Məhkəmə qərarları › İş №2(003)-4038/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4038/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4038/2024 10.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı Məmmədov X1, İddiaçının vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Məmmədov X1 Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Məmmədov X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 21.000 manat əsas borcun, 1.050 manat faiz borcunun, vəkilə ödənilmiş xidmət haqqı üçün 200 manat və ödənilmiş 154 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Məmmədov X2 göstərdi ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ilə cavabdeh Faiq ondan 21.000 manat borc götürmüş və 1 ildən sonra qaytarmağa söz vermişdir. Lakin bütün tələblərinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışdır.İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə iddiaçının izahatına uyğun izahat vermiş və əlavə olaraq qeyd etdi ki, kredit müqaviləsi 1 il müddətinə, yəni xx.xx.2022-ci il tarixinədək bağlanmışdır. Hesablanan faizlər də bankın uçot dərəcəsinə əsasən, illik 5% olmaqla hesablanmışdır. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Məmmədov X2 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 21.000 manat borc almış və xx.xx.2022-ci il tarinədək qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən “borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür”. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh İddiaçı 21.000 manat borc almış və xx.xx.2022-ci il tarinədək qaytarmağı öhdəsinə götürmüşdür.Lakin cavabdeh müqaviləyə əsasən öhdəliyini yerinə yetirməmişdir. Belə olan halda iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh Məmmədov X2 xeyrinə 21.000 manat məbləğində pul vəsait tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü madəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İş materiallarında olan 24840 nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən ******************** saylı hesab nömrəsinə 200 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan 6790 nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 154 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən vəkil xidmətinə görə ödənilmiş 200 manat və 154 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Məmmədov X1 xeyrinə 21.000 manat məbləğində pul vəsaiti, vəkilə ödənilmiş 200 manat və ödənilmiş 154 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar