Məhkəmə qərarları › İş №2(003)-3829/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3829/2024

24.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3829/2024 24.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuşlar: xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər bir uşağa görə 235 manat, cəmi iki uşağın saxlanmasında 470 manat məbləğində aliment, mediasiya xərci üçün tərəfimdən ödənilmiş 55 manat məbləğində ödənişin, Cavabdeh tutularaq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-305/2023 saylı, xx.xx.2023 -cü il tarixli qətnaməsinə əsasan iddia qismən təmin edilməsi, X5 ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon Qeydiyyat Şöbəsində 1032 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2020-ci il təvəllüdlü X2 onunda yanında qalmaları, Cavabdeh onun xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları iiçtin xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər bir uşağa görə 170 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Uşaqlar onun himayəsində qaldığından onların bütün xərcləri, geyimi olan isti paltar, yay paltarları, mövsümə görə ayaqqabıları, dərs ləvazimatları, gəzinti xərcləri eləcədə digər xərclər onun tərəfindən qarşılanır. Bir valideyin olaraq uşaqlarının tərbiyəsi ilə xüsusi məşğul olur, bununlada dövlət müəssisəsində 0.5 ştatda tibb bacısı işləyir, bütün bunların öhdəsindən gəlmək və xərcləri qəbul etmək, kirayə evdə qalan ailə üçün çox-çox əziyyətli və çətindir. Bu qədər uşaqların hüquqları barədə bütün dövlətlər tərəfindən xüsusi qayğı göstərilməsinə baxmayaraq, cavabdeh tərəfindən qərəzliliklər olunmaqla uşaqların travmasız sağlam ruhda böyümələrində qərəzliliklər vardır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərdi ki, hərbi zavodda işləməklə hər ay 595 manat əmək haqqı alır. Hər ay 340 manat aliment ödəyir. Digər tərəfdən banka kredit borcu vardır. Əmək haqqısının 50 faizi həmin kreditə tutulur. Bundan başqa övladlarının bütün ehtiyaclarını qarşılayır. Buna görə də, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh iddiaya qarşı yazılı etirazla müraciət edərək, xx.xx.2023-cü il tarixdən etibarən İddiaçı arasında nikah müqaviləsinə xitam verilərək övladlarının (X6 və X8) hər birinə əmək haqqını nəzərə alaraq 170 manat aliment öhdəliyi qərarı çıxarılmışdır. Sonradan iddiaçının tələbi ilə məhkəmədən əvvəlki vaxtın ödənişini də tələb etdikdə məhkəmə qərarı ilə əmək haqqının 70 faizi ödəməklə borclu kimi qərar verilmişdi. Nikah dövründə əldə olunan kredit öhdəliyini öz öhdəsinə götürərək, aliment ödənişini ödəyə bilmədiyinə görə problemli kredit kimi aliment öhdəliyindən qalan hissəsinin 50 faizinin tutulması qərar verilmişdir. Hal-hazırda Bakı şəhəri Zabrat qəsəbəsində yerləşən Bakı cihazqayırma zavodunda frezerçi işləyir. 595 manat əmək haqqı qeyd olunduğu halda gəlir vergisi tutulduqdan sonra 540-550 manat əmək haqqı alır. Son dörd ayda əlavə iş saatları olduğuna görə əlavə iş saatların da, işləyərək aliment borcunu kredit öhdəliyini ödəmək üçün çalışır. İş saatları stabil deyildir. Bundan əlavə övladları ilə telefon əlaqəsi vasitəsilə mütəmadi olaraq əlaqə saxlayır. Onlara maddi və mənəvi köməklik göstərir. Onların rifahına biganə yanaşmır. İddiaçının iddia ərizəsi ilə tanış olmuşdur. İddiaçının kirayədə yaşadığını və məhkəmə rüsumunun ondan tutulmasını tələbinə onun atası evində yaşadığı, Gəncə şəhərində xəstəxanaların birində tibb bacısı işlədiyini və onun rüsum ödəmək imkanı yoxdur. Aliment öhdəliyini artırmaqla onun işə getmək üçün nəqliyyatda gediş haqqı və azuqə üçün vəsait qalmayaraq, əmək qabiliyyətini itirərək aliment öhdəliyini ümumiyyətlə ödəyə bilməmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 305/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, X5 ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon Qeydiyyat şöbəsində 1032 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 anaları X1 yanında qalmaları, Cavabdeh X1 xeyrinə 20.01,2010-cu ıl təvəllüdlü X3 və 01,07.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 24 oktyabr 2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı hazırda “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ Abbas Səhhət adına xəstəxananın fizioterapiya şöbəsinin tibb bacısı vəzifəsində işləyir. İş materiallarında olan Bakı şəhəri 25 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli icra qeydindən görünür ki, Cavabdeh ümumilikdə 4533,83 manat "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən görünür ki, tərəflərin nikah münasibətlərindən xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 anadan olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 adlı övladları doğulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-305/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh X1 xeyrinə 20.01,2010-cu ıl təvəllüdlü X3 və 01,07.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 24 oktyabr 2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqları haqqında qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Qanunverici, uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qanunvericiliyin bu müddəasından görünür ki, alimentin müəyyən olunmuş miqdarının dəyişilməsi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə əlaqələndirilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda, nəzərə alınmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideyinin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmin qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü nəzərə alındıqda iddiaçının aldığı aliment məbləği onun maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçının alimentin artırılması tələbinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır: 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir; 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. İddia tələbinin tam təmin edilməsi aşağıdakılara görə məqsədəuyğun deyil. Əvvəla, cavabdeh iddiaçının ərizədə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğinin hər uşağa görə 235,0 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinin tələblərinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşağın saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Bundan başqa iş materiallarından göründüyü kimi, kredit borcu vardır və həmin borca görə də onun əmmək haqqısından tutulmaılar aparılır. Eyni zamanda iş materiallarından görünür ki, İddiaçı “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ Abbas Səhhət adına xəstəxananın Fizioterapiya şöbəsində tibb bacısı vəzifəsində işləməklə əmək haqqı alır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən müddət keçdiyindən, ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir ve alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də, məhkəmə tərəflərin birgə nikahından olan uşaqların ananın himayəsində olmasını, azyaşlı uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaq üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, habelə cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-305/2023 saylı, iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə tutulan 170 manat sabit pul məbləğində aliment artırılaraq, hər ay hər uşağa görə 190 manat sabit pul məbləğində aliment müəyyən edilməli və Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə həmçinin iddianın 55 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edən zaman 55 manat mediasiya xərci ödəmişdir. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi 55 manat əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Gəncə 1 saylı Mediasiya Təşkilatına 55 manat ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-305/2023 saylı iş üzrə xx.xx.2023cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 190 manat olmaqla, ümumilikdə 380,0 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 55 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar