Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4038/2021 01.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X4, Cavabdeh X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit borcunun qaytarılması" tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 13 mart 2014-cu il tarixli ********* kredit müqaviləsinə əsasən cavabdeh X3 LPO «Dəmirbank” ASC-dən illik 28% 36 ay müddətinə 8000,0 manat kredit götürmüşdür. İddiaçıASC-nin İçərişəhər filialı ilə Cavabdeh3 arasında bağlanmış ********* saylı 19.06.2014-cü il tarixlı Kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədləri üçün 24 ay müddətinə, illik 30% dərəcəsi ilə 3190,0 (üç min yüz doxsan) ABŞ dolları məbləğində kredit verilmişdir. ********* N-li 13 mart 2014-cü il tarixli və ********* saylı 19.06.2014-cü il tarixli kredit müqaviləsinə 11 sentyabr 2015-ci il tarixli X7 Kreditorun Borcalana borcu 7400 (yeddi min dörd yüz) AZN hesablanmışdır. Kreditin müddəti 11.09.2018-ci il tarixinədək uzadılmışdır. ********* saylı 13 mart 2014-cü il tarixli Kredit müqaviləsinə və ********* saylı 19.06.2014 tarixli Zaminlik müqaviləsinə 11 sentyabr 2015-ci 11 tarixli X7 isə Cavabdeh3 borcun təminatı olaraq Zamin kimi kreditin ödənilməsinə cəlb olunmuşdur. Kreditorun Borcalana borcu 7400 (yeddi min dörd yüz) AZN hesablanmışdır. Kreditin müddəti 11.09.2018-ci il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinin 4.1.5-cı bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********439 saylı 29.07.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçı LPO İddiaçı ASC cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi 25 262,06 (iyirmi beş min iki yüz altmış iki manat, 06 qəpik) AZN borc-bundan 6747,45 ( altı min yeddi yüz qırx yeddi manat, 45 qəpik) AZN əsas, 8801,34 (səkkiz min səkkiz yüz bir manat, 34 qəpik) AZN faiz, 8724,39 (səkkiz min yeddi yüz iyirmi dörd manat, 39 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 988,88 (doqquz yüz səksən səkkiz manat, 88 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 30,0 (otuz) AZN dövlət rüsumunun cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X6 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, qeyd olunan müqavilə üzrə iddia müddəti keçib. Ərizə ilə müraciət edərək, iddiaçı tərəfindən verilmiş iddia müddətinin ötürüldüyündən, iddia müddətinin tətbiq edilərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, LPO "xxxx" ASC ilə X3 arasında bağlanmış 13.03.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən illik 28 faiz dərəcəsi ilə 36 ay müddətinə 8000,0 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 13.03.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən borclu X3 13.03.2014-cü il tarixdən 13.03.2017-ci il tarixədək hər ay 330,99 manat (sonuncu ay 330,63 manat) ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçıASC-nin İçərişəhər filialı ilə Cavabdeh3 arasında bağlanmış ********* saylı 19.06.2014-cü il tarixlı Kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədləri üçün 24 ay müddətinə, illik 30 faiz dərəcəsi ilə 3190 (üç min yüz doxsan) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan ********* saylı 19.06.2014 kredit müqaviləsinə əsasən borclu Cavabdeh3 19.06.2014-cü il tarixdən 19.06.2016-cı il tarixədək hər ay 178,42 manat (sonuncu ay 178,38 manat) ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan ********* N-li 13 mart 2014-cü il tarixli və ********* saylı 19.06.2014-cü il tarixli kredit müqaviləsinə 11 sentyabr 2015-ci il tarixli X7 Kreditorun Borcalana borcu 7400 (yeddi min dörd yüz) AZN hesablanmışdır. Kreditin müddəti 11.09.2018-ci il tarixinədək uzadılmışdır. İş materiallarında olan 03 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 11 sentyabr 2015-ci il tarixli ******* saylı müqavilə üzrə 29.07.2021-ci il tarixə 8801,34 manat borcu vardır. İş materiallarında olan 19.06.2014 tarixli müqaviləyə bağlanmış 11 sentyabr 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 borcun təminatı olaraq zamin kimi kreditin ödənilməsinə cəlb olunmuşdur. İş materiallarında olan LPO İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış 29.07.2021-ci il tarixli **********439 saylı xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilən cavabdeh X1 məhkəməyə ünvanladığı ərizədən görünür ki, cavabdeh iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, iddia müddətinin tətbiq edilməsini xahiş edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbi iddia müddəti ötürüldüyündən, iddia təmin edilməməlidir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, "xxxx" QSC ilə 13 mart 2014-cu il tarixli ********* kredit müqaviləsinə əsasən cavabdeh X3 LPO İddiaçı ASC-dən illik 28% 36 ay müddətinə 8000,0 manat kredit götürmüşdür. İddiaçı ASC-nin İçərişəhər filialı ilə Cavabdeh3 arasında bağlanmış ********* saylı 19.06.2014-cü il tarixlı Kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədləri üçün 24 ay müddətinə, illik 30% dərəcəsi ilə 3190,0 (üç min yüz doxsan) ABŞ dolları məbləğində kredit verilmişdir. ********* N-li 13 mart 2014-cü il tarixli və ********* saylı 19.06.2014-cü il tarixli kredit müqaviləsinə 11 sentyabr 2015-ci il tarixli X7 Kreditorun Borcalana borcu 7400 (yeddi min dörd yüz) AZN hesablanmışdır. Həmin Sazişə əsasən isə Cavabdeh2 borcun təminatı olaraq zamin kimi kreditin ödənilməsinə cəlb olunmuşdur. Cavabdehlər kreditin qaytarılması və faizlərin ödənilməsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə banka borcları yaranmışdır. İddiaçı hazırkı iddia ilə əlaqədar 30,0 manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda, iddiaçı üçün iddia müddəti axımı həmin vaxtdan başlamışdır. İşin materiallarından isə görünür ki, iddiaçının mövcud iddia ərizəsi 22.09.2021-ci il tarixdə (iddia ərizəsinin poçt şöbəsinə təhvil verildiyi gün) məhkəməyə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi tələbi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Lakin, iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid müddəaları müəyyən edir ki, kredit müqaviləsində də yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Belə ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Digər tərəfdən, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Eyni zamanda, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göründüyü kimi, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh X3 ilə “DəmirBank» ASC arasında bağlanmış 100/26İk saylı, 01.09.2015-ci il tarixli Əlavə Saziş üzrə icra müddəti 11.09.2018-ci il tarixdə bitərək iddia müddətinin axımı başladığından, iddia müddəti 11.09.2021-ci il tarixdə bitmişdir. Odur ki, iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Cavabdeh işin materiallarına əlavə edilmiş ərizəsindən görünür ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi müddətin ötürülməsi ilə verildiyindən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, mövcud tələb üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddianın 30,0 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərci olan 30,0 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Buna görə də iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia müddəti ötürülmüş və mübahisə tərəfinin müddətin tətbiqinə dair ərizə verdiyi iddia təmin edilə bilməz. Odur ki, iddia müddəti ötürüldüyündən təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-4038/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4038/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver