Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3849/2023 07.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi A.Ş.Əhmədova iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 177/SM-23 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliyini tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka ümumilikdə 10438,16 manat məbləğində borcu qalmışdır. Ona görə də, kredit müqaviləsi üzrə əsas borca görə 10000 manatın, faiz borcuna görə 438,16 manatın və ödənilmiş dövlət rüsumuna görə 35 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən "xxxx" MMC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 177SM-23 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana şəxsi məqsədlər üçün illik 20 faiz hesablanması şərti ilə 24 ay müddətinə 10000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 7.1-ci bəndindən görünür ki, bu bəndin müvafiq yarımbəndlərində qeyd edilən hallardan biri baş verdikdə borc verən öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 177SM-23 saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr ərzində hər ay 508,96 manat, xx.xx.2025-ci il tarixdə isə 512,01 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli 420 saylı bildirişdən müəyyən olunur ki, bank borcalana xx.xx.2023-cü il tarixli 177SM-23 saylı kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq etmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2023-cü il tarixli 177SM-23 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə əsas borca görə 10000 manat, faiz borcuna görə 438,16 manat olmaqla cəmi 10438,16 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 177SM-23 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının cavabdehdən əsas borca görə 10000 manat, faiz borcuna görə 438,16 manat olmaqla cəmi 10438,16 manat tələbi əsaslıdır, ona görə də iddia ərizəsi tam həcmdə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh əsas borca görə 10000 manat, faiz borcuna görə 438,16 manat və ödənilmiş dövlət rüsumuna görə 35 manat məbləğində pul "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-3849/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3849/2023
07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver