, Cavabdeh Məhəmmədli qızı "xxxx" MMC-dən İMEİ kodu **********34999 olan Xiaomi Redmi 8 markalı telefon, Headset Ergo markalı qulaqlıq və İMEİ kodu **********07930 olan Samsung Galaxy A51 markalı telefon götürmüşdür. İş materiallarından görünür ki, Cavabdeh Məhəmmədli qızına 14.08.2020-ci il tarixli xəbərdarlıq göndərilmiş, borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşin məhkəmə iclasında araşdırılan hallarından və iş materiallarına əlavə edilmiş 26.08.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Məhəmmədli qızı tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca yerinə yetirilməmiş və nəticədə 27 oktyabr 2019-cu il və 01 fevral 2020-ci il tarixli müqavilələrə əsasən 654.6 manat ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 423.2. maddəsinin mahiyyətindən görünür ki, tərəf müqavilənin ləğv edilməsi tələbini məhkəməyə təklifdə göstərilmiş müddətdə irəli sürə bilər. Həmin Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh Məhəmmədli qızının iddiaçı "xxxx" MMC-yə 654.6 manat məbləğində ödənilməmiş borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə, Cavabdeh Məhəmmədli qızından 654.6 manat ödənilməmiş borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : İddia tələbi təmin edilsin. Cavabdeh Məhəmmədli qızından 654.6 (altı yüz əlli dörd manat altmış qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar