Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4124/2024 11.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçının nümayəndəsi (atası) X2 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X7 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alimentin miqdarı artırılaraq xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (atası) X6 məhkəmə iclasında göstərdi ki, Xəzər rayon Məhkəməsinin 2(003)-1779/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh və X7 arasındaki nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X4 ananın yanında saxlanması və hər uşaq üçün cavabdehdən 150 manat olmaqla cəmi 300 manat məbləğində alimentin tutulması qət edilmişdir.Salyan rayon məhkəməsinin 2(057)-1037/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək cavabdehin qazancının 1/3 hissəsi və 90 manat sabit pul məbləğində aliment təyin edilmişdir.Həmin tarixdən bəri cavabdeh hər uşaq üçün 100 manat məbləğində aliment ödəyir. Uşaqlar məktəblidirlər və Bakı şəhərində təhsil alırlar. Cavabdehin maddi imkanının yaxşı olmasına baxmayara maddi yardım göstərmir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə iclasında göstərdi ki, iddianı qəbul etmir. İşləyir və 407 manata əməkhaqqı alır. 3 uşaqları var və onlardan biri yetkinlik yaşına çatıb.İddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Salyan rayon Məhkəməsinin 2(057)-1037/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Xəzər rayon Məhkəməsinin 2(003)- 1779/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün tutulan alimentin miqdarı dəyişdirilərək hazırki qətnamə qanuni qüvvəsini aldıqdan sonra qazancın və başqa gəlirlərinin 1/3 hissəsi və 90 manat sabit pul məbləğində aliment X1 tutulub X5 ödənilməsi qət edilmişdir. Qanunverici uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmədə müəyyən olundu ki, tərəflərin birgə nikahlarından doğulmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Lakin, iddiaçı hər uşaq üçün 235 manat olmaqla cəmi 470 manat məbləğində alimentin cavabdehdən tutulmasını tələb etsə də cavabdehin həmin məbləği ödəyə bilmə imkanı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh hər ay uşaqların saxlanılması üçün hər birinə 190 manat olmaqla cəmi 380 manat sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Salyan rayon Məhkəməsinin 2(057)-1037/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və Cavabdeh iddiaçı X3 xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 190 manat olmaqla cəmi 380 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-4124/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4124/2024
11.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver