Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3792/2024 10.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 27.000 manat məbləğində pul vəsaitin və ödənilmiş 171 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaç İddiaçı məhkəmə iclasında göstərdi ki, Cavabdehla dostu vasitəsilə tanış olub.Cavabdeh ona ”Araz” market açmaq istədiyini bildirmiş və gəlirin 70%-nin ona çatacağını vəd etməklə ondan evini girov qoymağını istəmişdir.Qeyd etdi ki, özünün ticarətdən anlayışı yoxdur, market üçün lazımi işləri Tərlan etmişdir.Arvadı birinci dərəcə əlil olduğuna görə işdən çıxıb ona baxmaq məcburiyyətində qaldığına görə gəlir əldə etmək ehtiyacından Tərlanla ortaq olmuşdur. Tərlan market üçün avadanlıqlara 27.000 manat lazım olduğunu,özündə 10.000 manat olduğunu demiş, qalan 17.000 manatı isə ondan istəmişdir.xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh arasında “biznes sisteminin istifadəsi və gəlirlərin bölüşdürülməsi” müqaviləsi, "xxxx" MMC ilə özü arasında isə xx.xx.2022,xx.xx.2022 (xx.xx.2022-ci il tarixli müqavilə ilə ləğv olunmuşdur), xx.xx.2022-ci il tarixli (xx.xx.2022-ci il tarixli müqavilə ilə ləğv olunmuşdur) ipoteka müqavilələri bağlanmışdır.xx.xx.2022-ci il tarixdən mağaza Bakıxanov rayon ərazisində fəaliyyətə başlamış, lakin qazanc əldə oluna bilmədiyinə görə xx.xx.2022-ci il tarixindən marketin fəaliyyəti dayandırılmalı olmuşdur.Bu zaman Tərlan ona narahat olmamağı, "xxxx" MMC-nin onlara pul ödəyəcəyini və bununla ziyanlarını qarşılayacağını demişdir.Lakin bir müddət sonra Tərlan zənglərə cavab verməmiş, evində tapılmamışdır. Bir müddət sonra "xxxx" MMC ona zəng vuraraq Tərlanın MMC-nə 13.430 manat, daha sonra isə kəsirin 15.520 manat olduğunu, əgər indi ödənilərsə 13.430 manatla borcun bağlanacağı deyilmişdir. 2023-cü ilin mart ayından avqust ayınadək o həmin borcu ödəmiş və "xxxx" MMC ona həmin borcun ödənməsi ilə bağlı arayış vermişdir. Ümumilikdə Tərlanın ona 27.000 borcu var. Əlavə olaraq qeyd etmişdir ki, Tərlan ona qazancın 50%nin icarə haqqı, 20% özünə, 30% isə ona verəcəyini vəd etmişdi. Marketdə olan avadanlıqlardan soyuducunu və monitoru 3.300 manata satmışdır. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı tərəfindən 13.430 manat məbləğində borc məbləği 2023-cü ilin mart ayından avqust ayınadək ödənilmişdir. İş materiallarında olan 16169 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 6.000 manat məbləğ Cavabdeh göndərilmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən “öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Məhkəmədə müəyyən olundu ki, İddiaçı tərəfindən Cavabdeh 6.000 manat məbləğində ödəniş edilmişdir.Eyni zamanda Cavabdeh "xxxx" MMC tərəfindən hesablanmış kəsir borcunun 13.430 manat hissəsi İddiaçı tərəfindən ödənilmişdir. Belə ki, İddiaçı Cavabdeh 27.000 manat məbləğində borcun tutulmasını tələb etsə də, borcun yalnız 13.430 manat və 6.000 manat hissəsini sübut etmişdir. Məhkəmə yalnız ona təqdim edilmiş sübutları araşdırmağa haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı xeyrinə Cavabdeh 19.430 manat məbləğində borc tutulmalıdır. Dövlət rüsumu haqqında qanunun 8.1.3-ci maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. İş materiallarında olan 26869 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 171 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 171 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 19.430 manat məbləğində pul vəsaiti və ödənilmiş 171 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-3792/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3792/2024
10.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver