Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3820/2024 19.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı X6, Cavabdeh X2 iştirakı ilə, İddiaçı X8 cavabdeh X3 qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X10 cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xətai rayon Məhkəməsinin 2(011)-3792/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh X1 hər ay əməkhaqqısının 1\3 hissəsi sabit pul məbləğində aliment və mediasiya üçün ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X10 məhkəmə iclasında bildirdi ki, Xətai Rayon Məhkəməsinin 2(011)- 3792/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bəxtiyarla olan xx.xx.2013-ci il tarixli nikahları pozulmuş,xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X7 öz ananın yanında saxlanması və onların saxlanmaları üçün cavabdehdən hər birinə 193 manat olmaqla 386 manat tutulması qət edilmişdir. Həyat şərtləri, həmçinin uşaqların böyüdükcə xərclərinin artmasını nəzərə alaraq aliment məbləğinin artıtılmasını xahiş etdi. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X5 məhkəmə iclasında bildirmişdir ki, iddianı qəbul etmir. Fəhlə olaraq işləyir və 1000 manata yaxın əməkhaqqı alır. Hal-hazırda alimentlə yanaşı kredit öhdəliyi var. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Xətai rayon Məhkəməsinin 2(011)-3792/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, X5 ilə X10 arasında Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə 841 saylı akt qeydi ilə rəsmiıəşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014cü il təvəllüdlü X7 analarının yanında qalması, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh X1 hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat alimentin X8 xeyrinə tutulması qət edilmişdir. Qanunverici uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmədə müəyyən olundu ki, tərəflərin birgə nikahlarından doğulmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Məhkəmə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh X1 hər ay uşaqların saxlanılması üçün əməkhaqqısının 1\3 hissəsi qədər sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Xətai Rayon Məhkəməsinin 2(011)-3792/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və cavabdeh X1 iddiaçı X8 xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay əməkhaqqısının 1\3 hissəsi qədər sabit pul məbləğində aliment tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-3820/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3820/2024
19.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver