Məhkəmə qərarları › İş №2(003)-3910/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3910/2022

27.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3910/2022 27.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qaralov İlqar Zahid oğlunun sədrliyi, Abbasova Sevinc Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “beh almış tərəfin – cavabdehin məsuliyyəti səbəbindən alqısatqı müqaviləsinin faktiki icra edilməməsi ilə bağlı behin iki mislinin və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavahdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, evin alqı-satqısı üzrə müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan beh almış tərəf kimi Cavabdeh aldığı behin iki mislinin (2000,0 manat), habelə bu məbləğə əlavə olaraq illik bank uçot dərəcəsi nəzərə alınmaqla bu məbləğin 7.75% hissəsinin, yəni 155 manat məbləğin əlavə tutularaq iddiaçıya ümumilikdə 2155 manat məbləğin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı tərəflər aralarında bağlanmış barışıq sazişini məhkəməyə təqdim edərək, işi sülh yolu ilə yekunlaşdırmaq niyyətində olduqlarını, bu məqsədlə barışıq sazişi imzaladıqlarını bildirdilər. Ona görə də məhkəmədən həmin sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. İddiaçı bildirdi ki, onlar mülki işi barışıq sazişi ilə tamamlanması qərarına gələrək aralarında xx.xx.2022-ci il tarixli barışıq sazişi imzalanmışdır. Ona görə bu sazişin şərtlərini nəzərə alaraq işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, həqiqətən də tərəflər arasında barışıq sazişi bağlanmış və tərəflər barışıq əldə etdiyindən barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş barışıq sazişini, işin materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci tarixdə mübahisəni barışıq yolu ilə tənzimləmək məqsədilə barışıq sazişini aşağıdakı şərtlərlə bağlamışlar:

1. “İddiaçı” və “cavabdeh” aralarında olan razılaşmaya əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan 2(003)-3910/2022 nömrəli mülki iş üzrə mübahisəyə barışıq yolu ilə son qoyurlar.

2. Aralarında olan razılaşmaya əsasən iddiaçı 1000 manat məbləğində pul vəsaitinin qaytarılması şərti ilə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 829B saylı bağın satılması üçün vermiş olduğu 1000 manat behin iki mislinin, yəni 2000 manat pul vəsaitinin, həmçinin, illik bank uçot dərəcəsi nəzərə alınmaqla beh məbləğinin 7,75 faizinin, yəni 155 manat pul vəsaitinin cavabdehdən tutulması tələbinə dair iddiadan imtina edir.

3. İddianın “behin iki mislinin və dəymiş ziyanın ödənilməsi” hissəsindən imtina olunduğundan, Cavabdeh 1000 manat pul vəsaitini İddiaçı barışıq sazişinin bağlandığı tarixdən 6 ay ərzində hər ay 150 manat olmaqla (sonuncu ay 250 manat) ödəyərək qaytarmağı öhdəsinə götürür;

4. Cavabdeh barışıq sazişinin şərtlərini icra etmədiyi təqdirdə 1000 manat pul vəsaitinin icra orqanı tərəfindən ondan tutulmasını qəbul edir.

5. “İddiaçı” və “cavabdeh” ödənilmiş məhkəmə xərclərini biri-birindən tələb etmir və hər bir tərəfin bununla bağlı çəkmiş olduğu xərcin özünə aid edilməsinə razılaşır.

6. “İddiaçı”ya və “cavabdeh”ə Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir) o cümlədən, həmin Məcəllənin 261.0.2-ci və 261.0.5-ci (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir) maddələrinin tələbləri aydındır. Barışıq sazişi 3 (üç) nüsxədən tərtib olunmaqla, bir nüsxəsi iddiaçıda, bir nüsxəsi cavabdehdə saxlanılır. Barışıq sazişinin bir nüsxəsi mülki işin materillarına əlavə olunması üçün məhkəməyə təqdim olunur.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. MPM-in 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər (maddə 191.1). Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir (maddə 191.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir”. Hakim iş üzrə tərəflərə MPM-in 262-ci maddəsinin tələblərini izah etmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, tərəflərin təqdim etdiyi barışıq sazişi MPM-in 191.1-ci maddəsinin tələblərinə uyğun verilmişdir, qanuna zidd deyildir və hər hansı başqa bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 252.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 52, 191, 261.0.5, 263-264, 266-268 maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı:

İddiaçı ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: “1) “İddiaçı” və “cavabdeh” aralarında olan razılaşmaya əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan 2(003)-3910/2022 nömrəli mülki iş üzrə mübahisəyə barışıq yolu ilə son qoyurlar. 2) Aralarında olan razılaşmaya əsasən iddiaçı 1000 manat məbləğində pul vəsaitinin qaytarılması şərti ilə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 829B saylı bağın satılması üçün vermiş olduğu 1000 manat behin iki mislinin, yəni 2000 manat pul vəsaitinin, həmçinin, illik bank uçot dərəcəsi nəzərə alınmaqla beh məbləğinin 7,75 faizinin, yəni 155 manat pul vəsaitinin cavabdehdən tutulması tələbinə dair iddiadan imtina edir. 3) İddianın “behin iki mislinin və dəymiş ziyanın ödənilməsi” hissəsindən imtina olunduğundan, Cavabdeh 1000 manat pul vəsaitini İddiaçı barışıq sazişinin bağlandığı tarixdən 6 ay ərzində hər ay 150 manat olmaqla (sonuncu ay 250 manat) ödəyərək qaytarmağı öhdəsinə götürür; 4) Cavabdeh barışıq sazişinin şərtlərini icra etmədiyi təqdirdə 1000 manat pul vəsaitinin icra orqanı tərəfindən ondan tutulmasını qəbul edir. 5) “İddiaçı” və “cavabdeh” ödənilmiş məhkəmə xərclərini biri-birindən tələb etmir və hər bir tərəfin bununla bağlı çəkmiş olduğu xərcin özünə aid edilməsinə razılaşır. 6) “İddiaçı”ya və “cavabdeh”ə Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir) o cümlədən, həmin Məcəllənin 261.0.2-ci və 261.0.5-ci (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir) maddələrinin tələbləri aydındır. Barışıq sazişi 3 (üç) nüsxədən tərtib olunmaqla, bir nüsxəsi iddiaçıda, bir nüsxəsi cavabdehdə saxlanılır. Barışıq sazişinin bir nüsxəsi mülki işin materillarına əlavə olunması üçün məhkəməyə təqdim olunur.” İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, MPM-in 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: İlqar Qaralov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar