Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3999/2021 25.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" MM QBKT-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4213,06 manat əsas borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılışdır ki, "xxxx" MM QBKT ilə cavabdeh arasında bağlanmış 07.04.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 35 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir. 07.04.2015-cı il tarixli **********0072 saylı kredit müqaviləsi 23.05.2016-cı il tarixli **********2616 nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 4544 manat müəyyən edilmişdir. 03.09.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən cavabdehin 4213 manat əsas borcu vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 07.04.2015-ci il tarixli **********0072 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh ilə "xxxx" MM QBKT- arasında illik 35 % olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan 21.12.2015-cı il tarixli **********2616 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair Sazişdən və həmin sazişə əlavədən görünür ki, iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə qalıq qalmış borcun məbləği 4544 manat təşkil etməsi və həmin borcun 60 ay müddətinə hər ay 90 manat (05.06.2016-cı il tarixdə 10 manat, 05.05.2021-ci il tarixdə 42 manat ödəniş olmaqla) ödənilməsi barədə razılığa gəlinmişdir. İş materiallarında olan 03.09.2021-ci il tarixli maliyyə arayışından və LN1183problemli müştəri məlumatından görünür ki, Cavabdeh iddiaçıya 4213 manat əsas borcu mövcuddur. Məhkəmə tərəfindən araşdırma zamanı müəyyən edildi ki, cavabdehlə iddiaçı arasında cavabdehə 5000 manat məbləğində pulun 24 ay müddətinə 35 % dərəcəsi olmaqla kreditin verilməsi haqqında 07.04.2015-ci il tarixli **********0072 saylı kredit müqaviləsi müqavilə bağlanmış, daha sonra həmin kredit üzrə qalıq qalmış 4544 manat məbləğində borc restrukturizasiya edilmiş və cavabdeh həmin 4544 manat borcun 60 ay müddətində ödəməsi barədə öhdəlik götürmüş, lakin cavabdeh müqavilə və saziş üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və onun iddiaçı ilə arasında bağlanmış sazişin son müddətinə 4213,06 manat ödənilməmiş öhdəliyi qalmışdır. Bankın təqdim etdiyi sübutlar həmin borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə Mülki Məcəllənin 385-386, 425, 427, 439, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan ASAN ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Cavabdeh 4213,06 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 4213,06 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq iddiaçı "xxxx" X1 QBKT-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3999/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3999/2021
25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver