Məhkəmə qərarları › İş №2(003)-3805/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3805/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3805/2021 03.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 25.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 12233.29 manat əsas borc, 38.08 manat faiz borcu və 94.73 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 12366.1 borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 25 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və cavabdehlər tərəfindən məhkəməyə ərizə daxil olaraq tərəflər arasında barışıq sazişi imzalandığı üçün iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Tərəflər aşağıdakılar barədə barışıq sazişi bağlamışlar: “Bakı şəhəri 03.11. 2021-ci il Bir tərəfdən İddiaçı ASC-nin (VÖEN **********), İdarə Heyətinin sədri Anar Həsənovun şəxsində, digər tərəfdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şəxsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan 2(003)-3805/2021 saylı mülki iş üzrə mübahisənin sülh yolu ilə həll edilməsi üçün, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.3-cü və 191-ci maddəsinə əsasən aşağıdakı şərtlər əsasında bu barışıq sazişini bağladılar:

1. Borclu Cavabdeh1 İddiaçı ASC-yə 25 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 11366.11 manat borcdan 2000 manat ödənilməsini və qalıq borc olaraq 9366.11 manat olmasını qəbul edir. Borclu 14.10.2021-ci il tarixdə 2000 manat vəsaiti bankın hesabına köçürmüşdür.

2. Borclu 9366.11 manat məbləğində vəsaiti 18 ay müddətinə, 17 ay 400 manat, 18-ci ay 2566.11 manat olmaqla Banka ödəməyi öhdələrinə götürür. İlk ödəniş tarixi 14.11.2021-ci il tarixdən hesablanır.

3. Borclu 9366.11 manat məbləğində vəsaiti qeyd olunan aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdəsinə götürür: 14 noyabr 2021-ci il tarixdən 14 mart 2023-cü il tarixədək hər ay 400 manat, 14 aprel 2023-cü il tarixdə 2566.11 manat, cəmi 9366.11 manat.

4. Borclu bu sazişin 2-ci bəndində nəzərdə tutulan öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirdikləri təqdirdə Bank əlavə hesablanmış, lakin ödənilməmiş faiz və cərimə məbləğlərini güzəşt etməyi və kredit öhdəliyi tam icra olunduqdan sonra borcun olmaması haqqında arayışı borcluya verməyi İddiaçı ASC öz öhdəsinə götürür.

5. Borclu bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

6. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.

7. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.

8. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.

9. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.

10. Bu barışıq sazişi 4 (dörd) nüsxədə Bakı şəhərində, 03.11.2021-ci il tarixdə imzalanmışdır.”

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir. İddiaçı və cavabdeh tərəfindən imzalanmış barışıq sazişinin şərtləri məhkəmə iclası protokoluna daxil edilmiş, tərəflərə barışıq sazişinin hüquqi nəticələri və icraata xitam verilmənin nəticələri izah olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin, eləcə də tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun:

“Bakı şəhəri 03.11. 2021-ci il

Bir tərəfdən İddiaçı ASC-nin (VÖEN **********), İdarə Heyətinin sədri Anar Həsənovun şəxsində, digər tərəfdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şəxsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan 2(003)-3805/2021 saylı mülki iş üzrə mübahisənin sülh yolu ilə həll edilməsi üçün, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.3-cü və 191-ci maddəsinə əsasən aşağıdakı şərtlər əsasında bu barışıq sazişini bağladılar:

1. Borclu Cavabdeh1 İddiaçı ASC-yə 25 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 11366.11 manat borcdan 2000 manat ödənilməsini və qalıq borc olaraq 9366.11 manat olmasını qəbul edir. Borclu 14.10.2021-ci il tarixdə 2000 manat vəsaiti bankın hesabına köçürmüşdür.

2. Borclu 9366.11 manat məbləğində vəsaiti 18 ay müddətinə, 17 ay 400 manat, 18-ci ay 2566.11 manat olmaqla Banka ödəməyi öhdələrinə götürür. İlk ödəniş tarixi 14.11.2021-ci il tarixdən hesablanır.

3. Borclu 9366.11 manat məbləğində vəsaiti qeyd olunan aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdəsinə götürür: 14 noyabr 2021-ci il tarixdən 14 mart 2023-cü il tarixədək hər ay 400 manat, 14 aprel 2023-cü il tarixdə 2566.11 manat, cəmi 9366.11 manat.

4. Borclu bu sazişin 2-ci bəndində nəzərdə tutulan öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirdikləri təqdirdə Bank əlavə hesablanmış, lakin ödənilməmiş faiz və cərimə məbləğlərini güzəşt etməyi və kredit öhdəliyi tam icra olunduqdan sonra borcun olmaması haqqında arayışı borcluya verməyi İddiaçı ASC öz öhdəsinə götürür.

5. Borclu bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

6. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.

7. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.

8. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.

9. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.

10. Bu barışıq sazişi 4 (dörd) nüsxədə Bakı şəhərində, 03.11.2021-ci il tarixdə imzalanmışdır.”

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildikdən (alındıqdan) 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.

HAKİM Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar