Məhkəmə qərarları › İş №2(003)-4153/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4153/2023

02.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4153/2023 02.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məhərrəmova Şeyda Ədalət qızı, iddiaçı "Azəriqaz" İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə baxaraq m ü ə y y ə n e t d i̇ m: İddiaçı "Azəriqaz" İB Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, cavabdehin qeydə alındığı ünvan ünvan 1madığından mülki işə Xəzər Rayon Məhkəməsində baxıla bilməz. Həmçinin cavabdehin Xəzər rayon ərazisində müvəqqəti qeydiyyata alınmasına dair müvafiq qurumdan heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Buna görə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının MPM-nin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikasının MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən ərizənin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərisəzi və ona əlavə edilmiş sənədlər geri qaytarılmaqla iddiaçıya cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı daha əvvəl də hazırki iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin 11 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi – iddia cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət edilmədiyi əsası ilə geri qaytarılmışdır. İddiaçı isə qeyd olunanları nəzərə almadan yenidən cavabdehin rəsmi qeydə alınmadığı yer üzrə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d i m: "Azəriqaz" İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o cavabdehinh rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar