Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4048/2021 19.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Bakı Şəhər Probasiya İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək, cavabdehdən elektron qolbağın yükləmə qurğusunun dəyəri 637.91 manat dəyərində vəsaitin alınıb borcun alınaraq Xəzər rayon İcra və Probasiya şöbəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bakı Şəhər Probasiya İdarəsi iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-38/2020 saylı 17.02.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 il 01 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkuma 19.03.2020-ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, müvafiq aktla 01 ədəd mobil qurğu, 01 ədəd mobil qurğunun enerji adaptoru, 01 ədəd mobil qurğunun enerji toplayıcı kabeli, 01 ədəd sadə elektron qolbaq, poverbank və 03 ədəd ev siqnal ötürücüsü təhvil verilmişdir. Məhkuma tətbiq olunmuş nəzarət avadanlıqlarının istifadə qaydaları izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdehin mobil qolbağının yükləmə qurğusunun (poverbank) itirildiyi müəyyən edilmişdir. Bakı Probasiya İdarəsinə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin verdiyi maliyyə arayışına görə həmin qurğunun dəyəri 637.91 manat təşkil edir. Qeyd olunanlara əsasən, cavabdehdən elektron qolbağın yükləmə qurğusunun dəyəri 637.91 manat dəyərində vəsaitin alınıb borcun alınaraq Xəzər rayon İcra və Probasiya şöbəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmiş, Bakı Şəhər Probasiya İdarəsinin nümayəndəsi ərizə ilə müraciət edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-38/2020 saylı 17.02.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Cavabdeh 29.05.2018-ci il tarixdən 10.08.2018-ci il tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 02 il 01 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. Cavabdeh üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müəyyən məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmuşdur. İş materiallarından görünür ki, Cavabdeh ona təqdim edilmiş cihazlar geri təhvil alınarkən 18.01.2021-ci il tarixli akt tərtib olunmuş, həmin cihazlardan sadəcə olaraq elektron müşahidə cihazı probasiya şöbəsinə qaytarılmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən itirilərək probasiya idarəsinə təhvil verilməmiş elektron qolbağın yükləmə qurğusunun dəyəri olan 637.91 manatın Cavabdeh tutulmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Maliyyə və təminat idarəsinin 02.11.2018-ci il tarixli 21/-3-1717 saylı məktubunun surətindən görünür ki, probasiya xidmətinin qeydiyyatında olan elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş nəzarət qurğularının itirilməsi və yararsız hala salınması hallarında həmin vasitələrin dəyəri elektron qolbaqlar (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazlarla birlikdə) 637.91 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsini yerinə yetirməlidir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan halları ilə müəyyən edilir ki, Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-38/2020 saylı 17.02.2020-ci il tarixli hökmü üzrə ona təhkim edilmiş elektron qolbağın mühafizə edilməsi barəsində üzərinə götürdüyü öhdəliyi pozmuş, elektron qolbağın yükləmə qurğusunu itirmiş, nəticədə Bakı Şəhər Probasiya İdarəsinə 637.91 manat maddi zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt tötətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbinin Cavabdeh iddiaçı Bakı Şəhər Probasiya İdarəsinin xeyrinə 637.91 manat məbləğində pul vəsaitinin tutulması təmin olunması qanunamüvafiq və əsaslıdır və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh Bakı Şəhər Probasiya İdarəsinin xeyrinə 637.91 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı Bakı Şəhər Probasiya İdarəsinin xeyrinə 637.91 (altı yüz otuz yeddi manat doxsan bir qəpik) məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-4048/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4048/2021
19.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver