Məhkəmə qərarları › İş №2(003)-3947/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3947/2020

18.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3947/2020 18.12.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Tağıyev Zaur Müzəffər oğlu, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 oğlu və İddiaçı5 cavabdeh Azərbaycan Hava Yolları QSC-yə qarşı zəbt olunmuş torpaq sahəsinin bazar qiymətinə müvafiq olaraq dəyərinin ödənilməsi, həmçinin vurulmuş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 oğlu və İddiaçı5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azal Avia Şirkətinin mülkiyyətlərində olan Yevlax rayon X1 xx xxxxxx 1998-ci il tarixli qərarı ilə mülkiyyətlərinə verilmiş, TN-104, Kod 90104048 saylı dövlət aktına əsasən 12,43 ha torpaq sahəsinin zəbt edilmiş 9,10 ha torpaq sahəsindən 2013-2020-ci il dövr üçün vurmuş olduğu zərərə görə 108119,24 manat, həmcinin torpaq sahəsini özündə saxlamaqla ona qaytarılma mümkünsüzlüyünü nəzərə alaraq, həmin torpağın maya dəyərinin real bazar qiyməti ilə 109200 manat məbləğinin cavabdehdən alınaraq iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, qəbzdə göstərilmiş ödənişin təyinatına əsasən həmin rüsum Yevlax Rayon Məhkəməsinə ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi üçün dövlət rüsumu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyinə görə iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 oğlu və İddiaçı5 cavabdeh Azərbaycan Hava Yolları QSC-yə qarşı cavabdeh Azal Avia Şirkətinin mülkiyyətlərində olan Yevlax rayon X1 xx xxxxxx 1998-ci il tarixli qərarı ilə mülkiyyətlərinə verilmiş, TN-104, Kod 90104048 saylı dövlət aktına əsasən 12,43 ha torpaq sahəsinin zəbt edilmiş 9,10 ha torpaq sahəsindən 2013-2020-ci il dövr üçün vurmuş olduğu zərərə görə 108119,24 manat, həmcinin torpaq sahəsini özündə saxlamaqla ona qaytarılma mümkünsüzlüyünü nəzərə alaraq, həmin torpağın maya dəyərinin real bazar qiyməti ilə 109200 manat məbləğinin cavabdehdən alınaraq iddiaçılara verilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədələr geri qaytarılsın. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 oğlu və İddiaçı5 izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıq aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar