Məhkəmə qərarları › İş №2(003)-413/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-413/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-413/2023 24.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğvi, borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetindən çıxarılma tələbinə dair iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nın xeyrinə 2019-cu il 11 mart tarixli kredit müqaviləsi üzrə banka 13765,04 manat əsas, 9156,57 manat faiz borcu, 1578,48 manat cərimə borcu, 11 sentyabr 2022-ci 11 tarixdən 21 oktyabr 2022-ci il tarixədək illik 5%-lə hesablanmış 75,4 manat olmaqla ümumilikdə cəmi 24575,49 manat məbləğində borcun, 163,72 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 və Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X4 küçəsində yerləşən, 69.53 kv.m ümumi sahədən ibarət 2et nömrəli evin 32 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X4 küçəsində yerləşən, 69.53 kv.m ümumi sahədən ibarət 2et nömrəli evin 32 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 və Cavabdeh3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X4 küçəsində yerləşən, 69.53 kv.m ümumi sahədən ibarət 2et nömrəli evin 32 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3 və digər şəxslərin Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X4 küçəsində yerləşən, 69.53 kv.m ümumi sahədən ibarət 2et nömrəli evin 32 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh3 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" İKB ASC (İddiaçı ASC) arasında bağlanmış 11 mart 2019-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə iddiaçının nümayəndəsi X3 tərəflər arasında bağlanmış barışıq sazişini, eyni zamanda iş üzrə icraata xitam verilməsinə dair ərizə təqdim edərək tərəflər arasında barışığın əldə edildiyini bildirdi və barışıq sazişinin təsdiq olunmaqla iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı bank ilə aralarında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı bank ilə aralarında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı bank ilə aralarında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, barışıq sazişini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, iş üzrə tərəflər arasında :

1. borclu Cavabdeh1 İddiaçı ASC-yə 11 mart 2019-cu 11 tarixli kredit müqaviləsi üzrə 20504,84 manat borcunun (9694,39 manat əsas, 9156,57 manat faiz, 1578,48 manat dəbbə, 75,40 manat əldən çıxmış fayda ) olmasını qəbul etməsi,

2. ipoteka qoyan X1 qanun üzrə vərəsələri Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan 19 mart 2019-cu il tarixli ipoteka müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X4 küçəsində yerləşən, 69.53 kv.m ümumi sahədən ibarət 2et nömrəli evin 32 nömrəli mənzilinin ilkin satış qiyməti 100000 manat ( bir yüz min manat) tərəflərin qarşılıqlı razılığına əsasən müəyyən edilməsi,

3. borclu 18200 manat məbləğində vəsaitinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 1300 manat, sonuncu ay isə 5200 manat məbləğində ödəməsi barədə öhədik götürməsi,

4. Borclu bu sazişin 3-cü bəndində nəzərdə tutulan öhdəliklərini vaxtında ( hər ay qrafik üzrə göstərilən tarixlərdən 3 günü keçməmək şərti ilə) və lazımi qaydada yerinə yetirdiyi təqdirdə Bank hesablanmış, lakın ödənilməmiş faiz, cərimə, əldən çıxmış fayda məbləğlərini güzəşt etməyi öhdəsinə götürməsi, borclu isə 208.72 manat məbləğində məhkəmə rüsumunu müddətin sonunda ödəməyi öhdəsinə götürməsi,

5. Borclu sazişin 3-cü bəndindəki ödəniş qrafiki üzrə öhdəliyi tam icra etdiyi halda Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8ci mikrorayon, X4 küçəsində yerləşən, 69.53 kv.m ümumi sahədən ibarət 2et nömrəli evin 32 nömrəli mənzilini girovdan azad etməyi və borcun olmaması haqqında arayışı borcluya verməyi İddiaçı ASC tərəfindən öz öhdəsinə götürməsi,

6. ödənişlərin vaxtında ( hər ay qrafik üzrə göstərilən tarixlərdən 3 günü keçməmək şərti ilə icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilməsi, 20504,84 manat borcun, 208.72 manat dövlət rüsumunun sazişin 2-ci bəndində göstərilən bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, həmin əmlakın bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait həmin vəsaitin borclunun Banka olan borcuna ödənilməsi, borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçilərə verilməsi üçün müvafiq icra şöbəsinin hesabına köçürülməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği borclulardan Bankın xeyrinə müştərək qaydada tutulması,

7. Sazişin 2-ci bəndində qeyd edilən əmlakın təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçinin tam məsuliyyət daşıması,

8. borclular bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilməsi,

9. bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsas olması barədə barışıq əldə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Odur ki, məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum olmadığından tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul edilməsindən imtina edilir və həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə

qəraraaldı:

İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixdə aşağıdakı şərtlərlə bağlanılmış barışıq sazişi təsdiq edilsin:

1. borclu Cavabdeh1 İddiaçı ASC-yə 11 mart 2019-cu 11 tarixli kredit müqaviləsi üzrə 20504,84 manat borcunun (9694,39 manat əsas, 9156,57 manat faiz, 1578,48 manat dəbbə, 75,40 manat əldən çıxmış fayda ) olmasını qəbul edir.

2. ipoteka qoyan X1 qanun üzrə vərəsələri Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan 19 mart 2019-cu il tarixli ipoteka müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X4 küçəsində yerləşən, 69.53 kv.m ümumi sahədən ibarət 2et nömrəli evin 32 nömrəli mənzilinin ilkin satış qiyməti 100000 manat ( bir yüz min manat) tərəflərin qarşılıqlı razılığına əsasən müəyyən edilsin.

3. Borclu 18200 manat məbləğində vəsaitinin xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2023-cü il tarixədək hər ayın 28-dək, may və oktyabr aylarının 30-dək ödəmək şərtilə hər ay 1300 manat, sonuncu ay isə 5200 manat məbləğində ödəməsi barədə öhədəlik götürür.

4. Borclu bu sazişin 3-cü bəndində nəzərdə tutulan öhdəliklərini vaxtında ( hər ay qrafik üzrə göstərilən tarixlərdən 3 günü keçməmək şərti ilə) və lazımi qaydada yerinə yetirdiyi təqdirdə Bank hesablanmış, lakın ödənilməmiş faiz, cərimə, əldən çıxmış fayda məbləğlərini güzəşt etməyi öhdəsinə götürür, borclu isə 208.72 manat məbləğində məhkəmə rüsumunu müddətin sonunda ödəməyi öhdəsinə götürür.

5. Borclu sazişin 3-cü bəndindəki ödəniş qrafiki üzrə öhdəliyi tam icra etdiyi halda Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8ci mikrorayon, X4 küçəsində yerləşən, 69.53 kv.m ümumi sahədən ibarət 2et nömrəli evin 32 nömrəli mənzilini girovdan azad etməyi və borcun olmaması haqqında arayışı borcluya verməyi İddiaçı ASC tərəfindən öz öhdəsinə götürür.

6. Ödənişlərin vaxtında ( hər ay qrafik üzrə göstərilən tarixlərdən 3 günü keçməmək şərti ilə icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilməli, 20504,84 manat borcun, 208.72 manat dövlət rüsumunun sazişin 2-ci bəndində göstərilən bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməli, həmin əmlakın bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətə açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait həmin vəsaitin borclunun Banka olan borcuna ödənilməli, borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçilərə verilməsi üçün müvafiq icra şöbəsinin hesabına köçürülməli, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği borclulardan Bankın xeyrinə müştərək qaydada tutulmalıdır.

7. Sazişin 2-ci bəndində qeyd edilən əmlakın təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır.

8. borclular bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

9. bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğvi, borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetindən çıxarılma tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Emil Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar