Məhkəmə qərarları › İş №2(003)-3858/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(003)-3858/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(003)-3858/2020 27.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızı, Kreditor (Electrolux-3) Borclu qarşı borcun tutulması tələbinə dair ərizəyə və əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: Kreditor (Electrolux-3) Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, borclu xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş Borclu 3868.41 manat əsas borcun və ödənilmiş 20 manat dövlət rüsumunun, cəmi 3888.41 manat məbləğində borcun onun xeyrinə tutulması barədə məhkəmə əmri qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Borclu ilə kreditor "Kreditor" MMC (Electrolux- 3) arasında hissə-hissə ödənilmək şərti ilə xx.xx.2019-cu il tarixli, 03.01,2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, 01,03.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələri bağlanmışdır. xx.xx.2019-cu il tarixli müqavilə üzrə kreditor tərəfindən Borclu 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə ÜZ QİRXAN BABYLİSS T 810 E (75.99 manat) və REDMİ 8A 2/32GB MİDNİGHT (BLACK) (370.80 manat), xx.xx.2020- ci il tarixli müqavilə üzrə 18 ay müddətinə ödəmək şərti ilə TV AKAİ SMART EU32DM1500TSS (419.06 manat), xx.xx.2020-ci il tarixli müqavilə üzrə 18 ay müddətinə ödəmək şərti ilə PALTARYUYAN ZANUSSİ ZWSH 7100 SS (798.93 manat), QULAQCİQ BLUETOOTH QCY-T1 (White) (76.61 manat) və ƏTÇƏKƏN GORENJE MG1500SJW (169.03 manat), xx.xx.2020-ci il tarixli müqavilə üzrə 12 ay müddətinə ödəmək şərti ilə PALTARYUYAN SAMSUNG WW65K52E69WDLP (948.98 manat), xx.xx.2020-ci il tarixli müqavilə üzrə 12 ay müddətinə ödəmək şərti ilə SONY PLAYSTATİON 4 500GB (793.05 manat) və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 12 ay müddətinə ödəmək şərti ilə SOYUDUCU BOSCH KGN56Vİ30U (1888.96 manat) olmaqla, ümumilikdə cəmi 5541,41 manat dəyərində məişət əşyaları satılmışdır. Kreditor müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Borclu üzərinə götürdüyü öhdəliyi icra etməmiş və bu günədək xx.xx.2019-cu il tarixli müqavilə üzrə 368,79 manat əsas, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 369,06 manat əsas, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 964,57 manat əsas, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 548,98 manat əsas, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 728,05 manat əsas və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 888,96 manat əsas borc olmaqla cəmi 3868,41 (üç min səkkiz yüz altmış səkkiz manat qırx bir qəpik) manat əsas borcu ödəməmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınmışdır. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor (Electrolux-3) tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Bu halda Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Prosesual Mülki Məcəlləsinin 280-ci maddəsinə görə məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən hesab edirəm ki, "xxxx" MMC-nin məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 (iyirmi) manat məbləğində pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə ƏMR ETDİ: xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Kreditor (Electrolux-3) xeyrinə, 3868.41 manat məbləğində əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 3888.41 (üç min səkkiz yüz səksən səkkiz manat qırx bir qəpik) manat pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Xəzər Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar