Məhkəmə qərarları › İş №2(003)-382/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-382/2024

25.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-382/2024 25.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı –cavabdehdən 10.000 manat maddi zərər və ödədiyi 120 manat dövlət rüsumu, cəmi 10120 manat alınıb ona verlməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 1(004)-446/2022 saylı, 27 oktyabr 2022-ci il tarixli hökmü ilə (işə baxan hakim R.M.Daşdəmirov) Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 2(iki) il 6 (altı) ay müddətinə azadıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 30 yanvar 2023-cü il tarixli 1(103)- 221/2023 saylı qərarı ilə hökmü qüvvəsində saxlamışdır. Məhkəmənin hökmü ilə müəyyən edilmişdir ki, məhkum edilmiş Cavabdeh etibardan sui-istifadə və aldatma yolu ilə dələduzluq edərək mənim 10000 manat məbləğində pulunu ələ keçirmişdir. Bu faktı təqsirləndirilən şəxs özü də məhkəmə istintaqında etiraf etmişdir. Lakin bu günə kimi ona vurduğu həmin maddi zərəri ödəməmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, cəzaçəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 9 saylı cəzaçəkmə müəssəsi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak etməkdən imtina etdiyini, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(011)-310/2016 saylı xx.xx.2016-cı il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4- cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 03 mart 2022-ci il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması, Cavabdeh göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməsi hökm edilmişdir. Hökmdən görünür ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakmı ələ keçirmək məqsədi ilə İddiaçı və onun həyat yoldaşı X2 özünü işgüzar şəxs kimi təqdim edərək onları və övladları Aytən Qədirova və Kənan Qədirlini qanuni və rəsmi yollarla Polşanın Azərbaycan Respublikasında yerləşən Səfirliyindən həmin ölkəyə getmələri üçün hər birinə bir illik müddətə viza alacağı, sonradan Polşa Respublikasına göndərərək orada qarşılanacaqları, həmin ölkədə ev və müvafiq işlə təmin etdirəcəyi barədə yalan vədlər verib aldadaraq bu adla 2019-cu ilin iyil ayında sonuncuların yaşadığı Bakı şəhəri Yasamal rayonu Ə.Salamzadə küçəsi məhəllə 1055 ev 3 mənzil 153-də İddiaçı etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə sonuncuya məxsus 10000 (on min) manat pulu alıb ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin hökmdən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ilin aprel ayında Polşa Respublikasında yaşayan dostu Orxan Nemətovun vasitəsi ilə Füzuli Qədiyev və onun qayını olan Niyaməddin Əliyevi həmin ölkədə fəaliyyət göstərən zavodunda işləmək uçün göndərmişdir. 2019-cu ilin aprel-may ayında ona Zərifə Qasımova adlı şəxs zəng edərək Füzuli Qədiyevin yoldaşı Güldəstənin rəfiqəsi olduğunu bildirmişdir. Danışıq zamanı Zərifə ondan xahiş etmişdir ki, onu və 3 nəfər ailə üzvlərini Polşaya işləmək üçün göndərsin. Bu məqsədlə o, 2019-cu ilin may ayında Zərifə Qasımova və onun həyat yoldaşı İddiaçıla Yasamal rayonu ərazisində yerləşən “Yasamal parkı" adlanan ərazidə görüşmüşdür. Söhbət zamanı İddiaçı və Zərifə Qasımova ona bildirmişlər ki, 2 övladı ilə birlikdə Polşada işləmək istəyirlər. Onların bu təklifinə cavab olaraq o bildirmişdir ki, Polşaya getmək üçün ilk olaraq Polşada yerləşən "Falqo LTD" zavodundan onlar üçün dəvətnamə alınmalı, sonradan həmin dəvətnamə əsasında bir illik viza ilə bağlı Polşanın Azərbaycandakı Səfirliyinə müraciət etməli, viza təsdiqindən sonra isə onları həmin ölkəyə işləmək üçün göndərə və zavodun balansında olan evlərdə yerləşdirilməsini təmin edə bilər. Əlavə olaraq bildirmişdir ki, qeyd edilən işləri 10.000 manat müqabilində görə bilər. İddiaçı isə hazırda həmin məbləğdə pulunun olmadığını bildirmiş və ondan pulu düzəlmək üçün vaxt istəmişdir. 2019-cu ilin iyun ayının axırlarında o, yenədə həmin parkda İddiaçı və Zərifə Qasımova ilə görüşmüş, onlar özlərinə aid sənədlərin surətlərini təqdim edərək 10.000 manat pulu da yaxın vaxtlarda verəcəklərini demişlər. Təxminən 2019-cu ilin iyul ayının əvvəllərində İddiaçı ona zəng edərək 10.000 manat pulu vermək üçün görüşməyi təklif etmiş və yaşadığı Yasamal rayonu, Ə.Salamzadə küçəsində yerləşən mənzillərinə dəvət etmişdir. Bundan sonra o, İddiaçı yaşadığı mənzilə getmiş və görüş zamanı İddiaçı həyat yoldaşı Zərifə Qasımovanın yanında ona 10.000 manat pul vermişdir. Pulu aldıqdan sonra o bildirmişdir ki, 3 ay müddətində onları 2 övladı ilə birlikdə Polşa Respublikasında yerləşən "Fargo LTD" zavodunda işləmək üçün getməsini təşkil edəcəkdir. Bundan sonra o, səfirliyə müraciət etmək üçün sənədləri toplamış, lakin həmin müddətdə Polşaya gedənlərin sayı çox olduğu üçün sənədləri Polşanın Azərbaycandakı Səfirliyinə təqdim edə bilməmiş və gözləmək məcburiyyətində qalmışdır. Daha sonra növbənin çatmasına az qalmış bütün dünyada karantin rejimi tətbiq edildiyi üçün Səfirlik sənəd qəbulunu dayandırmışdır. Bu səbəbdən o Zərifə və İlhama verdiyi vədi yerinə yetirə bilməmişdir. Bundan sonra Zərifə və İlham ondan ona verdikləri 10.000 manat pulu tələb etmişlər, lakin həmin pulu xərclədiyi üçün qaytara bilməmişdir. Yekun olaraq o həbsdə olduğu üçün zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəyə bilmədiyini, əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 30 yanvar 2023-cü il tarixli 1(103)-221/2023 saylı qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi X3 və zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Cavabdeh CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair 27 oktyabr 2022-ci il tarixli, 1(004)-446/2022 saylı hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin hökmlə, həmçinin, zərərçəkmiş şəxs kimi tanınmış İddiaçı cinayət nəticəsində dəymiş maddi ziyanla əlaqədar onun mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququnun olması izah edilmişdirdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-446/2022 saylı məktubdan görünür ki, 27 oktyabr 2022-ci il tarixli, 1(004)- 446/2022 saylı hökm xx.xx.2023-cü il tarixində qüvvəyə minmiş və 28 mart 2023-cü il tarixdə icraya yönəldilmişdir. Hökmün göstərişi qoşma şəklində məktuba əlavə olunaraq Sizə göndərilir. Həmin hökmlərlə müəyyən olunmuş hallara əsasən, Cavabdeh tərəfindən İddiaçı 10000,0 manat məbləğində ziyan vurulmuş, həmin ziyandan heç bir məbləğ zərəçəkmiş şəxsə ödənilməmişdir. Beləliklə, işin həqiqi halları, tərəflərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmündə öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin müxtəlif vaxtlarda iddiaçıdan cəmi 10000 manat məbləğində pul vəsaitini alması, həmin pulu qaytarmaması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan, hazırkı iş üzrə cavabdehin müxtəlif vaxtlarda iddiaçıdan pul vəsaitini alması hissəsində həmin hökm məhkəmə üçün məcburidir və göstərilənlər işin mübahisəsiz halıdır. Odur ki, iddia tələbi cavabdehdən 10000 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi hissəsində əsaslıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. İşdən görünür ki, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakmı ələ keçirmək məqsədi ilə İddiaçı və onun həyat yoldaşı X2 özünü işgüzar şəxs kimi təqdim edərək onları və övladları Aytən Qədirova və Kənan Qədirlini qanuni və rəsmi yollarla Polşanın Azərbaycan Respublikasında yerləşən Səfirliyindən həmin ölkəyə getmələri üçün hər birinə bir illik müddətə viza alacağı, sonradan Polşa Respublikasına göndərərək orada qarşılanacaqları, həmin ölkədə ev və müvafiq işlə təmin etdirəcəyi barədə yalan vədlər verib aldadaraq bu adla 2019-cu ilin iyil ayında sonuncuların yaşadığı Bakı şəhəri Yasamal rayonu Ə.Salamzadə küçəsi məhəllə 1055 ev 3 mənzil 153-də İddiaçı etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə sonuncuya məxsus 10000 (on min) manat pulu alıb ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunmuşdur. İşdə olan sübutlarla cavabdeh tərəfindən iddiaçının etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə sonuncuya məxsus 10000 (on min) manat pulu alıb ələ keçirərək dələduzluq etməsi müəyyən edilir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak etməkdən imtina etmiş, lakin ərizəsində iddiaya münasibətini bildirməmişdir. Məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. İş materialları və işin tədqiq olunan hallarına əsasən, iddiaçıya 10000,0 manat məbləğində zərərin vurulması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsindən görünür ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh təqsiri qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan, hadisənin məhz cavabdeh tərəfindən törədilməsi hissəsində həmin hökm məhkəmə üçün məcburidir və göstərilənlər işin mübahisəsiz halıdır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alıb, qeyd olunanları və iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə hesab edir ki, cavabdehin törətdiyi cinayət əməli nəticəsində iddiaçının etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə sonuncuya məxsus 10000 (on min) manat pulu alıb ələ keçirərək dələduzluq etməkdə təqsirlidir və ona görə də həmin məbləğ cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə həmçinin iddianın 120 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə onlara əlavə zərər vurmuşdur. Odur ki, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 10000 (on min) manat məbləğində pul vəsaiti və 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar