Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3823/2024 29.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İşin halları İddiaçı cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aralarında 01 aprel 2023-cü il tarixdə bağlanmış borc müqaviləsi üzrə 42.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əvvəllər tanıdığı və yaxın dost münasibətlərində olduğu Cavabdeh 2023-cü ilin mart ayının sonu ona müraciət edərək, avtomobil almaq istədiyini və buna görə ona borc pul lazım olduğunu bildirmiş və ondan 42.000 manat məbləğində borc pul istəmişdir. Cavabdehi tanıdığından, yaxın dost münasibətlərində olduğundan və borcun qaytarılması ilə bağlı hər hansı şübhəsi olmadığına, cavabdehə inandığına görə, ona borc verməyə razılaşmışdır. 01 aprel 2023cü il tarixdə o, Cavabdeh ilə görüşərək, onunla yazılı formada borc müqaviləsi bağlamışdır. Cavabdeh ilə aralarında bağlanmış həmin müqavinin şərtlərinə görə, o, borcalana avtomobil alınması üçün 01 aprel 2023-cü il tarixdə 42.000 manat məbləğində borc vermişdir. Cavabdeh isə həmin məbləği qəbul edərək, borcu 01 aprel 2024-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Müqavilə hər ikisi tərəfindən imzalandıqdan sonra 42.000 manat məbləğində pul nağd şəkildə tərəfimdən sayılaraq Cavabdeh vermişdir. Lakin müqavilə üzrə borcun qaytarılma müddəti keçməsinə baxmayaraq, Cavabdeh borcu qaytarmaqdan yayınmağa başlamışdır. Cavabdeh onun tərəfindən borcun ödənilməsi barədə şifahi formada dəfələrlə xəbərdar olunsa da, borc ödənilməmiş qalmışdır. Hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, Cavabdeh onun qarşısında 01 aprel 2023-cü il tarixli borc müqaviləsi üzrə icra edilməmiş öhdəliyi mövcuddur. Bu müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində cavabdehin ona olan borcunun məbləği 42.000 manat təşkil edir. xx.xx.2024cü il tarixli pretenziya ərizəsi ilə cavabdehə müraciət edərək borcun 3 gün müddətində ödənilməsini xahiş etmişdir. Lakin müraciəti müsbət nəticələnməmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, göstərmişdir ki, İddiaçı mənə qarşı Xəzər rayon məhkəməsində iddia qaldırmış və ondan öz xeyrinə 42.000 manat pu0lun tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ona qarşı qaldırdığı bu iddia barədə deyə bilər ki, həqiqətən də avtomobil almaq üçün ona təcili pul lazım idi. İddiaçı bildirmişdir və ondan 42000 manat borc istəmişdir. İddiaçı da onu çoxdan tanıdığı üçün borc verməyə razılaşmışdır. Lakin şərt qoymuşdur ki, borc böyük məbləğdədi ona görə borc müqaviləsi bağlamalıdırlar. Onun bu şərti ilə razılaşmış və borc müqaviləsini imzalamışdır. Bundan sonra İddiaçı ona 42000 manatı borc vermişdir. Borcu bir il müddətində qaytarmalı idi, lakin maddi imkanı buna yol verməmişdir. Lakin bildirir ki, həmin borcu mən əmlaklarınıı satıb qaytaracaqdır. Sadəcə hazırda həmin məbləği tam şəkildə ödəyə bilmir. İş materiallarına əlavə olunmuş sənədlər -xx.xx.2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış borc müqaviləsindən görünür ki, Borc verən” İddiaçı 42.0000 (qırx iki min) manat məbləğində pulu avtomobil alınması üçün “Borc alan” Cavabdeh verir.“Borc alan” Cavabdeh 42.0000 (qırx iki min) manat məbləğində pulu “Borc verən” İddiaçı alır və müqavilənin şərtlərinə uyğun olaraq “Borc verən” İddiaçı 01 aprel 2024-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürür. “Borc verən”in pula ehtiyacı olduğu halda “Borc alan” dan pul məbləğini dərhal tələb etmək hüququ vardır. “Borc alan” Borc məbləğini 1 il (bir il) müddətinə, yəni 01 aprel 2024-cü il tarixədək Borc verənə qaytarmalıdır. Bu Müqaviləyə bütün əlavə və dəyişikliklər yalnız tərəflərin qarşılıqlı razılığı ilə edilə bilər. Tərəflər arasında meydana gələn fikir ayrılığı və ya mübahisələr, bir qayda olaraq, danışıqlar vasitəsi ilə həll edilir. Tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsi ilə həll edilməzsə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında baxılacaqdır. Bu Müqavilə imzalandığı andan qüvvəyə minir və «Borc alan» tərəfindən borcun tam həcmdə «Borc verənə» geri qaytarıldığı günədək qüvvədə qalır. Həmin müqavilə iki nüsxədən ibarət tərtib olunub, onların hər biri eyni qüvvəyə malikdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1. borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış borc müqaviləsinə əsasən iddiaçı cavabdehə 42000 manat borc vermiş, cavabdeh isə 1 il (bir il) müddətinə, yəni 01 aprel 2024-cü il tarixədək həmin məbləği iddiaçıya qaytarmasına dair öhdəlik götürmüşdür. İşin halları və təqdim olunmuş sübutlarla iddiaçı tərəfindən cavabdehə pul verilməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında cavabdeh iddianı etiraf etmiş, iddianı etiraf etməsi barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, pul məbləğinin həqiqətən də iddiaçı tərəfindən cavabdehə könüllü verildiyi, cavabdehin isə 42000 manat pul məbləğinin cavabdehə 1 il müddətinə qaytarmasına dair öhdəlik götürməsini etiraf etmişdir. Cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və onların hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də, cavabdehin etirafı qəbul edilməlidir. Belə olan halda, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borcun iddiaçıya qaytarmasına dair öhdəlik götürməklə, həmin vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, borcun qaytarılmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 42000 manat pul məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-3823/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3823/2024
29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver